"Xəbərim olmadan adıma 105 min pul götürüblər və..." - "ATEF” Şirkətlər Qrupunun mühafizəçisindən sensasiyalı ittiham + FOTO
27-05-2021 [12:12]
"Ötən ilin aprelində telefonuma 105 min 354 manat 10 qəpik məbləğində alış-satış etməyimlə bağlı mesaj gəldi. Mesajda deyilirdi ki, siz kiçik sahibkarsınız. Vergi ödəyicilərinin uçotu idarəsinə yaxınlaşın və faiz ödəyin. Həmin dəqiqə Vergilər Nazirliyinin "195" Çağrı Mərkəzinə zəng etdim ki, bu əməliyyatdan xəbərim yoxdur. Sonradan məlum oldu ki, əvvəl işlədiyim şirkət şəxsiyyət vəsiqəm və imzamla saxta əməliyyat aparıb”.
Mia.az xəbər verir ki, bunu Meydan TV-yə "ATEF” Şirkətlər Qrupunda mühafizəçi işləmiş Ənvər Sultanzadə deyir.
O bildirir ki, 2019-cu ildən 2020-ci ilədək şirkətdə çalışıb: "Ötən il oktyabrın 27-də pandemiya bəhanəsilə işdən çıxarıldım. Həmin ərəfədə bir neçə işçi də çıxarıldı. İşçilərin kütləvi çıxarılması isə mühafizə şöbəsinə yeni təyinatın olması ilə əlaqədar idi. Məqsəd - köhnə komandanı təmizləmək, yerinə yenilərini gətirmək olub. Xidmət rəisi gəldi və bununla da bizim qara günlərimiz başladı. Amma bizə ərizə yazdırdılar ki, guya işdən özümüz çıxmışıq”.
Keçmiş mühafizəçi şirkətdə işlədiyi müddətdə bir çox qanun pozuntusu ilə üzləşdiyini bildirib: "Şirkətin mühafizə xidməti lisenziyasız fəaliyyət göstərir. Onlar işçilərin maaşını kəsir, vergidən yayınır. Əmək müqaviləmizdə 160 saat aylıq iş kvotamız göstərilirdi. Amma buna əməl olunmurdu. İstirahət və bayram günləri də işləyirdik. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı "Qeyri-Dövlət (Özəl) Mühafizə xidməti haqqında Azərbaycan Respublikasının Qanunu”nu heçə sayırlar”.
"Mən işdən uzaqlaşdırılandan sonra öyrənmişəm ki, şirkət adıma saxta alqı-satqı həyata keçirib”, - şikayətçi belə deyir.
Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsindən cavab məktubu
Onun sözlərinə görə, şirkət özü də bu qanunsuzluğu etiraf edib: "Nə qazanıram ki, 105 min manatlıq da gəlirim olsun. Əsgərlikdən gələndən sonra dörd il işləmişəm. Bu müddət ərzində qazandığım pulları ümumi toplasaq, heç on min manat pul etmir. Məsələni araşdırandan sonra aydın oldu ki, şirkət məndən xəbərsiz şəxsiyyət vəsiqəmlə və imzamla adıma pul götürüb. Şirkətə getdim, mənə dedilər ki, narahat olmayın, bəs heç bir problem yoxdur, biz həmin məbləğin vergisini ödəmişik. İndi də bir məktub yazırıq, zəhmət olmasa bura qol çəkin, göndərək. Baxdım, sənəddə yazılıb ki, pulun vergisi ödənilib. Mən də qol çəkdim. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinə göndərildi. İstəyim odur ki, şirkət mənim adımdan etdiyi saxtakarlığa görə cavab versin. Şirkətdə bunu bir-birinin üstünə atırlar. Mənimlə yanaşı, 131 nəfərin adına belə əməliyyat ediblər. Elə adamların adına pul götürüblər ki, xaraktercə sakit, səs çıxarmayan adamlardır. Məqsədləri vergidən yayınmaq olub. Məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət etmişik. Yaxın günlərdə məsələni hüquqi müstəvidə də həll etməyi düşünürük”.
"ATEF” Şirkətlər Qrupunun insan resursları departamentinin direktoru Təranə Mahmudova Meydan TV-nin suallarını cavablandırmayıb.
O bunu ölkədən kənarda olması ilə əlaqələndirib.
"ATEF” Şirkətlər Qrupunun icraçı direktoru Mehman Poladov məsələdən xəbərsiz olduğunu deyib.
Ənvər Sultanzadə isə deyib ki, bununla bağlı bir neçə dəfə Mehman Poladovla görüşərək danışıqlar aparıb.
Meydan TV əməkdaşı təkrar Mehman Poladova zəng edərək, münasibət öyrənmək istədikdə, icraçı direktor dəstəyi asıb.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib