Bakıda "Lion"a 448 bilet ayrılıb

img

22-11-2024 [12:14]


Fransanın "Lion" klubuna Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçı üçün 448 bilet ayrılıb.

Bu barədə "Qarabağ"ən mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Liqa 1 təmsilçisi noyabrın 26-da, saat 21:35-da Bakıya çatacaq. Qonaq komanda qarşılaşmadan sonra ölkəsinə qayıdacaq.

Bakıya "Lion"un konkret neçə azarkeşinin gələcəyi hələlik bəlli deyil(Report).

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçı saat 21:45-də start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR