İsrail ordusu Beyrutda daha iki bölgənin boşaldılmasını tələb edib: "Təcili tərk edin!

img

22-11-2024 [14:05]


 

İsrail ordusu Livana yeni hücuma hazırlıq görür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee açıqlama verib.

O, X hesabında paytaxt Beyrutun Dahiye bölgəsi və Livanın cənubunda bina və kəndləri qırmızı rənglə işarələyərək, bura hücum olacağını bildirib.

Ordu sözçüsü xüsusilə Hades və Harratu Harik rayonlarına bitişik binalarda yaşayan Dahiye sakinlərinə "təcili bu binaları tərk edib" xəbərdarlığı edib.

Adraee bildirib ki, qeyd edilən bölgələr Hizbullah obyektləridir və orada yareaqlılar var.

Xatırladaq ki, dünən belə bir xəbərdarlıq Sur şəhəri üçün olmuşdu.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR