“Azza” şirniyyat evi... - Agentliyə ən çox bu satış obyektlərindən şikayətlər var
07-06-2021 [20:18]
Bu ilin ilk 5 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 563 şikayət daxil olub.
Agentlikdən Mia.az-verilən məlumata görə, 5 ay ərzində ən çox şikayət mart ayında daxil olub.
Hesabat dövründə daxil olan müraciətlərin məhsul qrupları üzrə təsnifatına əsasən süd və süd məhsullarına dair şikayətlərin sayı daha çox olub. 2-ci və 3-cü yerlərdə ət və ət məhsulları, un və unlu qənnadı məmulatları yer alıb. Ən az şikayət isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alınıb. Onu da qeyd etmək lazımdır ki, müraciətlərdən 238-i müəyyən bir məhsula aid edilmədən xidmətlə bağlı olub.
Bu dövr ərzində istehlakçılar tərəfindən ən çox şikayət olunan un və unlu qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi “Azza” şirniyyat evi, ən çox şikayət olunan ictimai iaşə müəssisəsi isə Sumqayıt şəhəri, 20-ci məhəllə, Gənclik küçəsində fəaliyyət göstərən “Xan Çinar” kafesi olub.
Daxil olan müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması ilə bağlı (146) olub. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57), eyni zamanda son istifadə tarixi bitmiş qida məhsulları (59) ilə bağlı şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə daha çox olub. Ən az sayda şikayət məhsulların çəkisinin qablaşdırmada göstərilən çəkidən fərqli olması (kəmiyyət saxtalaşdırılması) və qablaşdırılması, eyni zamanda dövriyyəsi qadağan olunmuş məhsulların satışı ilə bağlı olub.
Qeyd olunan dövr ərzində daxil olan müraciətlərin qida zəncirinin müxtəlif mərhələləri üzrə təsnifatına əsasən satışla bağlı şikayətlərin sayı üstünlük təşkil edib. Qida zəncirinin daşınma və saxlanma mərhələsi üzrə isə daha az sayda şikayət daxil olub.
İstehlakçı hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırılması nəticəsində 209 şikayət öz təsdiqini tapıb və Agentlik tərəfindən qanunvericiliyə əsasən müvafiq tədbirlər görülüb. 185 müraciətdə göstərilən fakt öz təsdiqini tapmayıb.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq