Pezeşkian amerikalılara açıq məktub yazdı: “Biz düşmənçilik etmirik, ancaq…”
02-04-2026 [00:03]
İran prezidenti Məsud Pezeşkian Amerika xalqına açıq məktub ünvanlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, məktubunda İran xalqının Amerika, Avropa və qonşu ölkələr də daxil olmaqla, heç bir millətə qarşı düşmənçilik etmədiyini bəyan edib.
Onun sözlərinə görə, ölkəmiz tarix boyu hücumlara məruz qalıb: "Ancaq buna baxmayaraq, İran xalqlar və dövlətlər arasında fərq qoymayıb”.
İranı təhdid kimi təqdim etməyin qavrayışın məhsulu olduğunu və bunun İrana qarşı hücumları qanuniləşdirmək və silah sənayesini gücləndirmək üçün edildiyini iddia edən İran prezidentinin sözlərinə görə, ABŞ-ın İran ətrafında böyük hərbi güc toplayaraq, ölkəsinə hücumu qəbulolunmazdır:
“Biz özümüzü, xalqımızı və ölkmzi mmüdafiə edir və belə şəraitdə müdafiə qabiliyyətlərimizi inkişaf etdirməkdən imtina etməyəcəyik.
Halbuki, İran və Amerika xalqları arasındakı münasibətlər tarixən normal olub. Lakin bu, ABŞ-ın 1953-cü il çevrilişindəki rolu və Baş nazir Məhəmməd Müsəddiqin devrilməsi və İranın neftinin milliləşdirilməsinə müdaxiləsi ilə pozulub. Bu isə iranlıların zehnində ABŞ siyasətinə qarşı inamsızlıq formalaşıb və bu, zamanla daha da dərinləşib".
İranın bütün xarici təzyiqlərə baxmayaraq, hərbi meydanda qarşı tərəfin gözləmədiyi böyük müqavimət göstərdiyini xüsusi vurğulayan Pezeşkian qeyd edib ki, qarşı tərəf itkilərini medianın gücü ilə gizlətməyə çalışır:
“Bizim gücümüz isə realda tam ortadadır. Amerikalılara demək istəyirəm ki, İrana qarşı hücum Amerika xalqının maraqlarına xidmət etmir. İranda uşaqların öldürülməsi və xərçəng dərmanı istehsal edən fabriklərin bombalanması ABŞ-ın imicinə daha da ağır zərər verəcək. Təəssüflə qeyd etmçəiyəmki, ABŞ hazırda İsrailin nümayəndəsi kimi qismində çıxış edir. Mən Amerika xalqından soruşuram: bu, həqiqətən də ABŞ hökumətinin və xalqının prioritet siyahısındadırmı?"
Sonda Pezeşkian məktubunu belə bitirib: "Müharibə və əməkdaşlıq arasında seçim taleyüklüdür. Onun nəticələri gələcək nəsillərin taleyini formalaşdıracaq. İran min illik tarixində bir çox təcavüzkar görüb. Onlardan yalnız utancla xatırlanan adlar qalıb, İran isə qürurla dayanır."
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi