İLLƏR DANIŞIR... (“Xatirələr” silsiləsindən)
08-02-2024 [23:14]
Qalib ARİF
****
1990-cı illər... Mən “Aydınlıq” qəzetinə yazırdım. Mərhum Məmməd Nazimoğlu dedi ki, yazını bu gün nahara kimi gətirsən, birisi gün nömrəyə gedəcək. Həftəlik qəzetdi, tələsirdim... 26-larda (indi Sahil metrosu) hətta eskalatorda gözləmək istəmədim, qabağa keçdim. Kimsə daldan ayağımı qəsdən tapdaladı, ayaqqabının cırıltısı qulağımı “axtaladı”. Bahalı idi, Moskvada hardasa, 100 dollara almışdım. Yeri gəlmişkən, mən 90-larda Rusiyada işləyirdim, Azərbaycana arabir gəlirdim...
Eskalatordan çıxdım, hərifi metronun çıxışında gözlədim, üzr istəməyini istəyirdim. Gombul, hühdür adamdı, qoltuğunda o vaxtlar gündəmdə olan kağız torba da vardı. Dedim, “Qardaş, sən mənim ayağımı tapdamısan, ayaqqabımı da cırmısan”. Dedi “Əcəb eləmişəm, oğraş, hara soxulursan, camaatı adam saymırsan?!"
Hərifin diqqətini yayındırmaq üçün üzünə tüpürdüm, çənəsinin altından sağ, sol - iki yumuruq vurdum. Adam səntirlədi, amma davam gətirdi. Bir də təkrar etdim, kötüyündən sınmış ağac kimi yerə sərildi. Əlindəki kağız torba cırıldı, içindəki siqaretlər yerə töküldü. Mən siqaret çəkən deyiləm, amma “Marlborro” qutularını tanıyıram. Onları qaldırdım, ayaqqabının əvəzi kimi pencəyimin cibinə qoydum. Hərif isə yerdən qalxmaq istəmirdi, doğrudur, bu, nokaut deyildi, sadəcə olaraq, sərf etmirdi...
“Aydınlıq” qəzetinin redaksiyası o vaxtlar Nizami kino-tearına bitişik binada yerləşirdi. Özümü vaxtında çatdırdım, yazını Baş redaktora verdim. Həmin gün mənim “Ədəbiyyat” qəzetində “Dağdan insanlığa marşrut” adlı hekayəm getmişdi. Qəzet Məmmədin stolunun üstündə idi. Allah rəhmət eləsin, qoltuğuma bir yox, lap “iki qarpız” verdi, yazımı xeyli təriflədi. Üstündən “100 il” keçib, amma sözləri indi də qulaqlarımdadır: “Maraqlı süjet qurmusan, təbiətin təsvirində isə, lap göylərə çıxmısan”. Mən tərif xoşlayan deyiləm, amma istedadlı adamdan eşidəndə, qulaqlarımı şəkləyirəm. Bundan sonra, “kişisən, tərifə layiq yazı yazma” deyirəm.
Nə isə, cibmdən “Marlboro” qutularını çıxardım, Məmmədə “rüşvət” verdim. 4 qutu idi, hamısı da “Amerikanski”. Məmməd mat qaldı, hətta matının dərəcəsinə uyğun, uzun bir fit çaldı, bunlardan “İskəndər Həmidov çəkir” fikrini ortalığa atdı. Razılaşdım, “Minnətçi olmuşam, Boz Qurdun özündən almışam” dedim. “Nəyi olmasa da, mərdliyi var” dedi, “amma indi böyüyüb, bizim redaksiyaya gəlib-gedən, bizə qonaqlıq verən həmin oğlan deyil”... Hiss edirdim, zarafatlıq ovqatı yox idi, yaman dilxor idi. Səbəbini soruşdum, bir az tərəddüd etdi... Dərd də paylaşanda azalır deyirlər...
“Deməli, səhər işə gəlirdim, aşağıda lifti gözləyirdim. Liftin arxasından səs-küy eşitdim. Pilləkanla qalxdım, səs gələn tərəfə baxdım. İki nəfər idilər, biri hündür, qıvraq, o bira bizi boyda, amma zorba. Mahal (mərhum jurnalist Mahal İsmayıloğlu – Q.A.) yerdə idi, norka papağı başından düşmüşdü, qara plaşı da (Hə, Rəsul Quliyevin aldığı həmin “Yaponski” plaş) toza bulaşmışdı. Mən Mahalın papağını yerdən götürdüm, qoçular özlərini itirdilər. Hündür, qıvraq olan üstümə gəldi. Amma zorba oğlan məni tanıdı, başı ilə salamladı. Mənim yerlim, ağdaşlı idi, qonşu kənddəndi, İskəndər Həmidovun Mühafizə xidmətində işləyirdi. Yerlim mənimlə əl verib görüşdü, həmkarının qolundan çəkdi, sakitcə çıxıb getdilər...”
Dedim “yaxşı, sonra nə oldu, Mahal nə dedi?!” Məmməd gülümsədi, “Mahal ayağa durdu, üst-başının tozunu çırpdı, papağını məndən aldı, başına qoydu. Dedi ki, sən bunların qanının arasına girdin, atalarını yandıracaqdım...”
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər