AzTV Eynulla Fətullayevin saytına ağır ittiham irəli sürdü: "Haqqın.az-ın haqsızlığı..." - Qarşı tərəf isə belə reaksiya verdi (Yenilənib)
09-09-2024 [13:30]
"Düzü, ölkədə 5-10 normal sayt varsa, onun da birinin haqqın az olduğunu düşünürdük. Lakin görünür bu saytın da ya reytinqini artırmaq, ya da qazanc əldə etmək hərisliyindən artıq "peşəkar reketçilik" yolunu tutmasınının şahidiyik. Haqqın az-ın zaman-zaman AzTV ilə bağlı sifariş qoxulu yazılarını oxumuşuq, lakin bu dəfəki yazı əndazəni aşdı. Yəni bu qədər də yox artıq... ".
Mia.az xəbər verir ki, bu sözlər AzTV-nin rəsmi sosial media səhifəsində yaydığı açıqlamada yer alıb.
Dövlət kanalı bildirib ki, sayt dünən AzTV-nin loqosu altında "Azərbaycan televiziyası ailə zorakılığını təbliğ edir" adlı yazı hazırlayıb:
"Yazıda haqqın az əməkdaşları hər nə qədər çalışsalar da, AzTV-nin hansı zorakılığı nə zaman və harada təbliğ etməsini nəinki əsaslandıra bilməyib, əksinə özlərini gülünc duruma salıblar. Niyə?
1. Əvvəla, haqqın az əməkdaşlarının nəzərinə çatdıraq ki, AzTV ölkədə ailə-məişət, tərbiyə və milli dəyərləri təbliğ edən əsas kanaldır və bu yöndə yalnız son 1 il ərzində onlarla videoçarx, sənədli və bədii filmlər hazırlanıb. Nümunə kimi şəklini verdiyiniz "Sevginin ünvanı" serialının əsas motivi də erkən nikah, narkomaniya ilə mübarizə və ailə dəyərlərinin təbliğidir. Haqqın az əməkdaşlarına məsləhət görərdik ki, yazı hazırlamazdan öncə həmin seriala diqqətlə baxsınlar.
2. "Analitik yazı"da faktiki əksər kanallarda yayımlanan seriallardan şəkillər verilsə də, nədənsə, başlığa yalnız AzTV-nin loqosu çıxarılır. Haqqın az əməkdaşlarına məlumat üçün deyək ki, AzTV-nin də daxil olduğu QSC özlüyündə yalnız 3 kanalı - AzTV, Mədəniyyət TV və İdman TV-ni birləşdirir. Sayt əməkdaşları ya bunu bilməyəcək dərəcədə cahildir, ya da görünür sifarişçinin tələbindən çıxa bilməyiblər. Əks halda, heç olmasa obyektivlik naminə başlıqda digər kanalların da loqolarını verərdilər.
3. Jurnalistikada hər hansı qurumun adı çəkilirsə, yaxud tənqid olunursa, ən azı peşə etikası həmin qurumla əlaqə saxlamağı, qarşı tərəfin də fikrini öyrənməyi tələb edir. Təbii ki, obyektiv yanaşma varsa... Yox, əgər yazı qərəz və sifariş əsasında hazırlanırsa, qarşı tərəfdən mövqe öyrənməmək də olar. Haqqın az-ın metodu kimi...
Və sonda... Əziz həmkarlar, əgər bütün bunları sifariş yox, reytinq naminə edirsinizsə ki, AzTV-nin loqosunu görüb yazını daha çox oxusunlar, gecikmisiniz. Çünki artıq nə AzTV o AzTV-dir, nə də oxucu o oxucudur. Biz dəyişmişik. Siz də dəyişin. Adınız haqqın-dırsa, yazdığınız da haqqına olsun. Hərçənd...".
P.S. Eynulla Fətullayev AzTV-nin bu açıqlamasına sosial media hesabında belə reaksiya verib: "Ümummilli lənət: Görüm sizi ömrünüzün sonuna kimi AzTV-yə baxasız!".
Samir Musayev
MİA.AZ
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib