Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR
23-02-2024 [21:10]
Fevralın 23-də AMEA-nın akademik Z.M.Büynadov adına Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
İnstitutdan Mia.az-a bildirilib ki, tədbiri açan elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü Xocalı soyqırımının Azərbaycan tarixinin faciəli səhifələrindən biri olduğunu deyərək, həmin hadisələrdə kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin şikəst olduğunu, 1275 dinc sakinin girov götürüldüyünü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini qeyd edib. R.Cümşüdlü Xocalı soyqırımı ilə bağlı Azərbaycanda görülən işlərdən danışıb, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi Sübhan Talıblı Xocalı soyqırımını bəşəriyyətin ən qanlı faciəsi adlandırıb. S.Talıblı 1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdabanın ermənilər tərəfindən işğalından danışaraq, ermənilərin Xocalıya üç istiqamətdən hücum etdiklərini, əhalinin Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olduğunu, qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıqla məhv edildiyini deyib.
Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev Xocalı soyqırımının Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi olduğunu deyib. Xocalı qətliamını XX əsrdə törədilmiş Xatın, Xirosima, Lidisa, Oradur faciələri ilə müqayisə edən E.Mustafayev bildirib ki, bu soyqırımına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir.
İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi Adil Mirabdullayev Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO