Fatih Terim Çempionlar Liqasının finalı ilə bağlı proqnoz verib: ""Mançester Siti" üçün asan olmayacaq"

img

08-06-2023 [22:30]


"Qalatasaray"ın əfsanəvi məşqçisi Fatih Terim Çempionlar Liqasının finalı ilə proqnoz verib.

Mia.az xəbər verir ki, Sky Sport-a danışan Terim Çempionlar Liqasının finalında "Mançester Siti" - "İnter" matçı ilə bağlı fikirlərini bildirib. 

Terim bildirib ki, İnzaqinin komandası "Mançester Siti"ni məğlub edə bilər: ""İnter"də Hakan Çalhanoğlu var, onu çox yaxşı tanıyıram. Çox maraqlı komandalar finaldadır. "Mançester Siti" üçün asan olmayacaq. Finalda nə olacağını heç vaxt bilə bilməzsiniz".

Terim İtaliyanın "Napoli" komandasını çempion etdikdən sonra vəzifədən ayrılan Luciano Spallettinin gedişini də dəyərləndirib: "Spalletti mənim çox yaxşı dostumdur. İstirahətə ehtiyacı olduğunu söylədi.  Onun bu qərarına hörmətlə yanaşmalıyıq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR