"Siz Allah, icraçı direktorun bu çıxışına qulaq asın və..." - Aygün Əliyevanın "ikibaşlı çıxışı" narazılıq yaratdı (VİDEO)
22-09-2023 [17:47]
"Yenə də qərəzli yanaşdığımı deyərək, üzərimə hücuma keçəcəklər, gələcəkdə qrant almağım üçün əngəllər törədəcəklər. Qoy elə düşünsünlər"
Bu sözləri Mia.az-a İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin qurulmasında az-çox xidməti olmuş insan kimi, indi bu sektorun kimin əlində olmasına ürəyi ağrıyır:

"Bu günlərdə QHT Agentliyi zoom üzərində bəzi QHT sədrləri ilə görüş keçirib. Həmin görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaları təşkilatlara izah etməyə çalışıb. Onun həmin görüşdə etdiyii çıxışın bir hissəni sizə təqdim edirəm( Həmin çıxış yazıda sonda təqdim olunub - MİA.AZ). Özünüz qulaq asın və mənim haqlı olub-olmadığıma vicdanla qiymət verin.
Diqqət edin, bu xanımın dediyinə. O, anlaşılmaz şəkildə deyir ki, "QHT-lərin digər donorlardan maliyyə almasında məhdudiyyətlər olduğu üçün biz qaydalar qoymadıq ki, hamı üçün bərabər şərait yaradaq".
Xatırlatmaq istəyirəm ki, Azərbaycanda nəinki yerli digər donorlardan, hətta xaricdən qrant almağa məhdudiyyət yoxdur. Sadəcə qanunvericiliyin bəzi tələbləri var ki, bu da bəzi xarici donorlara yerli QHT-lərlə işləməyə həvəsləndirmir. Onlar əslində, əvvəlki illərdəki kimi ölkədə qeydiyyatsız fəaliyyət göstərmək istəyirlər. Ki, bu da mövcud qanunlara görə mümkün deyil. Məsələnin mahiyyəti budur, yəni. Amma burada hər hansı bir məhdudiyyətdən getmir. Hesab edirəm ki, QHT Agentliyinin rəhbəri belə siyasi səhvlər buraxmamalıdır".
İSBAM sədrinin sözlərinə görə, digər məsələ isə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar birbaşa cənab Prezidentin 19 aprel 2021-ci il tarixli Fərmanının 7-ci bəndi ilə Nazirlər Kabinetinə tapşırılıb: "Amma xanım icraçı qeyd etdiyim çıxışında deyir ki, "biz ilk illər bunu özümüz yaratmadıq ki, hər kəs üçün platforma yaradaq, təşkilatları aydınlaşdıraq". Siz Allah, bu açıqlamadan bir şey başa düşdünüzmü: Bu sözlərrlə nə qədər mübahisəyə zəmin yaradılmaısnın doğrudan fərqində deyillər? Digər yandan, ölkədə nə qədər fəal təşkilat var ki, 14 illik QHT Şurası dövründə aydınlaşdırılmadı?
Üstəlik, bu çıxışda QHT-lərin aşağılanması açıq-aydın görünür. Deyilir ki, QHT-lərdən bu illər ərzində qeyri-adi təkliflər almadıq, ona görə də bu qaydalar tətbiq olundu...".
Təşkilat sədrinin iradlarına qarşı tərfəin münasibini də dərc etməyə ahzırıq.
Tahir
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO