İraq və Suriyadan 469 uşaq və qadın Azərbaycana gətirilib

img

29-02-2024 [10:59]


Ötən il ərzində 13-ü qadın, 47-i uşaq olmaqla, 60 Azərbaycan vətəndaşı Suriyadan Vətənə repatriasiya olunub.

Mia.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, Ombudsman vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində Azərbaycan Xarici İşlər Nazirliyi və digər səlahiyyətli dövlət qurumları ilə əməkdaşlığını davam etdirir.

Bildirilib ki, Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq