Nazir müavini Elnur Əliyev İranın Azərbaycandakı səfiri ilə görüşüb
04-06-2021 [17:52]
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi və dini bağlara söykəndiyi qeyd edilib. Vurğulanıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi, dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.
Görüşdə İranın Azərbaycanın ərazi bütövlüyünün bərpasına ölkəmizin suverenliyinə hörmət çərçivəsində dəstək verdiyi, Azərbaycan-İran dövlət sərhədinin işğal altında olan hissəsinin azad edilməsinin xalqlarımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.
Nazir müavini hazırda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafını, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayının artdığını, qarşılıqlı investisiya əməkdaşlığını, birgə layihələrin icrasını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində dövlət-özəl tərəfdaşlığı çərçivəsində İran şirkətləri ilə nəqliyyat, energetika, sosial infrastruktur və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.
Səfir Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün potensialı vurğulayıb. Səfir Azərbaycan Respublikasının işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.
Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələri genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq