OLEQ BAKİNSKİ MƏHKƏMƏDƏ: "Xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm" - 5 milyondan çox mülki iddia var
24-01-2025 [18:27]
Ukraynalı "kriminal avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər tərcümeyi-hallarını səsləndiriblər.
Konstantin Kuçer deyib ki, 1961-ci ildə anadan olub, Ukrayna vətəndaşıdır. O, Azərbaycan dilini bilmədiyi üçün tərcüməçi ilə təmin olunub.
Oleq Krapivin isə özünü Azərbaycan dilində təqdim edib. O, Şamaxıda anadan olduğunu, həbs olunana qədər Bilgəh qəsəbəsində yaşadığını deyib.
Proses zamanı məhkəməyə mülki iddia daxil olub. Belə ki, zərərçəkən şirkətlər "Promışlennie Postavki Kazaxstan” MMC təqsirləndirilən Konstantin Kuçerdən 5 milyon 184 min manatdan çox, “Aviazapçast” ASC bir milyon manatdan çox, zərərçəkən Zaxarenkov Valeriy Nikolayeviç isə hər iki şəxsdən 50 min manat pul tələb edib.
Məhkəmə mülki iddianı icraata qəbul edib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistanda sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə edib.
Hər iki şəxs özlərini təqsirli hesab etməyib.
Prosesdə Konstantin Kuçer ifadə verib. O bildirib ki, dostlarından biri ona zəng edərək iş gördüyü adamların onunla görüşmək istədiyini deyib:
"Daha sonra Oleq Krapivin zəng edib dedi ki, qonaqlar aşağıdadır. Sonra qonaqlarla birgə ofisə qalxaraq onlara yüksək səviyyədə qulluq göstərdim. Bir müddət söhbət etdik. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başladı. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan "Günay Bank"dadır. 5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum ki, digər qonaqlar haradadır. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib, qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü niyə vasitəçi ilə təşkil ediblər".
Onun sözlərinə görə, Ukrayna müharibəsi başlayanda mülki hava gəmilərinin çatdırılmasında çətinlik yaranıb:
"Elə bilirdilər ki, bu ehtiyat hissələri Rusiyaya göndərilir. Lakin bunlar mülki aviasiyaya aid avadanlıq idi. Mən onlara qarşı dələduzluq etsəydim, müharibədən əvvəl müqavilə bağlayıb, malları göndərməzdim".
Prosesdə Oleq Krapavin deyib ki, bu məsələlərdə onun günahı yoxdur: "Zərərçəkən tərəf iddia edir ki, mən onu vurmuşam, lakin sübut yoxdur. Mənə dedilər ki, Konstantin Kuçeri tanıyırsan. Onlar Konstantinlə mənim vasitəmlə görüşmək istəyirdi. Mən onların arasında olan məsələni bilmirdim. Kuçerə dedim ki, qonaqların gəlir. Qarşıladıq, bir yerdə görüşdük. Aralarında söhbət oldu, Konstantin Kuçer dedi ki, pul məndə deyil. Daha sonra qonaqlar acıq edib getdilər. Hadisədən sonra Konstantin dedi ki, Oleq, mən səninlə əməkdaşlıq etmək istəyirəm. Dedim ki, lazım deyil. Altı aydır ki, həbsdəyəm, xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm. Xahiş edirəm, məni azadlığa buraxsınlar. Mən 500 min azərbaycanlının diaspor rəhbəriyəm".
Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin olunub(Report).
Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
MİA.AZ
II və III ixtisas qrupları üzrə qəbulun nəticəsi açıqlandı: kimlərin nəticəsi ləğv edilib? - Ən yüksək bal toplayanlar bəlli oldu
Laçın meşəliyində yanğən: Sus kənd sakini olan 3 nəfər saxlanıldı - Rəsmi məlumat yayıldı (Yenilənib)
"İsrailin təcavüzü bütün bölgəyə təhlükə yaradır" - Ərdoğan Əhməd Şara ilə müzakirə aparıb
"Rizespor" Ali Sou ilə müqaviləni yeniləyib
"Beşiktaş" bu transferi ləğv etdi - RƏSMİ AÇIQLAMA
"Napoli" Noa Lanqla anlaşıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur jurnalistin ittiham aktı bəlli oldu - Nə qədər həbs gözləyir?
Fransanın Baş Qərargah rəisi Ankaraya gəlib - FOTO
Böyük Britaniyada seçki: səsvermə yaşı 16-ya endirildi
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Rəsmi Moskva: "Ukraynadan təkliflər gözləyirik"
Rəsmi Pekin İsraili qınayıb - "Suriyanın suverenliyinə hörmət edin!"
Pakistanda sel - Son 24 saatda 28 nəfər ölüb, 90 nəfər yaralanıb
Zəfərimiz - Heydər Əliyev ideyalarının təntənəsidir
Üç fələstinlinin evi partladılıb, toqquşma olub - Yaralılar var
Kəngərli kəndinə daha 43 ailə köçürülüb (Yenilənib)
Cude Bellinqhem futboldan 3 ay uzaq olacaq
"Brentford" 34 yaşlı futbolçunu transfer edib
"Leyptsiq" Yohan Bakayoko ilə anlaşıb
"Kocaelispor" Bruno Petkoviçi transfer edib
"Sakaryaspor" sol cinah müdafiəçisi transfer edib
Zədədən yeni sağalan Neymar qol atdı
Davinson Sançesə İtaliya liqasından təklif var - 20 milyon avroluq
YAP-da dəyişiklik - Mərkəzi Aparat rəhbərinə müavin təyin olunub
EXPARGO-nun gətirdiyi uşaq qidası zay çıxıb - Şikayət
Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidinin tikintisi ilə tanış olublar - FOTOLAR
Respublika çempionu kanalda boğulub
Sabah isti hava olacaq
Cəbrayıl könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb
Maykl Cordan ofsiantlara elə məbləğdə şirinlik verdi ki...
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirildi – VİDEO, FOTOLAR
Azərbaycan və Qazaxıstan XTQ heyəti arasında döyüş təcrübə mübadiləsi aparılıb - Açıqlama
Qəzzada daha 85 nəfər ölüb
Postundan uzaqlaşdırılan nazir müavini yeni vəzifəyə təyinat alıb? - Rəsmi açıqlama verilmir
Suriya prezidenti İsrailə gah meydan oxuyur, gah da ordunu geri çəkir - "Biz müharibədən qorxmuruq..."
Azərbaycan nefti ucuzlaşdı - 2 dollara yaxın
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR