Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb - FOTO

img

22-11-2024 [14:47]


Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR