Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
02-04-2026 [09:49]
"Qısa müddət ərzində Amerikanın İrandakı bütün hərbi hədəflərini tamamlayacağıq. Növbəti 2-3 həftə ərzində onlara sərt zərbələr endirib onları Daş dövrünə qaytaracağıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp fevralın 28-də İrana qarşı başladtdıqları hücumla bağlı hesabat xarakterli açıqlamasında deyib.
İranın Hörmüz boğazını bağlaması ilə dünya bazarlarını da sarsıdan müharibənin 34-cü günündə ABŞ prezidenti Donald Tramp İranı darmadağın etdiklərini iddia edib:
"İRAN TARİXİNDƏ BU QƏDƏR İTKİ VERMƏYİB"
"Biz əməliyyatı bir ay əvvəl başlatdıq. Son bir həftə ərzində böyük qələbələr qazandıq. İranın donanması və hava qüvvələri məhv edildi. Düşmənlərimiz müharibə tarixində heç vaxt bu qədər ağır itki verməyib. Düşmənlərimiz məğlub olur. Əsgərlərimizi təbrik edirəm. Dünyanın ən böyük ordusuna sahibik. Bu əməliyyatın niyə zəruri olduğunu izah edəcəyəm. Dedim ki, İran nüvə silahına sahib ola bilməz. Bu rejim "Amerikaya ölüm" şüarları səsləndirirdi. İran ABŞ əsgərlərinə hücumlara görə məsuliyyət daşıyırdı. Bu rejim etiraz etdiyinə görə öz xalqını - 45.000 nəfəri öldürdü.
"ƏGƏR İRANI VURMASAYDIQ, YAXIN ŞƏRQ VƏ İSRAİL OLMAYACAQDIR"
Birinci prezidentlik dövrümdə SEPAH komandiri Qasım Süleymaninin öldürülməsini əmr etdim. Əgər o, indi sağ olsaydı, İran daha güclü mövqedə ola bilərdi. Mən həmçinin Obamanın (keçmiş ABŞ prezidenti-mia.az) bağladığı nüvə müqaviləsini ləğv etdim. Söhbət İrana gedən puldan gedir. İranla bu müqavilə böyük bir nüvə silahı arsenalına səbəb olardı. Bununla da Yaxın Şərq və İsrail olmazdı. Onu pozduğum üçün qürur duyuram…
"İRAN REJİM TƏKLİF ETDİYİM SAZİŞİ RƏDD ETDİ"
Mənim ilk seçimim həmişə diplomatiyadır, amma İran rejimi razılaşmaları rədd etdi və nüvə silahı əldə etməyə çalışdı. Ona görə də iyun ayında hücum əmri verdim. Bombardmançılar nüvə obyektlərini məhv etməkdə əla iş gördülər. Lakin rejim yenə nüvə silahı istəyindən əl çəkmədi. Onlar üstəlik, daha uzaqmənzilli raket hazırlamağa çalışmağa başlayıblar. Onlar nüvə silahına artıq sahib olmaq üzrədydilər…
"MƏQSƏDİMİZƏ ÇATMAQ ÜZƏRƏYİK"
Əməliyyatlar İranı hərbi cəhətdən zəiflədib, həmçinin bölgədəki proksi qüvvələrini zəiflədib. Bu məqsədlərə çatmaq, tamamlamaq üzrəyik. 13 əsgərimiz həyatını itirdi. İrandakı missiyamız başa çatan kimi onları layiqli şəkildə təltif edəcəyik. Bu işi tez bir zamanda başa çatdıracağıq. Yaxın Şərqdəki müttəfiqlərimizə təşəkkür edirəm. Onların zərər görməsinə imkan verməyəcəyik.
"SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ RUSİYANIN BİRGƏ İSTEHALINDAN SAHA ÇOX NEFT HASİL EDİRİK”
Benzin və təbii qazın qiymətlərinin artması müvəqqəti bir vəziyyətdir. Tezliklə bitəcək. ABŞ iqtisadi cəhətdən güclü mövqedədir. Mənə qədər ciddi ziyan çəkmiş bir ölkəni – ABŞ-I seçki ilə təhvil aldım, indisə dünyanın ən güclü ölkəsinə çevrdim. Mənim səylərimlə Neft hazırda dünyada bir nömrəli neft və qaz istehsalçısıyıq. Səudiyyə Ərəbistanı və Rusiyanın birlikdə hasil etdiyindən daha çox neft istehsal edirik. Dünyada bizim kimi başqa bir ölkə yoxdur.
"ABŞ-IN HÖRMÜZ BOĞAZINA EHTİYACI YOXDUR"
ABŞ Hörmüz boğazından neft almır və bizə də lazım deyil. Hansı ölkələr Hörmüz boğazından neft alırsa, indi onlar orada olmalı və boğazın açılışını təmin etməlidir. Edə bilmirlərsə, qoy ABŞ-dan neft alsınlar.
İkincisi, getsinlər Hörmüz boğazına, bacarırlarsa, öz neftlərini alsınlar. İranın başı hazırda kəsilib. Onlar nefti satmaq istəyəcəklər, çünki onların sahib olduqları tək şey budur.
"2-3 HƏFTƏ ƏRZİNDƏ SÜRƏTLİ ZƏRBƏ VERƏCƏYİK"
Qısa müddət ərzində Amerikanın bütün hərbi hədəflərini tamamlayacağıq. Növbəti 2-3 həftə ərzində İrana daha sərt zərbə endirib Daş dövrünə qaytaracağıq. Hələ neft infrastrukturuna zərbə endirməmişik, amma vura bilərik. Onların radar sistemləri məhv edilib."
"İRAN ARTİQ TƏHDİD DEYİL"
"İran artıq təhdid deyil; bu, uşaqlarımız üçün bir sərmayədir. ABŞ daha təhlükəsiz və güclü olacaq. Görəcəksiniz!"
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi