İki milyon manata yaxın mənimsəmə işi: vəzifəli şəxslər hakim qarşısına çıxarılır
17-01-2025 [17:08]
Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkillər məhkəməyə bir neçə vəsatət təqdim ediblər.
Bu səbəbdən ötən prosesdə məhkəmə istintaqı bitsə də, istintaq yenilənib, vəsatətlərə baxıldıqdan sonra yenidən bitməsi ilə bağlı qərar qəbul edilib.
Prosesdə məlum olub ki, təqsirləndirilən Ağabəy Ağayev mənimsənilmiş 940 min manat vəsaitdən 530 min manatını ödəyib. Müttəhim tərəf bildirib ki, Ağabəy Ağayevin özünün və yaxınlarının əmlaklarına həbs qoyulduğu üçün həmin əmlakları satıb dəymiş ziyanı ödəyə bilmir.
Tərəflər çıxış üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 3-də keçiriləcək.
Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.
Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Mahir Əliyev və Əjdər Fətullayevə isə 179.4, 308.2-ci, cinayət işi üzrə təqsirləndirilən digər şəxslər - Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələri ilə ittiham ediliblər(Report).
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib