Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb - Nələr müzakirə olunub?

img

21-11-2024 [21:01]


Xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir, C.Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində davamlı uğurlar arzulayıb.

Nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığında, həmçinin beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR