Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-11-2024 [00:01]
Qoç - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Proqramlaşdırma, informasiya sistemləri, marketinq, dəqiq avadanlıqla bağlı işlərdə daha ciddi nailiyyətlər olacaq. Fərqli istiqamətdə yeni layihəyə başlamaq olar.
Günün ikinci yarısında yaxınlarınız məişət problemini aktiv müzakirə edəcəklər. Onlar sizi də mübahisəyə qatılmağa vadar edəcəklər. Emosiyalar burulğanına düşməyin. Hisslərinizin əsiri olsanız, ciddi ixtilaflar yarana bilər.
Axşam saatlarında xoş sürpriz olacaq.
Buğa - kiçik problemlər və fikir ayrılıqları mənfi emosiyalar yarada bilər. Pis təsir, avadanlığın sıradan çıxması sizi qeyri-adekvat davranışa vadar etməməlidir. İnsan amilini də nəzərə alın. Yaxın ətrafınızdakı insanların əməllərini təhlil edin.
Günün ikinci yarısında tərəfdaşlarla ünsiyyətdə müəyyən çətinliklər yarana bilər.
Qohumlarla təmaslarla mövqeyinizi var qüvvənizlə müdafiə etməyə çalışmayın. Unutmayın ki, ən yaxın adamlarınızın yaşamla bağlı mövqeləri sizdən fərqlənə bilər. İnadkarlıq və aqressiya kəskin mübahisə yarada bilər.
Əkizlər - yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldığı tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz.
Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.
Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.
Xərçəng - peşəkar fəaliyyət üçün əlverişli zamandır. Dəyişikliklərlə bağlı tərəddüd etməyin. Əsas gəlir mənbəyinin yenilənməsinə və ya fərqli istiqamətin seçilməsinə ehtiyac var.
İş yerinin və ya məşğuliyyət formasının dəyişdirilməsi ilə məsələni nəzərdən keçirmək olar. Planlarınız barədə addımbaşı danışmayın. Bununla yanaşı, etibar etdiyiniz adamlarla söhbətlərdə yaxşı hesab etdiyiniz ideya barədə də susmayın.
Günün ikinci yarısında yaxınlarınız sizi dəstəkləyəcəklər. Köklü islahatlar üçün maddi yardıma ehtiyacınız var.
Axşam saatlarını sakit şəraitdə keçirin.
Şir - yenilik, müxtəlif emosiyalar və təəssüratlar axtarışı maraqlı ideyalar vəd edir. Çalışdığınız məkanda təəşbbüskar olun, rəqiblərinizi üstələyin. Mövqeyinizin absolyut həqiqət olduğunu israr etsəniz, problemlərlə qarşılaşacaqsınız. Daşınmaz əmlakla bağlı riskli əməliyyatlar aparmayın.
Günün ikinci yarısında sərtlik və aqressivlik yaxınlarınızla münasibətlərdə çətinliklər yarada bilər. Yaşamınızda yeniliyə zərurət duyulur. Dəyişikliklər bəzi mübhəm ünsürlərin üstünə işıq salacaq.
Qız - yaşamın rutin, yeknəsək ritmi sizdə dəyişikliklər istəyi yarada bilər. Daxili impulsa aldanaraq düşünülməmiş addım atmayın. Mümkün problemləri nəzərdən qaçırmayın. Yaxın gələcəkdə baş verə biləcək hadisələrə hazırlaşın.
Günün ikinci yarısında iş yeri və ya fəaliyyət sahəsinin dəyişdirilməsi ilə bağlı maraqlı təkliflər ala bilərsiniz.
Ailə qayğıları və məişətdəki problemlərin qulaqardına vurulması yaxınlarınızın səbr kasasını dolduracaq. Ailədə qarşılıqlı anlaşmaya nail olun. Yoxsa müxtəlif iradlar və ittihamlarla üzləşəcəksiniz.
Tərəzi - dostlardan biri sizə "macəra" hazırlayıb. Ekstremal situasiyadan asanlıqla çıxış yolu tapmaq mümkün deyil. Astagəl, süst olmayın. Ətalətlə davranmayın. Risk etmək olar.
Peşəkar fəaliyyət sahəsində müxtəlif ekspermentlər zamanıdır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətləri daha da yaxşılaşdırın. Pozitiv olun, kobudluq etməyin. Yeni dostlar tapa bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - kommersiya, fəaliyyət sahəsində yeniliklər üçün yaxşı zamandır. Qabiliyyətləriniz, bilik və bacarıqlarınızı daha effektiv şəkildə nümayiş etdirin. Məhkəmədə problemlərinizi, hüquqi məsələləri həll etmək olar. Yaşam bir yerdə durmur. Emosional irəliləyiş də gərəkdir.
Günün ikinci yarısında planlara yenidən baxmaq gərəkdir. Stress və əsəblərin gərilməsi istisna deyil. Dözün, çünki bütün bunlar yeni imkanlar üçün "ödəniş"dir.
Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla münasibətləri arxa plana atmayın. Diqqətsizlik və laqeydliklə suçlanmamaq üçün onlarla ünsiyyətdə olun.
Oxatan - situasiya sizdən diqqətlə işləməyi və məqsədə doğru aramla hərəkti tələb edir. Çılğınlıq etməyin, düşünülməmiş qərarlar verməyin. Ehtiyatlı olun. Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər.
Günün ikinci yarısı işdə rəhbərliklə görüş və ya hüquqi mübahisələrin həlli üçün əlverişli deyil.
Şəxsi münasibətlərdə emosional olmayın, əvvəlki səhvləri təkrarlamayın. Axşam saatlarını yaxınlarınıza həsr edin. Bəzi işlər ailə münasibətlərindən üstün deyil.
Oğlaq - qəti qərar qəbul etməzdən əvvəl yanlış yolda olmadığınıza əmin olun. Ani hisslərə əsaslanan addımlar zamanı deyil. Uzunmüddətli layihəni, aldığınız sifarişi, biznesi təhlükəyə atmayın. Arqumentləriniz səbatlı, addımlarınız məntiqli olmalıdır.
Günün ikinci yarısı üçün romantik görüş planlaşdırmayın. Sevdiyiniz insanla münasibətlərdə problemlər yaratmayın. Səhhətinizə fikir verin. Enerji səviyyənizin aşağı düşməsi xoşagəlməz situasiyaya təkan verə bilər. Normal istirahət edin.
Dolça - yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sərt sözlər qarşı tərəfdə inciklik yaratmaqla yanaşı, qarşısıalınmaz fəsadlara səbəb ola bilər. Aqressiv və tərs opponentlə üzləşəndə təmkinli olun. Onun prinsipləri sizin mövqelərinizdən köklü şəkildə fərqlənirsə, soyuqqanlı davranın.
Günün ikinci yarısında aktiv olun, maraqlanızı kiməsə qurban verməyin. Ailə həyatında problemlər olmayacaq. Yaxınlarınız sizdən məsləhət istəyəcəklər. Sevdiyiniz insanla birgə gəzintiyə çıxmaq imkanını əldən verməyin.
Balıqlar - innovasiyalar, yeni texnologiyalarla bağlı işlər uğur vəd edir. Problemlərin özbaşına, sakit şəkildə həllini tapacağını düşünməyin. Yeni avadanlığın öyrənilməsi və ya proqram təminatının araşdırılmasına vaxt sərf edin.
Günün ikinci yarısında işdə mühafizəkar həmkarlar və ya rəhbərliyin iradları ilə qarşılaşa bilərsiniz. Buna rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Özünüzü çox yormayın, istirahətə vaxt ayırın.
Milli.Az
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz