Zaxaridən Azərbaycana mesaj: "Makron Cənubi Qafqazda sülhə ən çox vaxt sərf edən Qərb lideridir və..."
05-01-2022 [16:59]
“Mən azərbaycanlıları və Azərbaycandakı fransızları yeni 2022-ci il münasibəti ilə təbrik edirəm və bunu nikbinliklə edirəm, çünki inanıram ki, bu il həqiqətən də, Azərbaycan və Fransa arasında münasibətlər üçün yaxşı il olacaqdır”.
Bunu Fransanın Azərbaycandakı səfiri Zakaria Qross bildirib.
O, diplomatik nümayəndəliyin rəsmi saytında dərc olunan Yeni il təbrikində vurğulayıb ki, Azərbaycan 2022-ci ilə 2021-ci il ilə müqayisədə yaxşı durumda daxil olur: “Ermənistanla mümkün sülh perspektivi heç vaxt bu qədər inandırıcı olmamışdır, ölkə daxilində köçkün düşmüş insanların öz torpaqlarında yenidən məskunlaşdırılması layihəsi konkretləşir, neft və qazın qiyməti Azərbaycan üçün əlverişlidir, Bakının böyük qonşuları və əsas xarici tərəfdaşları ilə münasibətləri geniş şəkildə müsbətdir.
Fransanın növbəti altı ayda sədrlik edəcəyi Avropa İttifaqı ilə Azərbaycan əlaqələri son bir ildə, o cümlədən dekabrın 10-da keçirilmiş Şərq Tərəfdaşlığı sammitində möhkəmlənib. Avropa İttifaqının 27 dövləti Azərbaycana regional bağlantı, davamlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi naminə konkret öhdəliklərlə dərin əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq böyük beynəlxalq çağırışlarla üzləşən daha suveren Avropa və Azərbaycan Respublikasına xidmət edə bilər və etməlidir.
Öz növbəsində, Fransa Respublikasının Prezidenti son bir ildə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təşviqinə ən çox vaxt və səy sərf edən Qərb lideridir və mən əminəm ki, bu səylər 2022-ci ildə davam etdiriləcək. Fransa hökuməti hətta istənilən münaqişənin doğurduğu gərginlik dövründə belə beynəlxalq öhdəliklərinə uyğun balans xəttini qoruyub saxlayıb və Cənubi Qafqazın üç dövlətinə öz dostluğunu və hörmətini bir daha təsdiq edib. Geriyə baxanda, müxtəlif dairələrdən eşidilən tənqidlərin olduğu - çox vaxt onların ifrat olduğu görünür.
Fransa səfirliyi 2022-ci ildə əməkdaşlıq imkanlarının, o cümlədən minaların təmizlənməsi, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməkliyi və xüsusən də Fransanın su və enerji şəbəkələrinin yenilənməsi üçün öz təcrübəsini və maliyyəsini təklif etdiyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcək. Əlbəttə ki, təhsil və mədəniyyət sahəsində də əməkdaşlıq, o cümlədən Azərbaycan-Fransız Universiteti və Bakı Fransız Liseyi kimi mükəmməl təhsil müəsissələrinin xeyrinə davam etdiriləcəkdir. Bakıda iştirak edən bir çox fransız şirkətləri davamlılıq qabiliyyətini nümayiş etdirdilər və mən onların tərəfdaşlıqlarını inkişaf etdirəcəklərinə şübhə etmirəm”, - qeyd olunub.
Səfir bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bəri uzun bir yol qət edib: “Azərbaycan Sovet İttifaqının dağılması ilə tənəzzül duruma düşən iqtisadiyyatını yenidən bərpa edərək, müsəlman dünyasının ən dərin dünyəvi dövlətlərindən biri kimi özünü təsdiqlədi. Azərbaycan indi daha inklüziv, daha sosial, daha demokratik, innovativ və kreativ cəmiyyətə doğru irəliləmək üçün resurslara malikdir. O, Ermənistanla sülh təşəbbüsü həyata keçirməklə, iqlim dəyişikliyi və COVID-19 ilə mübarizə səylərini birləşdirməklə, biomüxtəlifliyin qorunması, qadın hüquqlarının təşviqi və kiber-təhlükəsizlik təşəbbüsləri ilə regional və beynəlxalq təhlükəsizliyin təminatçısı olmaq vasitələrinə malikdir. Ümid edirəm ki, o, bunları Fransa və Avropa İttifaqının tərəfində olaraq edəcəkdir.
Gəlin Fransa-Azərbaycan və Avropa Ittifaqı-Azərbaycan tərəfdaşlıqlarını davam etdirək və 2022-ci ili Cənubi Qafqazda yenidən sülh və birliyin yarandığı il edək”/Report.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib