Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
02-04-2026 [10:50]
Tarix böyük dövlətlərin necə yarandığını yox, kiçik dövlətlərin necə sağ qaldığını daha dəqiq göstərir. Tarix emosiyanı yox, nəticəni yadda saxlayır. Şirvanşahlar bunu sübut edən ən uzunömürlü siyasi modellərdən biridir. Bu dövlət təxminən 861-ci ildən 1538-ci ilə qədər-677 il mövcud olmuşdur. Qafqaz üçün, bütövlükdə dünya üçün bu, nadir davamlılıqdır.
Şirvanşahlar böyük imperiyalar arasında yox olmadılar, mədəniyyət yaratdılar, amma bir həqiqətdən qaça bilmədilər. Bu coğrafiyada təkcə ağıllı olmaq kifayət etmir. Onlar oyunu düzgün oynadılar, amma güc oyununun qaydaları dəyişəndə tarix onları bağışlamadı.
Şirvanşah-ağılın zirvəsi
Rus şərqşünası Vladimir Minorsky Şirvan haqqında yazırdı: “Shirvan was one of the most enduring political entities in the Caucasus.” (“Şirvan Qafqazda ən uzunömürlü siyasi qurumlardan biri idi.”)
Alman tarixçisi Vasily Bartold daha dəqiq ifadə edir: “Small states survived not by strength, but by flexibility.” (“Kiçik dövlətlər güclə yox, çevikliklə sağ qalırdı.”)
Şirvanşahlar bunu sübut etdi. Bu dövlət təsadüfi yaranmamışdı. Onun kökü VIII əsrdə Qafqaza gələn ərəb mənşəli şeybanilərə (Bəni Şeyban) dayanırdı. Bu tayfa dini missioner deyildi. Onlar Ərəb xilafətinin hərbi-siyasi dayağı kimi bu torpaqlara yerləşdirilmişdi. Məqsəd sadə idi: idarə etmək, vergi toplamaq və regionu nəzarətdə saxlamaq.
Lakin tarix burada dönüş etdi. Bu ərəb mənşəli sülalə zamanla yerli mühitə qarışdı, türkləşdi və artıq kənardan gəlmiş hakimiyyət yox, regionun öz dövlətinə çevrildi. Bu, işğaldan dövlətçiliyə keçidin nadir nümunələrindən biridir.
Şirvanşahlar yalnız siyasətlə yox, mədəniyyətlə də tarixə düşdü. Bu dövlət Şərqin mühüm intellektual mərkəzlərindən birinə çevrildi. Saray yalnız hakimiyyət yeri deyildi. O, həm də ədəbiyyat və elmin himayəçisi idi. Dövlətin mərkəzi olan Şirvan ədəbi və intellektual mərkəzə çevrilmişdi.
Bu mühitdə Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər yetişdi. Daha böyük bir fakt isə Nizami Gəncəvi ilə bağlıdır. Onun “Leyli və Məcnun” əsərinin Şirvanşah I Axsitana həsr olunması göstərir ki, Şirvan yalnız siyasi yox, mədəni sifariş verən güc mərkəzi idi.
Bu, çox mühüm detaldır. Çünki Nizami kimi bir dahinin əsərini həsr etdiyi saray artıq regional yox, sivilizasion səviyyədə qəbul olunurdu.
Lakin bu sistem hər fikrə açıq deyildi. İmadəddin Nəsimi kimi islamın rədd etdiyi hürufi düşüncəni təmsil edən şairlər bu sistemin içində yox, kənarında idi. Şirvanşahlar sünni-ortodoks dini xətti qoruyurdu, yəni İslamın rəsmi və ənənəvi qaydalarına sadiq qalır, qeyri-ənənəvi ideyaları təhlükə kimi qəbul edirdi. Bu, dövlətin sabitliyini qorumaq üçün seçilmiş siyasət idi.
Şirvanşahların gücü yalnız söz və siyasətdə deyil, daşda da görünürdü. Bakıda yerləşən və UNESCO siyahısında yer alan Şirvanşahlar Sarayı bu dövlətin memarlıq zirvəsidir. XV əsrə aid bu kompleks göstərir ki, Şirvan yalnız sağ qalan yox, yaradan dövlət idi.
Bu dövlətin ən güclü hökmdarlarından biri I İbrahim idi (1382–1417). O, Əmir Teymur kimi nəhəng güclə qarşı-qarşıya gəlsədə özünün qoruyub saxlaya bildi. Məhz Şirvanşah I İbrahimlə bağlı məşhur epizod- “40-cı qul özüməm” ifadəsi siyasi realizmin simvoludur. Guya Şirvanşah Əmir Teymura hər şeydən 40 ədəd olmaqla hədiyyələr verir. Yalnız qulların sayı 39 olur. Teymur soruşur: “Niyə 40 deyil?” Cavab isə sərt və ağıllıdır: “40-cı qul özüməm.” Bu olay klassik akademik tarix kitablarında dəqiq sənəd kimi YOXDUR. Simvolik hekayədir, amma böyük siyasi məna daşıyır.
Bu, zəifliyin yox, hesablanmış siyasətin ifadəsi idi. Şirvanşah fərd olaraq geri çəkildi, amma dövlət olaraq qaldı.
Qərb tarixçiləri Şirvanı “buffer state” (bufer dövlət) kimi-böyük imperiyalar arasında tampon zona kimi təfsir edirdilər. Pragmatik və dəyişən siyasi reallıqlara sürətlə uyğunlaşan ölkə kimi görürdülər.
Alman şərqşünası Vasily Bartold yazırdı: “Small states survived not by strength, but by flexibility.” (“Kiçik dövlətlər güclə yox, çevikliklə sağ qalırdı.”)
Şirvanşahlar bunu bacardı. Amma sonsuza qədər yox. XVI əsrdə region dəyişdi. Yeni güc ortaya çıxdı-Səfəvi dövləti. Bu artıq əvvəlki imperiyalar deyildi. Bu, daha sərt, daha mərkəzləşmiş və ideoloji sistem idi.
1538-ci ildə Şah I Təhmasib Şirvanşah dövlətini tamamilə ləğv etdi. Bu, sadəcə bir dövlətin süqutu deyildi. Bu, bir siyasi modelin sonu idi. Şirvanşahlar ağıllı idi — ona görə 677 il yaşadı. Amma kifayət qədər güclü deyildi — ona görə tarixdən silindi. Bu dərs bu gün də aktualdır.
Müasir Azərbaycan eyni coğrafiyadadır. Yenə böyük güclərin arasında. Fərq ondadır ki, bu gün mübarizə təkcə silahla yox, enerji, logistika və texnologiya ilə aparılır. Amma qayda dəyişməyib. Bu regionda emosional siyasət aparan dövlətlər yaşamır.
Bu regionda yalnız ölçülü0biçili siyasət yürüdən və güclənən dövlətlər qalır.
Azərbaycan bu gün balans siyasəti aparır. Bu, Şirvanşah modelinin davamıdır. Amma təkcə balans kifayət etmir. Tarix artıq sübut edib: Şirvanşahlar ağıllı idi — ona görə yaşadı. Güclü deyildi, ona görə tarixdən silindi.
Bu gün seçim daha sərtdir: ya güclənirsən, ya da tarix olursan.
Azərbaycan bu gün bu üç istiqamətdə hərəkət edir. O, eyni anda Qərblə enerji əməkdaşlığı qurur, Rusiya ilə münasibətləri saxlayır, Türkiyə ilə strateji ittifaqdadır və İranla açıq qarşıdurmadan qaçır. Bu, təsadüfi siyasət deyil. Bu, Şirvanşah modelinin müasir formasıdır.
Lakin burada mühüm fərq də var. Şirvanşahlar əsasən passiv balans siyasəti aparırdı, yəni uyğunlaşırdı. Müasir Azərbaycan isə təkcə uyğunlaşmır, oyunu formalaşdırmağa başlayır. Orta Dəhliz, enerji xətləri və regional layihələr bunun göstəricisidir.
Bu o deməkdir ki, Azərbaycan artıq yalnız sağ qalmağa çalışan dövlət deyil. O, beynəlxalq sistemin içində yer tutan aktora çevrilir.
Tarix artıq sübut edib: Şirvanşahlar ağıllı idi, ona görə bu qədər uzun yaşadı. Güclü deyildi, ona görə tarixdən silindi.
Bu gün seçim daha sərtdir: ya güclənirsən, ya da tarix olursan...
Elbəyi Həsənli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi