Avropanın “Qarabağ” oyunu
16-03-2024 [15:47]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Tarixən özünü hamıdan daha ağ və daha ağıllı sayıb başqalarının əməyini mənimsəməklə “mədəniyyət” qurmuş Avropa özündən yüz və min kilometrlərlə uzaqdakı inkişafın da ən qara düşməni kimi tanınmışdır.
Yüzillər boyu guya Avropasız nə iqtisadiyyat, nə mədəniyyət nə də idmanı təsəvvür edə bilməyən dünya, əslində, təbii sərvətlərdən bu qədər yoxsul bir qitənin ən qorxulu müharibələrin və konfliktlərin də mənbəyi olduğunu yaxşı bilir. Məkrli siyasəti və ikili standartları ilə hər sahədə dırnaqarası ad çıxarmış Avropa dünya siyasətində oynadığı ədalətsiz oyunlarla hər kəsi udmağa çalışsa da hər hücumunda yediyi əks həmlələrlə daha da kiçilir və özündən böyüklərin köməyinə möhtacı olduğunu hər kəs açıq görür.
Hakimin böyük qayğısı ilə Azərbaycanın qüruru Ağdamın “Qarabağ” futbol komandasının Avroliqadakı yolunun kəsilməsi də bir daha göstərdi ki, qoca qitə ölkəmizin hər hansı tərəqqisini, həm də Qarabağ reallıqları üzərindən həzm etməyə hələ də hazır deyil, tam əksinə, lazım gəlsə istədiyi vaxt qapıların yerini dəyişmək üçün Avroparlamentdə səsvermə keçirib, komandamızın qapısına 11 metrlik cərimə zərbəsi təyin etməyə də belə, gedə bilər.
Futbol bir yaşıl meydan oyunudur və tərəflərin hansının qələbəsindəni asılı olmayaraq həmişə qalib gələn idman, sağlamlıq, dəyərli keçirilən asudə vaxt və dostluq olmalıdır. Ancaq özünün böyük azarkeş kütləsinə, iqtisadi dövriyyəsinə və çəkişmə motivlərinə görə futbolun artıq çoxdan bir idman növü olmaqdan çıxaraq çoxşaxəli rəqabət və “haqq-hesab” meydanı olduğunu görürük. Futboldakı revanşizmə Ermənistanın Qarabağ məğlubiyyətindən sonrakı revanşizm xəstəliyindən də əvvəl rast gəldiyimizi, yaxud, tarixdəki İngiltərə-Argentina, Almaniya-SSRİ, İran-ABŞ, Spartak (Moskva)-Dinamo (Kiyev), Neftçi-Ararat komandaları arasındakı oyunların gərginliyini xatırlasaq futbolun sadəcə top və qapılardan ibarət olmadığını bir daha görərik.
Odur ki, uzun illər boyu yadda qalacaq oyunlar zamanı ehtirasların bəzən coşaraq azarkeş olan və olmayan hər kəsi özünə çəkməsi də qaçınılmaz olur, adamlar udan və uduzan komandaların oyunlarından daha çox öz subyektiv fikirlərini sübut etməyə çalışırlar.
Ancaq obyekiv olaraq, deyə bilərik ki, 90 dəqiqənin sonundakı nəticəsi nə olursa-olsun, Ağdamın “Qarabağ” futbol klubu istər ötən illərdəki, istərsə də builki mövsümdə oynadığı təmiz hücum oyunu ilə Azərbaycan futboluna yeni standartlar gətirib. Rəqibinin kim olmasından asılı olmayaraq, hətta azlıqda qalsa da belə, onun üstünə getməklə vacib qələbələr qazanmış “köhlən atlar” aldığı gözəl nəticələrlə hər kəsin ürəyində əsl Qarabağ sevgisi yaratmışdır. “Qarabağın” hələ illər öncə Çempionlar liqasının qrup mərhələsinə çıxması təkcə Azərbaycan futbolunda deyil, bütün Cənubi-Qafqaz ölkələrində ilk hadisə kimi yadda qalmış, dövlət başçımız cənab İlham Əliyev komandanı qəbul edərək xoş arzularını ifadə etmişdir.
Bu mənada, çox deyil, elə qonşu Gürcüstandakı tarixi futbol ənənələri və bu ölkədəki futbola marağı nəzərə alsaq, doğma klubumuzun bu prinsipial prestij yarışında bir çoxlarını geridə qoyması olduqca ürəkaçan nəticədir. Fikrimizcə, Avropada məhz “Qarabağ” adı ilə rəqiblərini həyəcana salan Azərbaycan futbolunun sürpriz “zərbələri” də elə bu baxımdan futboldankənar qüvvələri də qorxutmağa başlamışdır.
Qurban Qurbanovun yetirmələrinə qarşı oynanan futbol kimi Avropa da Qarabağ üzərindən hələ 30 ildən artıq bir müddətdir ki, Azərbaycanla “fair-play”dan xeyli uzaq bir oyun oynamaqdadır. Meydandakı say üstünlüyünə baxmayraq, rəqibinin oyun zəkası və taktikası ilə dəfələrlə böyük hesablı məğlubiyyətlərə uğramış Avropa, siyasi liqlərindəki yaşı keçmiş oyunçularının mərc oyunlarının da qurbanına çevrilmişdir.
“Avropa” — demək, rəqibini formasından çəkərək yıxmaq üçün nə gəldi etməyə hazır olan təcrübəli oyunçu deməkdir. Rəqibini son anda “qırmızı kart”la cəzalandırıb, öz istədiyi nəticəni əldə etməsi isə bu günkü Avropanın mənimsədiyi siyasi, eləcə də sportiv əxlaqın da ən tipik tablosudur. Belə ki, Fransada afrikalı, Almaniyada türk, İngiltərədəki ərəb, İspaniyadakı Cənubi Amerika mənşəli istedadlı oyunçularla futbol əyləncəsi quran Avropa yüzillər boyu da özündən kənar sivilizasiyaların torpaqlarını sümürməklə özünə bahalı həyat əyləncəsi qurmuşdur. Amma nə qədər bahalı olsa da, son nəticədə Azərbaycan kimi büdcəsi az, amma, sözündə qəti olan oyunçulara uduzan Avropa dünyada Ermənistanın əhalisi qədər də özünə azarkeş toplaya bilməyərək həmişə çempionluq yarışında prinsipial rəqibindən geriyə düşmüşdür. Elə futbolda da həmişə Braziliyanın gerisində qalan Avropa ölkələri dünyada onlara qarşı olan bu antipatiyanın səbəbləri üzərində ciddi düşünməlidirlər.
Azərbaycanın Qarabağa qayıdışı dünyadakı yatmış layları yerindən oynatdığı kimi “Qarabağ” futbol komandasının da qitə yarışlarındakı uğurları Avropanın futboldan uzaq futboluna “gözlənilməz zərbə” vurdu.
Təmkinini pozmayan Qurban Qurbanovun planlarını heç zaman çozə bilməyib oyuna artırılan dəqiqələrdəki “möcuzələr” nəticəsində “Qarabağın” əlindən xilas olsa da imcinə ciddi zərər dəymiş Avropa komandaları üçün bu mövsüm on miloynlarla Avroluq iqtisadi zərərdən çox, fürsət düşən kimi hər yerdə irəli şığıyıb rəqibi tərs küncə yatıran cəsur ağdamlılarla yadda qalacaq.
Xankəndinin bir addımlığdakı dağıdılmış Ağdam isə ermənipərəst Avropalı dipolmatların “Qarabağ oyunu”nda adətən oyun başlayan kimi birbaşa “qırmızı kart”la cəzalandırıldığı tarixi bir Azərbaycan şəhərdir. Odur ki, hələ qarşıda böyük final oyunumuz da var!
Təbrkilər “Qarabağ”!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər