Elmar Məmmədyarov: "Təklif gələrsə, ona uyğun da addım ataram" - Rusiyaya səfir postna kimlərin adları hallanır?
13-08-2024 [09:22]
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir.
Mia.az xəbər verir ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqlənib. Ötən həftəsonu o, qanunlara uyğun olaraq, artıq səfir kimi fəaliyyətini müvəqqəti dayandırıb. Deputat seçiləcəyi təqdirdə isə geri çağırılacaq və onun yerinə yeni təyinat olacaq.
Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə də Prezident İlham Əliyev bir daha iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Prezident deyib ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.
O səbəbdən Rusiyaya səfir postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm də regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, namizədlər haqqında müzakirə aparıldığı deyilir.
Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır.
Etibarlı mənbə “Yeni Müsavat”a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adının hallandığını deyib.
Mia.az xəbər verir ki, Demokrat.az saytı bu mövzuda intriqanı artıran bir iddia haqda yazıb. Bildirilir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.
Yada salaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin iyulun 16-da imzaladığı sərəncamla Elmar Məmmədyarov ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Sərəncamdan bir gün əvvəl - iyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev E.Məmmədyarovun fəaliyyətini kəskin tənqid etmişdi. Dövlət başçısının müşavirədə E.Məmmədyarovla bağlı dediklərini bir daha yada salmaqda fayda var: “Ayın 12-də (iyundakı erməni təxribatı nəzərdə tutulur-red) hadisələr baş verəndən sonra biz iş yerindəydik. Mən xarici işlər nazirini tapa bilmədim”.
Baş nazir Əli Əsədovun məruzəsində isə bəlli olmuşdu ki, Məmmədyarov evdən işləyir... Bundan əvvəl isə Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirmiş, bir neçə nazirlik rəsmisi həbs edilmişdi...
Ola bilsin, E.Məmmədyarovun belə bir istəyi olsun, onun Rusiya hakimiyyəti, xüsusilə xarici işlər naziri Sergey Lavrovla yaxşı mümasibətləri olduğu sirr deyil. Amma onun yenidən, həm də Rusiyaya səfir kimi strateji posta qayıtması ağlabatan görünmür.
Mia.az-ın məluatına görə, Globalinfo.az-a danışan Elmar Məmmədyarov xəbəri təkzib edib.
O, belə bir təklif almadığını bildirib: “Açığı, mənə bununla bağlı heç bir təklif gəlməyib. Təklif gələrsə, ona uyğun da addım ataram. Amma ortada heç nə yoxdur axı. Həm də artıq hörmətli Polad Bülbüloğlunu deputat seçdilər? (Gülür). Mənim Polad müəllimə böyük hörmətim var. Bizim onunla tanışlığımız hətta mən nazir olmadığım illərə təsadüf edir. O, Azərbaycan üçün istər mədəniyyət, istərsə də siyasi baxımdan yaxşı işlər görüb”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyadakı səfir postunun Azərbaycan üçün xüsusi önəmi olduğunu bildirdi: “Polad Bülbüloğlunun millət vəkilliyinə namizəd olması Azərbaycanın Rusiyadakı səfir postuna kimin namizədliyinin irəli sürüləcəyi barədə məsələni aktuallaşdırıb. Polad Bülbüloğlu uzun illər Moskvada çalışdı. Azərbaycan üçün onun üstünlüyü o idi ki, gənclik illərində Rusiyada yaşamışdı. Tanınmış müğənni idi. Onu yaxşı tanıyırdılar. Səfir olduğu dönəmlərdə o, yüksək səviyyədə əlaqələr qura bilmişdi. Ona görə də indi Rusiyaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. İndidən hansı namizədin olacağını söyləmək çətindir. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Belə bir diplomata ehtiyac var. Bunu da bir neçə amillə izah etmək olar. İlk növbədə Azərbaycan-Rusiya əlaqələrini gücləndirmək baxımından bu vacibdir. Digər tərəfdən, bəzən dövlətlərarası münasibətlərdə suallar yaranır. Bu anda çevik olmalıdır. Erməni lobbisinin də gücü olduğu ölkələrdən biri Rusiyadır. Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır. İndidən kimin səfir olacağını söyləmək çətin olsa da, bu posta, əlbəttə, son dərəcə peşəkar, hazırcavab və təcrübəli bir diplomatın təyin olunması çox vacibdir”.
MİA.AZ
Sabah hava necə olacaq? - Proqnoz
Smart saat, modem aparatı, bahalı viski... - Nazir rəisi niyə vəzifədən azad etdi? (FOTO)
İcra başçısının atasından sensasiyalı özbaşınalıq - Qonşunun blokdan mənzilinə giriş qapısını hördürüb (FOTO)
Hakan Fidan Rubio ilə görüşüb - Nələr müzakirə olunub?
Prezident İlham Əliyev Məhəmməd Şahabuddinə məktub göndərib - MƏTN
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisi Belarusa məğlub olub
Mətbuat katibi Mirzoyanın İran XN başçısı ilə görüşdəki iddiasını yalanladı: "Yeni şərtlər irəli sürülməyib"
Müğənni: “İndiki pulla mən ev ala bilərdim?" - "İndikilər toylarda biabırçılıq edirlər"
Nazirlikdə yeni təyinatlar olub
Bakıda növbəti əməliyyat: 48 yaşlı Ceyhun Kuhi saxlanılıb
Partiya sədri tərəfdarlarından bu şirkətlərin boykotun istədi - Aralarında "Azərlotereya"nın tabe olduğu şirkət də var
"Azərişıq" elektrikli avtomobilləri "yarıyol"da qoyub - Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Şəkidə quraşdırılmış onlarla stansiya söndürülüb
"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir
İmamoğlu həyat yoldaşı və prezidentin anası haqqında təhqiramiz paylaşımlara qəzəbləndi - Açıqlama
İstanbulda daha bir bələdiyyə sədri istintaqa çağırıldı
Bakıda qadın tiktoker həbs edilib
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda məzarlıqda şok hadisə - VİDEO
Lukaşenko Azərbaycan prezidentinə məktub ünvanlayıb - MƏTN
Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü - 34 yaşlı Orxan Hacıyev Şamaxıda güllələndi
XİN: "Milli bayramınız mübarək, Yunanıstan"
Seyran Məmmədov vəzifədən çıxarılıb
Azərbaycan neftinin qiyməti 75 dolları keçdi
Milli Məclisdə dəyşiklik - Cahid Mehmanlı vəzifədən azad edilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda şok olay: həyat yoldaşını tavandan asan şəxs saxlanılıb
Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı azadlığa buraxıldı - XİN bəyanat yaydı
Natiq Cəfərli: "Dolların hegemonluğu üçün təhlükə yoxdur"
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri həbsxanada İmamoğlu ilə görüşdü: "Keyfi əla idi"
Rövşən Rüstəmovdan daha bir dəyişiklik - Təyinat
İrandan Azərbaycana PUA ilə narkotiki keçirmək istəyənlər saxlanılıb
Millətlər Liqası: Türkiyə səfərdə Macarıstana şans vermədi
Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
Sabahın hava proqnozu açıqlanıb
ƏKRƏM İMAMOĞLU HAQDA HƏBS QƏRARI VERİLDİ - Terror ittihamından isə "yaxasını qurtardı"
İlham Əliyev Pakistan Baş nazirinə məktub göndərdi - MƏTN
"Mirzoyanın iddiaları tamamilə əsassızdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisi Haitiyə uduzub - VİDEO (Yenilənib)
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Bıçaqlanma ittihamı