İstefa verən Zəlimxan Məmmədlini kim əvəzlədi? - "Borçalı" cəmiyyətində toplantı (FOTO)
25-12-2021 [19:25]
Bu gün "Borçalı" Cəmiyyətinin İdarə Heyətinin toplantısı keçirilib.
Mia.az xəbər verir ki, bu barədə dünən cəmiyyətin sədri vəzifəsindən istefa verən Zəlimxan Məmmədli məlumat yayıb.
O bildirib ki, iclasda onun istefasının hüququ, siyasi, mənəvi, strateji aspektləri haqda fikirləri müzakirə olunub.
Zəlimxan Məmmədli təklif edib ki, onun istefası qəbul edilsin və növbəti qurultaya qədər sədrin səlahiyyətlərinin icrası sədrin birinci müavini Ramiz Həsənova həvalə olunsun.
İH üzvlərindən Hüseyn Yadigarov, Salman Murğuzov, Mustafa Vəliyev, Ayxan Mahmudoğlu, Xəqani Hümbətov, Ramiz Həsənov, Mahmud Hümbətov, Nadir Məmmədli, Zöhrab Məmmədov təklif ətrafında çıxış edərək dəstəklərini ifadə ediblər.
Yekun olaraq Zəlimxan Məmmədlinin sədr kimi istefası qəbul olunub və sədr səlahiyyətlərinin sədrin birinci müavini Ramiz Həsənova həvalə edilməsi haqqında yekdil qərar qəbul edilib.
Xatırladaq ki, dünən Zəilmxan Məmmmədli açıqlama yayaraq, 2009-cu ilin 12 aprel tarixindən rəhbərlik etdiyi Borçalı Cəmiyyətinin rəhbəri vəzifəsindən istefa verdiyi bəyan edib.
O bildirib ki, 2010-cu ilin ortalarında Azərbaycan reallığında aktiv siyasi fəaliyyətlə Borçalı Cəmiyyətinin sədri kimi ictimai fəaliyyətin uyuşmazlığını əsas götürərək KXCP Ali Məclisinin sədri vəzifəsindən istefa verib: "12 il müddətində soydaşlarımız adına çox əhəmiyyətli layihələrə imza atdıq.
1. Elat bayramı kimi birlik, bərabərlik, barış və sülh bayramına müəlliflik etdik;
2. Borçalı türklərinin həm Azərbaycanda, həm Türkiyədə, həm də Türk Dünyasında tanıdılmasında mühüm addımlar atdıq;
3. Borçalı türklərini Türk dünyasının mədəniyyət təşkilatı olan TÜRKSOYUN reyestrinə daxil etdik, Türkiyədə tanıtma proqramları düzənlədik;
4. Təntənəli Novruz və Qurban bayramları təşkil etdik;
5. Soydaşlar haqqında qanun layihəsi hazırlayıb ictimai müzakirəsini təşkil etdik, aidiyyəti ünvana gondərdik;
6. 1+4 təhsil modelinin təşəbbüskarlarından olduq;
7. Təhsil, aqrar, istehsalat sahələri üzrə səmərələşdirici təkliflər irəli sürdük; Eldən-Elata jurnalı, Borçalı Dastanı və onlarla nəşrlərin müəllifi oldu;
8. Çox saylı elmi-nəzəri konfranslar, diskusuyalar təşkil etdik;
9. Gənc pedeqoji kadrların hazırlığı və kənd məktəblərində müəllim qıtlığının aradan qaldırmaq üçün proqramlar hazırlayıb müvafiq qurumlara təqdim etdik.
10. Rustavidə ortaq Azərbaycan-Gürcüstan dövlət universitetinin qurulmasına təşəbbüs etdik.
Bu gördüyümüz işlərin bir hissəsidir. Bu gün Gürcüstanda yetkin ictimai-siyasi fəal gəncliyimiz yetişməkdədir. Bütün hallarda "Borçalı Cəmiyyəti'nin var olmasını vacib hesab edirəm. Bu təşkilatın tarixi missiyası həm də xalqlarımız, mədəniyyətlərinin, dövlətlərimiz arasında mənəvi barış və sülh körpüsü qurmaq, möhkəmlətmək, separatizmə sipər olmaqdır.
Mən hal-hazırda HƏP Ali Məclisi Sədri olaraq aktiv siyasətdəyəm. Yenə tarixi sual qarşımdadır. Fəal müxalif partiya funksioneri ilə Borçalı Cəmiyyətində sədrliyimin uyuşmazlık yaratdığını anlayaraq optimal qərar verməyi düşünürəm. “Borçalı Cəmiyyəti”nin sədri vəzifəsindən istefa qərarımı elan edirəm. Bu vaxta qədər könül verərək, bütün naqislərə və naqislikliklərə qarşı dirəniş göstərən, hər bir uğurumuzda əməyi olan, birbaşa iştirak etməsə də, addımlarımızı alqışlayan hər kəsə təşəkkür edirəm. Bundan sonra da Borçalı hərəkatına əlimdən gələn dəstəyi verəcəyəm. İdarə Heyətindən növbədən kənar toplanaraq istefamı qəbul etmələrini, növbəti konfransa qədər sədrin bütün səlahiyyətlərinin sədrin birinci müavini və ya uyğun bildikləri İH üzvlərindən birinə həvalə etmələrini xahiş edirəm. Ümid edirəm ki, İdarə Heyəti üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər.
Bu qərarımı 25 dekabr Gürcüstan türklərinin həmrəylik günü tarixi ərəfəsində elan edirəm. İnanıram ki, bu qərarım ümumi ideallarımız uğrunda mübarizədə bizim daha sıx həmrəyliyimizə fayda verəcək, nəsillər arası loyal varislik, sivil keçid nümunəsi kimi türk millətinin təşəkkülündə örnəklərdən biri olacaqdır.
Gələcək gözəl olacaq. Buna inanın. Tanrı sizləri qorusun".
Mia.az
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib