“Basqalı” rəqsi və "Bu qala, daşlı qala" ilə bağlı mübahisəli vəziyyət yaranıb
23-01-2025 [15:10]
Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin "SAKPATENTİ"nin sədr müavini xanım Tika Nebieridze “Basqalı” Azərbaycan rəqsinə və "Bu qala, daşlı qala" Azərbaycan xalq mahnısına olan hüquqların Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulması ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlayıb.
Mia.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, Tika Nebieridze Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinə oktyabrın 21-də ünvanladığı məktubunda Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib.
Məktubda ilk olaraq, Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi arasında əməkdaşlıq münasibətlərini möhkəmləndirmək və müvafiq hüquqi məsələləri müzakirə etmək məqsədilə yeni addımların atılmalı olduğu bildirilib.
Məktubda qeyd olunur ki, "SAKPATENTİ" Gürcüstanda əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müstəqil qurum olaraq, beynəlxalq müqavilələr və sazişlər çərçivəsində fəaliyyətini davam etdirir. Bu məqsədlə Azərbaycan və Gürcüstan arasında 2009-cu ildə imzalanmış əməkdaşlıq sazişi və 2017-ci ildə imzalanmış Memorandum əsasında qarşılıqlı faydalı əməkdaşlıq fəaliyyətlərinə dair təkliflər irəli sürülüb.
Həmçinin, "SAKPATENTİ" müəllif hüquqları və əlaqəli hüquqların qorunması üçün Gürcüstanın qanunvericiliyi ilə təmin edilən mexanizmlər və hüquqi vasitələr haqqında məlumatlar təqdim edərək, tərəfdaşları ilə hüquqi əməkdaşlıq və təcrübə mübadiləsini genişləndirməyi hədəfləyir. Bu çərçivədə əqli mülkiyyət hüquqlarının pozulması hallarına qarşı müvafiq tədbirlərin görülməsi və pozulmuş hüquqların bərpası istiqamətində işlər davam etdirilir.
T. Nebieridze qeyd edib ki, "SAKPATENTİ" hüquq pozuntuları ilə bağlı daha ətraflı hüquqi məlumat və vasitələr təqdim etməklə yanaşı, bu cür pozuntuların qarşısının alınması və hüquqların bərpası üçün müvafiq tədbirlərin görülməsi məqsədilə müvafiq televiziya kanallarına müraciət edib, məsələyə dair hərtərəfli araşdırma və müvafiq cavab məktubu gözləyir. Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi vurğulanıb.
Sədr müavini bildirib ki, "SAKPATENTİ" bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam edəcəkdir.
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib