Trampın "Dərin dövlət"lə Baydenə meydan oxuması başına bəla oldu: "Məni həbs edəcəklər"

img

18-03-2023 [18:04]


ABŞ-ın eks-prezidenti Donald Tramp martın 21-də köhnə və artıq araşdırılmış ittihamlar əsasında saxlanılacağını bəyan edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Onun sözlərinə görə, o, bu barədə Manhetten dairəsi prokurorluğundan sızan məlumat əsasəında xəbər tutub/Report.

Mia.az xatırladırki, 12 gün əvvəl, daha dəqiqi, martın 6-da Donald Tramp  Merilend ştatında konfransda çıxış edərkən Amerika "Dərin Dövləti" ilə Baydenə meydan oxuyub. O barəsində açılan cinayət işlərini qonadrma sayaraq, deyib ki, açılan cinayət işləri ilə onun qarşısını ala bilməyəcəklər.

Təxminən 1 saat 45 dəqiqə davam edən çıxışında Tramp bildirib ki, qarşıdakı prezident seçkilərində “Co Baydeni Ağ Evdən çıxaracağıq”.

Rusiya ilə Ukrayna arasındaki savaşa toxunan Tramp iddia edib ki, bu dağıdıcı savaşı bir günə həll edəcək: "Mən Ovaldakı Ofisə getmədən belə, əvvəlcə Rusiya ilə Ukrayna arasındakı dağıdıcı müharibəni həll edəcəm. Problemi sürətli şəkildə çözəcəm, bunu həll etmək bir gündən çox sürməyəcək"

Tramp ABŞ-ın hazırda azad bir ölkə olmadığını qeyd edərək, bildiirib ki, ölkədə azad media, ədalət yoxdur: "Mən amerikalılarln səsi, savaşçısı, ədaləti, zülmə uğrayanların isə intikamçısı olacam".

Sabiq prezident haqqqında açılan çoxsaylı məhkəmə iddialarına baxmayaraq, bunların onun yolunu kəsə bilməyəcəyini vurğulayıb: "Mən, çox mükəmməl seçki kampaaniyası apararaq, Baydeni yola salacağam...".

Amma indi görünür, Trampın bu meydanoxuması ona baha gəlir.

Samir Musayev

MİA.AZ

 

Digər xəbərlər
SON XƏBƏRLƏR