Almaniya torpaqlarının dörddə biri Polşa və Rusiyadadır - Fransadakı Strasburq da alman şəhəridir, Kalininqrad isə...
14-07-2023 [15:57]
Rusiya adlı ayı hələ ölməyib. Ancaq artıq onun dərisini bölmək uğrunda mübarizə başlayıb.
Bu yazıda Rusiya-Ukrayna müharibəsinin gündəmə gətirdiyi bəzi fundamental məqamlara toxunacağıq.
Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyevə hansı dövlət daha çox dəstək verir? Əminəm ki, əksəriyyət bu ölkənin məhz Amerika olduğunu deyəcək. Bəs Amerikadan sonra Ukraynaya dəstək verən ikinci ölkə hansıdır? Yox, bu, Böyük Britaniya deyil. Bilirəm, bu sualın cavabını bilənlərin sayı azdır. Ancaq bu, son dərəcə önəmli məsələdir. Niyəsini bir-bir diqqətinizə çatdıracam...
Bəlkə də çoxunuz inanmayacaqsız. Ancaq Ukraynaya Amerikadan sonra ən çox dəstək verən ölkə Almaniyadır. Bəllidir ki, Rusiya Almaniya və Fransanın loyallığına ümid edərək Ukraynaya qarşı hərbi əməliyyata başlamışdı. Prosesin əvvəlində adın çəkdiyim hər iki ölkə bu və ya digər formada Rusiyaya dəstək verməyə çalışırdı. Ancaq rəsmi Vaşinqtonun təzyiq mexanizmi hər iki ölkəni anti-Rusiya cəbhəsində yer almağa məcbur etdi. Yəni ilkin mərhələdə proses bu minvalla gedirdi. Ancaq prosesin müəyyən bir mərhələsində Almaniyanın Rusiya-Ukrayna müharibəsinə münasibəti kəskin şəkildə dəyişdi. Ən maraqlı olan elə niyəsidir.
II Dünya Müharibəsindən sonra Almaniya hərbi baxımdan son dərəcə zəif bir görkəm almışdı. Faşizmin vurduğu sağalmaz yaralardan dolayı almanlar öz ölkələrinin yenidən hərbi gücə çevrilməsini istəmirdi. O yaralarla bağlı bəzi önəmli faktları aşağıda açıqlayacam. Orasını da deyim ki, dünyanın siyasi mərkəzləri də Almaniya hərbi maşınının güclənməsinin qarşısını almaq üçün ortaya ciddi maneələr qoymuşdu. Ancaq Rusiya-Ukrayna müharibəsi Almaniya hərbi maşınının böyük sürətlə keçmiş əzəmətinə qayıtmasına təkan verib. Onu da unutmayaq ki, Almaniya iqtisadi baxımdan dünyanın dördüncü ölkəsidir. Belə iqtisadi gücü olan ölkənin yenidən hərbi dirçəlişə meyllənməsi həm də o deməkdir ki, bəşəriyyət tezliklə Almaniyanın ortaya qoyacağı hərbi güclə üz-üzə qalacaq.
Xristian Demokrat İttifaqı Almaniyanın ikinci ən böyük partiyasıdır. Bu partiyanın ən nüfuzlu müdafiə üzrə eksperti, sabiq polkovnik həftə sonu verdiyi müsahibədə təklif etdi ki, Ukraynada vəziyyət imkan verərsə, NATO “ Kalininqradın Rusiyadan gələn təchizat xətlərini kəsərdi. Bununla da biz Putinin təzyiq altında olanda necə reaksiya verdiyini görərdik”. Gördüyünüz kimi, aradan az qala 80 il ötsə də Almaniya 1945-ci ilin aprelində qədim Prussiya şəhəri Köniqsberqin Rusiyaya təslim edilməsini unutmayıb. Xatırladım ki, Köniqsberq 1737-ci ildən 1945-ci ilədək Şərqi Prussiya vilayətinin mərkəzi olub.
Söhbət təkcə Köniqsberqdənmi gedir? Qətiyyən yox. Söhbət nəhəng bir ərazidən gedir. Məsələ ondadır ki, Üçüncü Reyx (1933-1945) darmadağın olduqdan sonra müharibədən əvvəl sahib olduğu ərazinin dörddə birini itirdi. Həmin ərazi kommunist Polşa ilə Sovet İttifaqına çatdı. Yəni Köniqsberq aysberqin görünən tərəfidir.
Köniqsberqin SSRİ üçün önəmini vurğulamaq üçün sadəcə bir faktı deyim. Stalin bir neçə min tank və təyyarə ilə dəstəklənən 1,5 milyon sovet əsgərinə Köniqsberqi ələ keçirməyi əmr etdi. Almanların xüsusi möhkəmləndirilmiş diviziyaları Köniqsberq qalasının işğaldan xilas edə bilmədi. Bu qələbə Moskvada 324 topun hər birindən 24 dəfə yaylım atəşi açmaqla möhtəşəm şəkildə qeyd olundu.
Hitler Almaniyası iflasa uğradı. 1944-1950-cı illərdə Şərqi Avropadan 12-14 milyon alman qovuldu və onlar Qərbi və Mərkəzi Almaniyaya yerləşdirildi. Böyük köç zamanı 2 milyondan çox alman yollarda can verdi.
Soyuq müharibə dönəmində (1947-1991) Almaniya Amerikanın rəhbərlik etdiyi Qərb Bloku ilə SSRİ-nin rəhbərlik etdiyi Şərq Bloku arasında bölüşdürüldü. Amerikanın nəzarət etdiyi Qərbi Almaniya kapitalist, SSRİ-nin nəzarət etdiyi Almaniya Demokratik Respublikası isə marksist-leninçi ideologiyaya söykəndi...
Kimsə deyə bilər ki, hansısa sabiq polkovnik bir bəyanatına əsaslanıb bu qədər təşvişə düşməyə dəyməz. Gəlin faktlara baxaq. Gələn il Almaniyanın hərbi büdcəsi 10 milyard avro artacaq və 60 milyardı keçəcək. Bundan başqa Almaniya kansleri Olaf Şolts Rusiya-Ukrayna müharibəsindən dolayı 100 milyard avroluq xüsusi fond yaradıb.
“Reichbürger” adlanan və Almaniyanın 1937-ci ildəki sərhədlərini yenidən bərpa etməyi hədəfləyən monarxist-sağçı qrupun üzvləri arasında keçmiş hərbçilərin xüsusi çəkisi var. “Bir əsgər kimi alman xalqını qorumağa and içdik. İndi xalqımızın bizə ehtiyacı var. Bu hökuməti devirmək vacibdir”, – bu qrupun adından hələ 2021-ci ilin mayında belə bir bəyanat yayılmışdı.
“Reichbürger” ciddi təşkilatdır. Bir faktı dəyim. Bu təşkilatın bir qolu olan “Patriotische Union” (Vətənpərvər+lər Birliyi) qrupu 7 dekabr 2022-ci ildə Almaniyada dövlət çevrilişinə cəhd göstərdi. İfrat sağçı terror qruplaşmasının 25 üzvü həbs edildi. Bunlar nə istəyir? Qrup Alman Reyxinin ənənəsinə uyğun olaraq, ən azı 1937-ci il sərhədləri çərçivəsində Almaniya İmperiyasını bərpa etmək amalına sahibdir.
Almanlar hazırda təkcə Polşa və Rusiyada qalan torpaqlarına tərəf boylanmırlar. Avropa Şurasının mərkəzi orqanları və Avropa Parlamentinin yerləşdiyi Strasburq da dəfələrlə Almaniya ilə Fransanın arasında əldən ələ keçib. II Dünya Müharibəsindən sonra isə bu alman şəhər hərbi qənimət kimi Fransaya çatıb...
Başqa bir məqam. Almaniyanın xarici işlər naziri xanım Annalena Baerbock 2023-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) keçirilən müzakirələr zamanı birbaşa dedi ki, Qərb hazırda Rusiyaya qarşı müharibə aparır. Bu bəyanat beynəlxalq rezonans doğurdu. Çünki xanım Annalena Baerbock-a qədər kimsə bu həqiqəti dilə gətirməmişdi...
İndi Almaniya yaxşı başa düşür ki, Ukrayna müharibəsi onlar üçün tarixi fürsət yaradıb. Almaniya NATO-nun əli ilə ən azı Rusiyada olan torpaqlarını geri qaytara bilər. Polşa və Fransadakı alman torpaqları məsələsi isə sonraya da saxlamaq olar.
Özü də Rusiyanın darmadağın olmasını təkcə Almaniya arzulamır. Rusiyanın daxilindəki türk toplumlarından tutmuş Çinə kimi, Türkiyədən tutmuş Yaponiyaya kimi o günü gözləyən dövlətlər var. Hətta Azərbaycan belə Dərbənd məsələsini unutmayıb...
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib - FOTOLAR
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - Nələr müzakirə olunub?
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Sabah yağış yağacaq
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DONALD TRAMP İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ - MƏTN + SƏNƏD
Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
Sabah yağış yağacaq
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama