TAKSİ XİDMƏTİNDƏ ARTAN PROBLEMLƏR: 4 hal və... - Samir Əliyev yazır
02-10-2024 [19:00]
Samir ƏLİYEV,
İqtisadçı
***
Tələblərin sərtləşdirilməsində sonra taksi xidmətində, xüsusən də Bolt şirkətinin xidmətində 4 əsas problem özünü qabarıq şəkildə göstərməkdədir:
1. Taksilərin gəlmə müddəti əhəmiyyətli dərəcədə artıb. Əvvəl gözləmə vaxtı orta hesabla 3-5 dəqiqə çəkirdisə, indi bu müddət 2 dəfə artaraq 7-12 dəqiqəyə çatıb.
2. Taksi sürücüləri tərəfindən sifarişdən imtina hallarının sayı artıb. Yəni əvvəl verilmiş sifariş sürücü tərəfindən tək-tük halda imtina edilirdisə, indi 3-4 cəhddən sonra taksiyə minmək mümkün olur.
3. Qeyri-rəsmi ödənişlərin həcmi artıb. Əgər əvvəllər taksi sürücüləri gediş haqqı ödənilən zamanı xırda qəpik pulları qaytarmırdısa, indi tətbiqdə göstəriləndən artıq pul istəyirlər, əks halda sifarişi birtərəfli qaydada ləğv edirlər. Məsələn, son 1-2 ayda hava limanında verdiyim sifarişlərin hamısında birmənalı olaraq tarifdə göstərilən qiymətdən (9-13 AZN) ən azı 2 dəfə artıq (20-30 AZN) pul istənilib, istək yerinə yetirilməyəndə sifariş ləğv edilib.
4. Taksi sürücüləri povayderlərin xidmətindən yararlanırlar, ancaq müştəri mindikdə onların xidmətindən imtina edirlər. Son 1 ayda ən azı 5-6 taksi olub ki, taksiyə mindikdə faizlərin yüksək olduğunu bəhanə edərək tətbiqdə sifarişi ləğv edib və ya sərnişindən sifarişi ləğv etməyi xahiş edib. Bununla da provayder şirkətin tapdığı sərnişinə qeyri-rəsmi xidmət göstərib.
Vaxtilə güclü rəqabət olan taksi xidməti son aylar tamamilə bərbad hala düşüb. Tətbiq vasitəsilə verilmiş sifarişlərdən taksi sürücüləri müxtəlif vasitələrlə (tıxac, ucuz qiymət və s.) boyun qaçırırlar. Bu xidmətin keyfiyyətinin artırılması ilə bağlı hökumətin atdığı addımlar əks effekt verib. İnsanlar keyfiyyətli xidmət göstərən taksi maşını yox, onları mənzilbaşına aparacaq istənilən keyfiyyətli taksi maşını tapmaqda çətinlik çəkirlər.
Əsas bərbəd vəziyyət isə hava limanındadır. Onlar sərnişindən ikiqat ödəniş tələb edirlər. Şəhərə getmək üçün normal nəqliyyat sistemi qurulmayan aeroportda insanlar taksilərə yüksək ödəniş etməyə məcbur qalırlar.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər