"Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı - Şok iddialar
13-01-2025 [17:16]
2023-cü ildə maliyyə sektorunda məcmu kapital artımı və kredit aktivliyi müşahidə olunsa da, bir sıra banklar 2024-cü ili zərərlə başa vurmaq üzrədirlər. Söhbət 30 ildir fəaliyyət göstərən “Yelo Bank”dan gedir.
Həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərən maliyyə qurumunun bu ilin doqquz ayında cəmi öhdəliklər və kapital portfelində, aktivlərində, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində, banklar və digər maliyyə institutlarındakı depozitlərində, qiymətli kağızlar üzrə faiz gəlirlərində ciddi azalmalar baş verib. Əvəzində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri artıb.
Bankın aktivlərində ciddi azalma
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, ilin doqquz ayı, konkretləşdirsək, üçüncü rüb “Yelo Bank” üçün ürəkaçan keçməyib. Bank 30%-ə yaxın kiçilib. Belə ki, bankın aktivləri 388,7 milyon manat azalaraq 1 milyard 177 milyon manat təşkil edib. Xatırlatmaq yerinə düşərdi ki, 2023-cü ilin sonuna bu rəqəm 1 milyard 566 milyon 452 min manat idi.
Diqqəti çəkən bankın aktivlərinin 80 faizinin müştərilərə verilən kreditlərin təşkil etməsidir. Son 3 ildə əsas gücünü kredit bazarına yönəldən bankın 1 milyard 177 milyon manat aktivinin 897,898 milyon manatını müştərilərə verilən kreditlər təşkil edir. Qurum istər istehlak, istərsə də biznes kreditləşməsini artırıb. Bunun hesabına faiz gəlirlərini də yüksəldib. İlin üçüncü rübündə bankın xalis faiz gəliri 2023-cü ilin sonundakı 48,6 mln manatdan 70,7 mln manata çatıb. Valyuta mübadiləsi, eləcə də komissiya haqqlarından yığılan vəsaitlərin daxil olduğu, bir sözlə banklar üçün rahat qazanc mənbəyi olan qeyri-faiz gəlirlərini isə 7,174 milyon manatdan 24,395 milyon manata yüksəlib. Göründüyü kimi, “Yelo Bank” depozit portfelində itirdiyi gəlirləri sözdə aşağı faizlə kredit təklif edərək, yüksək komissiya haqqları almaqla kompensasiya edib.
Şirkətlər pullarını bankdan geri çəkir
Acınacaqlı vəziyyət bankın depozit portfeli ilə bağlıdır. Bu ilin əvvəlindən başlayaraq hüquqi şəxslər bankdakı əmanətlərini geri çəkirlər. Yanvar-sentyabr aylarında bankdakı depozitlərin həcmi 841,526 milyon manat olub. Halbuki bank 2023-cü ili 1 milyard 292 milyon manatla başa vurmuşdu.
Cari ilin doqquz ayında hüquqi şəxslər - şirkətlər 516.500 milyon manatdan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindəki 720,590 milyon manatdan 204,029 milyon manata düşüb. Bu da 3,5 dəfə azalma deməkdir. Bankın depozitlərinin kəskin azalması nəticəsində maliyyə qurumunun nağd pul vəsaitləri də 4 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 687 milyon manatdan 182 milyon manata düşüb.
Bankın maliyyə vəziyyəti ilə bağlı diqqəti çəkən daha bir məqam, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin artmasıdır. Bu yöndə öhdəlikləri 91 milyon manatdan 107 milyon manata yüksəlib. Eləcə də bankın banklar və digər maliyyə institutlarındakı depozitlərinin, ticarət və investisiya qiymətli kağızlarının həcmi azalıb.
Sözdə "sərfəli" kredit təklifi
Bu gün “Yelo Bank” 8 növ kredit təklif edir. Doğrusu, rəsmi maaşınız varsa, kredit tarixçəniz tələblərə cavab verirsə, bu bankdan borc vəsait almaq asan və sürətlidir. Lakin şərtlər vəd edildiyi kimi reallıqla üst-üstə düşmür. “Yelo Bank” əməkdaşlarının müştərilərə göndərdikləri şirnikləndirici mesajlarda, eləcə də zənglərdə irəli sürdükləri 11,7 faizlə borc təklifinə aldanıb banka üz tutan müştərinin xəyalları kredit mütəxəssisi ilə ünsiyyətdən sonra puç olur. Məsələn, 6 aydan 59 aya qədər təklif edilən istehlak kreditlərində faktiki illik faiz dərəcələri 23%-ə qədər yüksəlir. Məbləği 1000-20 000 manat təşkil edilən qızıl təminatlı kreditlərdə faktiki illik faiz dərəcəsi isə minimum 24,3%, maksimum 28,5% -dir. Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü də göstərir ki, “Yelo Bank” ötən dövrdə daha çox istehlak və ipoteka krediti verib. Bu portfel 341,128 milyon manat təşkil edib. Hamıya aydın şəkildə bəllidir ki, bankların istehlak kreditlərinə üstünlük verməsinin başlıca səbəbi bu növ kreditlərin daha çox qazanc gətirməsidir. Bir zamanlar belə bir təcrübə bank kartları vasitəsilə ölkə əhalisinin yarıdan çoxunu borca salan “Bank of Baku” kimi bankların fonunda yaşanıb.
Məsələnin başqa tərəfi depozit portfeli azalan bir bankın kreditləşməni artırmasıdır. Nəzərə alsaq ki, kreditlər cəlb olunmuş vəsaitlərdir, yəni bank onu əmanətçilərdən cəlb edir və həmin pulu faizlə kreditə verərək qazanc əldə edir. “Yelo Bank”ın kredit bazarında yerini qoruyub saxlaması suallar doğurur.
Ödəniş cədvəllərindəki qarışıqlıq
“Yelo Bank” Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi ikinci bankdır və 2,58 indeksi ilə qırmızı zonaya düşüb. Müştərilərin şikayətləri isə əsasən ödəniş cədvəllərində ilk öhdəliklər üzrə faiz ödənişlərinin önə salınması, göstərilməyən xidmətlərə görə vətəndaşdan haqq tələb edilməsi, kredit müqavilələrindəki uyğunsuzluqlarla bağlıdır. Xüsusilə istehlak kreditlərində müqavilədən kənar ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Yəni bank kredit üzrə hesabladığı faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışır. Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışır. Lakin bankın bu siyasəti müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və ədalətli bölgüsünə imkan yaratmır. “Yelo Bank” borc bazarında qazanmaq naminə özünü risklərdən elə sığortalayıb ki, verilən 897,8 milyon manat kreditə qarşı təminatsız kreditlərin payı cəmi 192,9 milyon manat təşkil edir.
Onu da xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Novruz bayramını belə qeyd etdi - VİDEO, FOTO
Əkrəm İmamoğlu istintaqda 28 suala cavabdan yayınıb
CHP erkən seçki qərarı verdi
QAR UÇQUNUNA DÜŞƏN ƏSGƏRLƏRİMİZİN NƏŞİ TAPILDI - MN və FHN birgə məlumat yaydı (YENİLƏNİB)
"Cənab Prezident, Əziz Qardaşım..." - Ərdoğan Azərbaycan prezidentinə belə məktub göndərdi
DAHA BİR QHT RƏHBƏRİ HƏBS OLUNDU - Məhkəmə qərar verdi
Putin İlham Əliyevi təbrik edib - MƏTN
"Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman..." - Rəsmi Bakıdan İrəvanın iddialarına etiraz gecikmədi
Sabahın hava proqnozu açıqlanıb
DTX-dən mühüm əməliyyat: deputata sui-qəsd cəhdilə bağlı daha bir nəfər həbs olunub
Sərhəddəki mövqelərimiz növbəti dəfə atəşə tutulub - MN açıqlamalar yayıb (YENİLƏNİB)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bu bölgələrə qar yağıb - SİYAHI
Ağsuda zəlzələ oldu
Bu gün Beynəlxalq Novruz Günü elan olunub
UEFA Millətlər Liqası: Türkiyə yığması qalib gəldi
NƏNƏM MƏNƏ "HƏKİM QIZIM" DEYƏNDƏ...
Hava şəraiti dəyişəcək
Əməkdar məşqçinin qardaşı öldürüldü
Siyavuş Novruzov yıxılıb - Deputat Türkiyəyə əməliyyata aparılıb
Müğənni Gəncə İcra Hakimiyyətinə ittiham irəli sürüb
Bu gün ikinci Qədr gecəsidir
"Qəbələ" restoranının müdirinin qızılları oğurlanıb
Bank kartından oğurluq edən daha bir dələduz tutulub
Sabah hava necə olacaq? - Proqnoz
Mehriban Əliyeva: "Hər evə, hər ocağa bayram ovqatı, bol sevinc, ruzi-bərəkət və firavanlıq arzulayıram"
Deputat Ziyad Səmədzadənin qardaşı vəfat edib
Kollecdə şok dava: direktor niyə döyülüb? - VİDEO
Bu rayonlara qar yağıb - Siyahı
Paşinyan "Real Ermənistan"dan danışdı: "29.743 kv. km-lik ərazimiz çoxumuza tanış deyil”
Azərbaycanda 12 günlük tətil başlayıb
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır
İmamoğlunun şirkətinə "əl qoyuldu" - Ortağı isə 40 miilyonla tutuldu
Polislər bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Ceyhun Bayramov Niderland XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Nazir bu şəxsləri "Fəxri diplom"la təltif edib - SİYAHI
İmamoğlunun müdafiəsinə qalxan bələdiyyə sədri polisə hücum çəkdi: "Lan, mən başqanam..." (FOTO)
“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!
Sosial-İqtisadi Kollecin qarşısında iki nəfər bıçaqlanıb
İsraildə radikal sabiq nazirə yeni vəzifə verildi
"Fənərbağça"lı futbolçu zədələnib
Sahil Babayevdən daha bir təyinat - Nurlan Soltanova vəzifə verildi
"Mançester"in futbolçusu komandadan ayrılacaq
"İnter" klubu Arda Güləri transfer etməyə hazırlaşır
Türkiyədə daha bir baş məşqçi istefaya göndərilib