Nazir toplanan 840 milyonluq cərimədən danışdı: "Büdcəyə daxil olmur" - Ekspert və sabiq deputat "Hansı qurumlar cərimələri mənimsəyir?", - deyə sual edir
22-11-2024 [09:48]
“Hazırda yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək”.
Mia.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir: “Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik. Büdcə təşkilatlarının 840 milyon manat daxilolmasını proqnozlaşdırırıq. Bunların əksəriyyəti cərimələrdir. Əsas vəsait bir neçə qurumun payına düşür. Birinci yerdə DİN-dir, ən çox cərimə onlardan daxil olur. İkinci yerdə İqtisadiyyat Nazirliyi gəlir. Bu nazirliyin tərkibində də bir çox qurumlardan cərimələr büdcəyə daxil olur. Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin burada payı var. Bu cərimələr büdcəyə gəlir”.
Maliyyə naziri deyir ki, cərimələrin büdcəyə daxil olması məsələsində problem var.
Necə olur ki, cərimələr büdcədən yayınır? Elə isə bu pullar hara gedir? Cərimələrin büdcəyə cəlb edilməsi üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, nazir ciddi mövzuya toxunub: “Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən, açıq şəkildə bəzi suallara da cavab verməlidir: niyə daxil olmur? Hansı qurumlar cərimələri mənimsəyir? Nə qədər vəsait büdcədən yayınır? Kimlərdir günahkar? Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür? Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki parlament partiyalarının belə bir imkanı olmalıdır. Olsa, məlumat əldə edib, kimin nəyi necə etdiyini göstərə bilərik. Əslində bu sualın cavabını elə maliyyə nazirinin özü verməlidir. Jurnalist və müxalifət nümayəndəsi sual vermək üçündür. Onun məlumat bazalarına çıxış imkanları məhduddur. Yetkililər bu suallara aydınlıq gətirməlidir. Nazirin sualının özü sual yaradır. Hökumət aydınlıq gətirsin ki, nazirin sadaladıqlarına görə məsuliyyəti kim daşıyacaq və kimlər cəzalandırılacaq”.
İqtisadçı, sabiq deputat Vahid Əhmədov isə deyib ki, ölkədə bir çox sahələrdə böyük məbləğdə cərimə tətbiq olunur ki, bu da əhalini narazı salır. Onun sözlərinə görə, nəqliyyatla əlaqədar cərimələrin sayı artırılıb: “Qanunda da göstərilir ki, cərimənin müəyyən hissəsi onu tətbiq edən təşkilatın, qurumun ixtiyarına verilir. Ola bilər ki, hansısa qurum bu cərimələri tam mənimsəyir və büdcəyə ödəmir. Ümumiyyətlə, cərimələrlə bağlı məsələyə yenidən baxmağa ehtiyac var. Cərimələrin tətbiq olunduğu sahələrin özünü doğruldub-doğrultmadığına baxmaq lazımdır.
Cərimələr o sahəyə tətbiq edilməlidir ki, orada əhalinin həyat şəraitinə, normal yaşamasına, sağlamlığına müəyyən qədər təsir edir. Ucdantutma bütün sahələrdə cərimələri ilbəil artırmaq doğru deyil. Məndə olan məlumata görə, il ərzində 7 milyarda yaxın büdcəyə cərimə daxil olur. Bakıda cərimələr daha çoxdur. Avtomobili saxlamağa dayanacaq tapmırsan. Aptekdən dərman almaq üçün avtomobildən düşürsən və qayıdıb görürsən ki, cərimə olunmusan. Bu məsələdə dünya ölkələrinin təcrübəsindən yararlanmaq lazımdır. Cərimələrin strukturuna baxmaq lazımdır. Mənim fikrimcə, müəyyən qədər güzəştlər olmalıdır. Cərimələrin büdcəyə daxil olmamasına gəlincə isə deyə bilərəm ki, cərimələr nazirliklərin və ya komitələrin büdcəsinə gedəcək də. Başqa hara gedə bilər ki? Bunu araşdırmağa nə var ki? Hesablama Palatası cərimələrlə bağlı araşdırma aparıb üzə çıxara bilər. Burada çətin heç nə yoxdur. Cəriməni ödəməyən quruma dövlət büdcəsindən həmin cərimə məbləğində ayrılan vəsait azaldılsın. Bu, maliyyə nazirinin əlində olan məsələdir, həll edilə bilər. Hesablama Palatasının sədri cəsarətli insandır, ona tapşırsınlar, o da tez bir zamanda həll etsin və desin ki, problem nədədir".
MİA.AZ
Millətlər Liqası: Türkiyənin rəqibi bəlli oldu
Əsgərləri zorlayan polkovnikə ağır cəza verildi - Türkiyədə (FOTO)
Ərdoğan iddia qaldırdı - Kamal Kılıçdaroğlunu 11 il 8 ay həbs və siyasi qadağa gözləyir
Xalq artisti Rasim Balayev: "Ruhum cavandı, amma cismim qocalıb"
"Artıq olanımızı da itirməyə başlamışıq" - Vaqif Sadıqov
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb - FOTO
Livanda daha iki tibb içisi həlak olub
Türkiyə Pakistandakı terror aktını pisləyib
İsrail ordusu Beyrutda daha iki bölgənin boşaldılmasını tələb edib: "Təcili tərk edin!
Jurnalist Qənirə Ataşova şantajla üzləşib? - Açıqlama
Deputat: "Sahibkarları qızışdırmaq düzgün deyil"
"Rabitəbank" ASC vergi borcunu ödəyə bilmir?-
Gəmi, kater... - Dövlət Xidməti bunları hərraca çıxardı + SİYAHI
200 qram südü 10 manat və ya Türkiyədən 2664 manata alınan uzunqulaqlar - KTN "biz almamışıq" deyir, bəs bu eşşəklər hara yoxa çıxıb?
Sabah hava necə olacaq? - Proqnoz
Qəzzada daha 17 fələstinli həlak olub
Montella istefaya göndərilir? - Türkiyə yığmasının baş məşqçi postuna yeni adlar hallanmağa başlayıb
Bakıda "Lion"a 448 bilet ayrılıb
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib - Müzakirə + FOTO
Əli Əsədov yeni qərar imzalayıb - Ölkəyə gələn əcnəbilərlə bağlı
“Nar”dan “Sərfəli cümə” təklifi – 50 % endirimlə smartfon əldə et!
Azercell-dən “Möhtəşəm Cümə” endirimləri
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində - FOTOLAR
İsrail Qəzzada xəstəxananın elektrik generatorunu bombalayıb
Zülfiyyə Xanbabayeva Dubayda belə dincəlir - VİDEO
"Ən təmiz keçmişi olan müğənniyəm" - Vəfa Şərifova + VİDEO
Hüseyn Məhəmmədoğlu: "Klarneti həmin aparıcının ağzına soxacağam"
Hektara 3000 manat əkin subsidiyası və... - Monopoliya, yoxsa səriştəsizlik? (ARAŞDIRMA)
Azərbaycan nefti bahalaşır
Bakıda 16 yaşlı qız itkin düşüb
Putin Şimali Koreya liderinə 70-dən çox heyvan və quş hədiyyə edib - Aralarında aslan və boz ayı da var
"Napoli" "Mançester Yunayted" və "Qalatasaray"ın təklifini rədd edib - Osimhen hansı kluba gedəcək?
Gəncədə qohumlar arasında insident: 42 yaşlı şəxs dayısı ilə arvadını bıçaqlayıb, biri ölüb - Yenilənib
Baydendən İsrailin Baş naziri barədə həbs hökmünə etiraz: "Rüsvayçı qərara baxmayaraq..."
Mumbai–Münxen təyyarəsi Bakıya təcili eniş edib
Qəzzada ölüm halları artır - Daha iki uşaq həyatla vidalaşıb
PUTİN TV-yə ÇIXDI, XALQA MÜRACİƏT ETDİ, QƏRBİ HƏDLƏDİ: "Əgər şübhə edən varsa, yanılır, cavab hər zaman olacaqdır"
"2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə!" - Prezidentin köməkçisi “Politico”dan üzr və məqaləni silməyi tələb etdi
QƏRB NETANYAHUNU YARIYOLDA QOYDU: ABŞ həbsə "yox" dedi, Kanada, Fransa, Britaniya, İtaliya, Niderland və... - AÇIQLAMALAR
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat: 16 nəfər qandallanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Deyirəm, axı sayğac əvvəldən kontur tipli olub, necə borc qala bilər?!" - Tərcüməçiyə kələk gəliblər
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb - Nələr müzakirə olunub?
Netanyahu və sabiq müdafiə naziri necə həbs olunacaq? - Beynəlxalq məhkəmə dünyanı silkələyən hökm çıxardı
Fatih Terim Super Liqada çıxış edən klub alır