Braziliya prezidenti İlham Əliyevə məktub göndərib

img

29-02-2024 [11:12]


"Braziliya Azərbaycanla münasibətləri daha da yaxınlaşdırmaqda maraqlıdır".

Mia.az xəbər verir ki, bu sözləri Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazıb.

Dövlət başçısı məktubunda Braziliya və Azərbaycan arasında dostluq əlaqələrinin iki ölkə xalqının rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib:

"Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram. Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaq. Braziliya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduğumu bir daha bildirirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq