Məşhur aktyor həbs edilib

img

08-06-2023 [21:17]


Amerikalı məşhur aktyor Cey Conston həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 6 yanvar 2021-ci ildə Donald Trampın uduzduğu prezident seçkilərindən sonra Kapitoliyə basqında iştirakda ittiham olunur.

Məlumata görə, istintaq çərçivəsində aktyorun basqında iştirak etdiyi dəqiqləşib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib: ""Bob's Burgers" və "Buxovlanmış tərəqqi" serialları ilə tanınan amerikalı aktyor Cey Conston 6 yanvar 2021-ci ildə Vaşinqtonda Kapitola basqında iştirak edib. O, hətta polisin əlindən zorla aldığı qalxan və dəbilqə ilə binaya hücum edəərk, zərər verib. Bütün bunlar dəlillərlə sübut olunduqdan sonra onun barədə həbs qərarı verilib".

Xəbərdə deyilir ki, hələ bir ay əvvəl yayılan fotolarda aktyorun iğtişaşçılarla birgə olduğu aydın olsa da, o, basqına qatıldığını inkar edib. Lakin zamanla faktlar təsdiqlənib.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR