Fransa Moskva və Tehranın müttəfiqi olan Ermənistanı niyə silahlandırır? - Ukrayna kəşfiyyatı məxfi sirləri ifşa etdi
12-07-2023 [16:21]
Elbəyi Həsənli,
Sürix
***
Avropa İttifaqına bağlı “eureporter.co” saytında “Why does France take the risk of arming Armenia, an ally of Moscow and Tehran?” (Niyə Fransa Moskva və Tehranın müttəfiqi olan Ermənistanı silahlandırmağa risk edir ?) adlı məqalədə təqdim edib.
Məqalədə deyilir ki, bir neçə həftədir ki, Fransanın Ermənistanı silahlandırmaq məqsədi ilə ermənilərə özünün “Mistral” zenit-raket kompleksləri ilə təmin etməyə çalışması ilə bağlı məlumatlar yayılır. Bu məxfi məlumatı isə Ukrayna kəşfiyyat xidməti üzə çıxarıb: "Fransa Ermənistanı öldürücü silahlarla təmin etmək qərarına gəlib. Tezliklə Ermənistana 50 zirehli zenit-raket sistemi quraşdırılmış avtomobillərin gələcəyi gözlənilir”.
Ukrayna nədən bu məxfi məlumatı yayıb? Çünki Ukrayna yaxşı bilir ki, Ermənistanın iki əsas müttəfiqi var: Rusiya və İran. Ermənistan da, İran da
Ukrayna müharibəsində Rusiyaya dəstək verir. Ermənistan passiv, İran isə aktiv şəkildə ortadadır. Azərbaycan isə Türkiyə ilə birlikdə Ukraynanın yanındadır. Ukrayna onu da yaxşı bilir ki, Fransanın Ermənistana ötürəcəyi silahların Rusiyaya çatması və Ukrayna cəbhəsində həmin silahlardan istifadə olunması ehtimalı son dərəcə yüksəkdir.
Sayt yazır ki, Avropa İttifaqı Ermənistanla Azərbaycanın anlaşmasında maraqlıdır. Fransa isə bu anlaşmaya mane ola biləcək yol tutub.
Sayt onu da bildirir ki, Hindistan da Ermənistanın silahlandırılmasında ciddi rol oynayır.
Yadınızdadırsa, 2020-ci ilin elə bu vaxtlarında Serbiya və İordaniyanın işğalçı Ermənistana silah satması üzə çıxdı. Serbiyaya ciddi maliyyə dəstəyi verən Azərbaycan hərəkətə keçdi. Serbiya prezidenti Aleksandr Vuçiç biabırçı vəziyyətə düşdü...
Təbii ki, Fransa gizli şəkildə Ermənistana “Mistral” zenit-raket kompleksi yerləşdirə bilməz. Cənubi Qafqaz hazırda bütün dünyanın diqqət mərkəzindədir. Xüsusən İsrail kəşfiyyatı rəsmi Parisin bu kimi davranışlarına seyrçi qalmayacaq. Çünki bu, onun da milli maraqlarına qarşıdır...
Ermənistana silah hansı yolla çatdırıla bilər? Gürcüstan və İran üzərindən. Gürcüstan buna imkan verməz. Azərbaycan İran üzərindən bu kompleksin daşınmasının qarşısını almaq iqtidarındadır. Bunun üçün Güneydəki millətçi kəsimi ayağa qaldırmaq mümkündür. Həm də həmin kompleks istənilən halda Zəngəzur ərazisindən daşınmalı olacaq. Həmin ərazi isə faktiki olaraq Azərbaycan hərbçilərinin nəzarəti altındadır. Yəni həmin kompleks sərhədi keçən kimi dronlar vasitəsi ilə sıradan çıxarıla bilər...
Nəzəri baxımdan Fransa sözügedən kompleksi Ermənistana hava yolu ilə də çatdıra bilər. Ancaq quru ilə müqayisədə havaya nəzarət daha güclüdür. Həm də Ermənistanın hava məkanı da bəlli məhdudiyyətlər çərçivəsindədir...
Fransanın Ermənistana “Mistral” zenit-raket kompleksi verməsinin ortaya çıxması rəsmi Bakıya ciddi təbliğat imkanları yaradacaq. Bu isə Fransa üçün arzu olunan sonluq deyil. Həm də Fransa Avropa İttifaqı və ABŞ-ın (+Böyük Britaniya) yeritdiyi siyasi xəttə qarşı olduğunu etiraf etmək zorunda qala bilər. Bu da Fransaya yaxşı bir şey vəd etmir.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər