Bir test sualı üçün 3 manat ödənilir: "Əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə..." - "Əliboş gedirdik bunkerə..."
25-06-2025 [13:58]
Könüll AYDIN,
Təhsil İnstitutunin sabiq şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru
***
Emin müəllimin ağızdolusu danışdığı o imtahan prosesinin mətbəxindən bəhs edim ki, başınıza gələnlərin səbəbi sizə tam aydın olsun.
Nəzakət Mehdiyevanın rəhbərliyi altında MİQ sualları hazırlanır. Ehtimal edirəm, yenə odur məsul şəxs, əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə.
Guya bunların ekspert qrupları var, müxtəlif fənlər üzrə suallar yazmalıdırlar. Mən keçən ilə qədər müşahidə edirdim ki, heç kimin sual yazmağa xüsusi həvəsi yoxdur, çünki test tapşırığının birinə 3 manat ödəniş edirdilər. Vaxtilə mən də test yazırdım, imtahanın aparılması üçün bunkerə daxil olurdum. Düşünəndə ki, mən 100 suala cəmi 300 manat alacağam, marağım qalmadı və sual yazmağa tələsmədim. Orta çətinlikli orijinal bir sual, düşünün, nə qədər vaxt alır, çətin sual ondan da çox. 300 manatı artıq alıb xərcləmiş hesab edirsən özünü. Bu sualların da ödənişini o zaman edirdilər ki, artıq sən o pulu da gözündən çıxarırdın. İlin sonunda özləri yeyib doyanda.
Hə, beləcə, əliboş gedirdik bunkerə. Bunkerə də ki daxil oldun, imtahan bitməmiş oradan çıxa bilməzsən. Bazada sual var, ya yox, heç kimə dəxli yoxdur, zəhmət çək, canın çıxsın, test bloklarını hazırla. Allah heç kimə göstərməsin, 24 saat yuxusuz günlər.
Tez-çaparaq hərə bir sahə üzrə döşənirdi sual hazırlamağa. Azərbaycan dilindən bazada mətn sualları tapmaq olmurdu, olanlar da işə yaramırdı. İnternetdən istifadə qadağan, cəmi bir dolab kitab var idi orada. İndi gəl bu kitabları vərəqlə, böyük əsərlərdən bir-iki abzas tapıb, qur-quraşdır, test tapşırığı yaz. Onu da orada dəyərləndirən neçə nəfər olar: bir, uzağı iki. Beləcə, at bloka getsin...
Hələ bunlar o yana, deyək, 10 gün qaldın bunkerdə, günə 100 manat olmaqla, cəmi 1000 manat yazırdılar. Bu da cəhənnəm, evdə oturub onu qazanmayacaqsan ki, düşünürdün, çıxıb pulumu alacağam, amma onu da ya dekabrın sonu, ya yanvarın əvvəli alana qədər artıq marağı da qalmırdı. Yenə özləri yeyib doyandan sonra sənin "bir abbasını" ödəyirdilər.
Emin Əmrullayevin ağız dolusu danışdığı o imtahanlara hazırlıq belə biabırçı prosesdir.
Hər şey o tərəfə, əsas odur, bunlar yeyib doysunlar, bəlkə, bir gün gözləri də doyar və onda deyərlər, Nəzakət xanım, artıq bizə çirkli pul yuyan adam lazım deyil, bir zəhmət, şələ-küləni götür, kreslonu boşalt, dürüst və səriştəli adam gətiririk...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər