"Azərsun”a daha bir ittiham: "Bu qədər pul qazanırlar, amma..." - "Reklamlarda yalan vəd edirlər ki..."
15-10-2024 [09:45]
“AZƏRSUN” şirkətinə aid “BAZARSTORE” mağazalar şəbəkəsinin əməkdaşları maaş azlığından şikayət edirlər.
Mia.az xəbər verir ki, mağaza əməkdaşlarının Missiya.Az-a verdiyi məlumata görə, “Bazarstore”lərdə ciddi işçi çatışmazlığı var:
“Çünki heç kəs az maaşla ağır şərtlər altında işləmək istəmir. Yəqin görmüsünüz ki, mağazalarda kassaların hamısı işləmir və bu səbəbdən də böyük növbələr yaranır. Bəzən 5 kassadan üçü işləmir. 2 kassa da alıcıları rahatlıqla yola sala bilmirlər. Hər gün alıcıların narazılığını, giley-güzarını eşidirik. Olur ki, alıcılar arasında mübahisələr də yaranır. Bunun da hamısı işçi çatışmazlığına görədir.
“Azərsun” rəhbərliyi bu qədər pul qazanır, amma işçilərə normal maaş verməyə canları çıxır. Deyəsən ki, al-ver olmur, ona görə də rəhbərlik maaşları günün reallığına uyğun qaldıra bilmir? İnanın, mağazalarda hər gün qələbəlik yaşanır. Kassaların qarşısında uzun növbələr yaranır. Amma nə olsun bunun işçinin maaşına heç bir xeyri dəymir. İşçilər tədricən çıxıb gedirlər, daha çox da “Bravo”ya keçirlər. Çünki orada işçilərin qədrini bilirlər. Bizdə əməkdaşları anbarda da işlədir, vitrinlərin qarşısında da, kassada da. Maaşlara isə əlavə pul ayırmaq istəmirlər. Ehtiyac üzündən məcburən qalıb işləyirik. Reklamlarda yalan vəd edirlər ki, biz sizə karyera yüksəlişinə şərait yaradacağıq, yenilənən maaş sistemi ilə çalışacaqsız. Boş şeylərdir hamısı. Burada ancaq əməyin istismarı ilə məşğul olurlar. Rəhbərlik hər şeydən pul qazanır: yalançı endirim aksiyalarından, normadan artıq əməyə cəlbetmədən, hətta mağazaların qarşısındakı parkovkalardan. Alıcılar beş dəqiqəlik mağazaya girirlər, çıxanda “parkovşik” yaxınlaşıb ödəniş tələb edir. Məsələn, Badamdar, Bayıl marketlərinin qarşısında çoxdandır ki, belə vəziyyətdir. Deyə bilərlər ki, bundan xəbərimiz yoxdur. Onda soruşuruq, həmin o pul tələb edən adamlar necə olur ki, hər gün orada iş başında olurlar? Niyə buna görə onlara bir söz deyən olmur? Ola bilsin ki, hər gün yığılan “parkovka” pulları Gözəl qardaşlarına verilmir. Söhbətlər gəzir ki, “Parkovşiklər” aylıq ödəyir. Xəbərləri yoxdursa, onda araşdırıb öyrənsinlər ki, “Bazarstore” müştərilərindən pulı yığan kimlərdir?- deyə, “Bazarstore” əməkdaşları bildirib.
Şirkət əməkdaşları onu da qeyd ediblər ki, maaşların artırılması tələblərini dəfələrlə mağaza rəhbərliyinə bildirsələr də, onlara hər şeyin Gözəl qardaşlarından asılı olduğunu deyirlər.
Qeyd edək ki, “Azərsun” şirkətinə daxil olan digər müəssislər və fermalarda çalışanlar da maaş azlığından şikayət edirlər. Şəkər və konserv zavodlarında çalışanlar, eləcə də çöllərdə məhsul əkimi və yığımı işlərinə günəmuzd cəlb olunan əyalət rayonlarının sakinləri bildirirlər ki, hər dəfə maaş məsələsini qaldıranda onlara ancaq bir cavab verilir: “Sağol deyin ki, hələ sizə iş veririk. “Azərsun” olmasaydı hamınız acından ölərdiz”.
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO