Nazirlikdə korrupsiya: "Yoxlamalar zamanı 950 min manatı ona vermişəm..." - Generalla polkovnik məhkəmədə mübahisə etdi
09-12-2023 [18:05]
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən ötən məhkəmədə ifadə verən Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləmiş, polkovnik Rafael Xələfovun ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələri elan edilib.
Xatırladaq ki, Rafael Xələfov da bu iş üzrə təqsirləndirilən şəxsdir. Lakin istintaqın gedişatı zamanı onun cinayət işi bu iş icraatdan ayrılır, hazırda onunla bağlı cinayət işinin istintaqı davam edir.
Rafael Xələfov istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2019-cu ildə 2-ci ordu korpusunda maliyyə idarəsinin müfəttişləri – Həsən Paşayev və Süleyman Abbasov, nəzarət və təftiş şöbəsinin əməkdaşı Namiq Poladov ilə yoxlamalar aparıblar. Yoxlama aparan şəxslər hərbi hissələrdə əlavə vəsaitlərin olmasını müəyyən ediblər. Bu zaman əlavə vəsaitlər korpusdan alınaraq ona verilib.
İstintaqda verdiyi ifadələr zamanı Rəfael Xələfov qeyd edib ki, hərbi hissələrdən gətirilən pullar onun özü tərəfindən Nizami Məmmədova çatdırılıb.
Rafael Xələfov qeyd edib ki, Nizami Məmmədovun hərbi hissələrdə mənimsəmə faktlarından xəbəri olub. Şahidin sözlərinə görə, hərbi hissələrdən birində aparılan yoxlamalar zamanı əldə olunan vəsaitdən Həsən Paşayev 40 min, Süleyman Abbasov isə 60 min manat vəsaiti ona verib, o da həmin pulları Nizami Məmmədova çatdırıb. Rafael Xələfov ifadəsində həmçinin ona 40 min manatın çatmasını da təsdiqləyib.
Məhkəmədə çıxış edən Rafael Xələfov elan olunan istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib. Amma o, ilkin izahatını təsdiq etməyib.
Bildirib ki, istintaq zamanı ilkin ifadə verən zaman həyəcanlı olub, dəqiq məlumatlar verməyib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə qeyd edib ki, Rafael Xələfovun ilkin ifadələrində dediyi rəqəmlər müvəkkili Nizami Məmmədovun istintaqda və məhkəmə dövründə verdiyi rəqəmlərlə düz gəlir.
General Məmmədovun vəkilləri Rəşad Mirmehdizadə və Faiq Hüseynov ziddiyyətli məqamlara aydınlıq gətirmək üçün Xələfova bir neçə sual veriblər. Lakin vəkilləri maraqlandıran əsas suallar cavabsız qalıb.
Rəşad Mirmehdizadə ən birinci ondan nəyə görə məhz istintaqdakı sonuncu ifadəsini təsdiq etdiyini soruşub: “Bu sualı ona görə verirəm ki, sizin ilk ifadənizdə dediklərinizlə Nizami Məmmədovun dedikləri eynidir. Amma sonradan fərqli danışmısız”.
Xələfov ilk dəfə ifadə verərkən həbs edildiyinə görə həyəcanlı olduğunu, nə danışdığını bilməməsi ilə əlaqələndirib.
Vəkil “Necə həyəcanlı olmusuz ki, dediyiniz bütün rəqəmlər Nizami Məmmədov deyənlərlə eyni olub. Bu rəqəmləri siz demisiz. Müstəntiq özündə rəqəm yazıb?”,-deyə soruşub.
Rafael Xələfov suallara cavab verməkdən imtina edib.
Müdafiəçi çarpaz şəkildə eyni sualla müvəkkilinə də müraciət edib.
N.Məmmədov keçmiş işçisinin dedikləri dediklərinə etiraz edib. Onun birinci ifadəsinin düzgün olduğunu bildirib:
“Ən birinci dindirmədə mənə nə məruzə edibsə, onu da deyib. Sonradan ifadədə adlarını çəkdiyi digər insanlar bunun üzünə dayandığına görə hər şeyi mənim üstümə atıb. Ondan fərqli olaraq mən ilk gündən nə demişəmsə, hələ də üstündə durmuşam”.
Nizami Məmmədov da qısa çıxış edərək bildirib ki, Rafael Xələfov ilkin ifadəsi həqiqətdir.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran şahid deyib ki, yoxlama və təftiş zamanı yığılan pulların 50 faizi Nizami Məmmədova çatıb, yerdə qalan pullar isə digər şəxslər arasında bölünüb.
Suallara cavab verən şahid deyib ki, 2-ci ordu korpusunda aparılan yoxlama zamanı 2 milyon 500 min manat yeyinti aşkar edilib. O deyib ki, təqsirləndirilən Bayram Bayramov Nizami Məmmədovun ən yaxın adamı olub.
İzahat verən Bayram Bayramov bildirib ki, onun Nizami Məmmədovla şəxsi münasibəti olmayıb, yalnız xidmətdə tabeçilik əlaqələri olub:
“2020-ci ildə yoxlamalar zamanı 950 min manatı Həsən Paşayevə vermişəm. Həsən Paşayev də həmin pulu Rafael Xələfova çatdırıb. İndi həmin vəsaitin 700 min manatı etiraf olunur. Qalan pulun kimə çatdığı bilinmir”.
Daha sonra çıxış edən Nizami Məmmədov deyib ki, yoxlama aparan və yoxlaması aparılan şəxsləri heç vaxt xidməti otağına çağırmayıb və onlarla söhbət aparmayıb: “Bu işlərlə Rafael Xələfov məşğul olub. Mən də ona inanmışam. Buna görə də başqa şəxslərlə söhbət aparmamışam. Bunu etsəydim, düzgün olmazdı. Bu nəzarətə nəzarət olardı. Mən Rafael Xələfova bu işlərdə inanmışam, ona hər şeyi etibar etmişəm. Nə biləydim ki, yanımda əfi ilan saxlayırmışam. Rafael Xələfov istintaq zamanı xarakterini, məhkəmədə isə tərbiyəsini göstərdi”.
Bu zaman generalla polkovnik arasında qısa mübahisə yaranıb. Mübahisə sakitləşdiriləndən sonra isə digər təqsirləndirilən Vüsal Əlizadə deyib ki, müxtəlif məbləğlərdə Rafael Xələfova pullar verib. Lakin bəzi məbləğləri istintaq zamanı deməyib.
Hakim isə bu məsələnin ittihamın çərçivəsindən kənar olduğunu deyib. Bildirib ki, məhkəmədə yalnız verilən ittiham çərçivəsində işə baxılır.
Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edib. O bildirib ki, Rafael Xələfovun bir çox şahidlərlə əlaqəsi olub. Vəkil Rafael Xələfovun bütün məhkəmə iclaslarında iştirak etməsini, şahidlər ifadə verən zaman çarpaz dindirilmənin aparılmasını istəyib:
“Çünki burda bütün pullar Rəfael Xələfova verilib. Bir çox epizod üzrə görülür ki, Rafael aşağıları da, yuxarıları da aldadıb. Aşağılardan çox alıb, yuxarılara az verib”.
Bu məsələyə digər təqsirləndirilən şəxslərin vəkilləri də, həmçinin təqsirləndirilən şəxslərin özləri də razı olublar.
Vəsatətlə dövlət ittihamçısı da razılaşdığını deyib. Bildirib ki, şahidlər ifadə verən zaman Rafael Xələfovun prosesdə iştirak etməsi işin obyektiv araşdırılmasına kömək olar.
Amma müşavirə keçirən hakim heyəti Rafael Xələfovun hər bir iclasda iştirak etməsinin vacib olmadığını deyiblər. Bildiriblər ki, Rafael Xələfova suallar yaranarsa, o zaman onun məhkəməyə çağırılması müzakirə oluna bilər.
Daha sonra şahid qismində Emin Poladov ifadə verib. Ehtiyatda olan polkovnik rütbəsində olduğunu deyən Emin Poladov bildirib ki, 1-ci ordu komandanlığında maliyyə xidmətinin rəisi vəzifəsində işləyib. O bildirib ki, hərbi hissələrə ayrılan pullar xüsusi tapşırıqlar əsasında geri qaytarılıb.
Daha sonra Rafael Xələfovla Emin Poladov arasında olan üzləşmə protokolu elan edilib. Üzləşmə zamanı Emin Poladov üç dəfəyə Rafael Xələfovun tapşırığı ilə Rövşən Əliyevə 550 min manat verib. Daha sonra 2020-ci ildə Teymur Teymurova yoxlamaların sonunda 568 min manat verib.
Prosesdə şahid qismində hərbi hissələrdə maliyyə xidmətinin rəisi işləmiş Qabil Kərimov ifadə verib.
O da ifadəsində yoxlamalar zamanı pulları Rafael Xələlova verdiyini deyib.
Növbəti iclas dekabrın 15-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO