Vüsal Qasımlı: "Ölkədə ilin ortasından artım bərpa olunacaq"
27-05-2021 [11:33]
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının sahibkarlarla görüşü keçirilib.
Mia.az xəbər verir ki, “İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda keçirilən görüşə 100-ə qədər sahibkar qoşulub və yerli biznes mühiti müzakirə edilib.
Görüşü dövlət-özəl dialoqunun nümunəsi kimi qiymətləndirən V.Qasımlı bildirib ki, artıq Azərbaycanda COVİD-19 pandemiyasının təsiri ilə yaranmış iqtisadi resesiya dayanıb, ilin ortasından iqtisadi artım bərpa olunacaq: “Bu ilin ilk 4 ayında qeyri-neft sənayesi 16,5%, kənd təsərrüfatı 2,3 %, pərakəndə ticarət 0,1% və informasiya və rabitə xidmətləri 3,8% artım göstərib. Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və s. sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir. Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, insan kapitalının inkişafı, korporativ idarəetmə, maliyyəyə çıxış, dövlət satınalmaları, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb. Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb. Dövlət-özəl dialoqu davamlı şəkildə iqtisadiyyatın əsas çağırışlarının müəyyən edilməsi və problemlərin həll edilməsində əməkdaşlıq üçün əhəmiyyət kəsb edir. Sahibkarların təşkilatlanması, yeni biznes modelin və biznes mədəniyyətin formalaşması, rəqəmsal həllərin və yaşıl inkişaf prinsiplərinin tətbiqi iqtisadi inkişafda mühüm rol oynayır”.
ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə yaradılmış əlverişli biznes mühit sahibkarlığın sürətli inkişafı üçün zəmindir: “Xüsusən də Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra qalib ölkənin sahibkarı kimi iqtisadi inkişafda iştirak etmək qürurvericidir”. M.Musayev sahibkarların təşkilatlanması, regionların inkişafında maliyyə əlçatanlığının yüksəldilməsi, maliyyə institutlarının rəqabət qabiliyyətinin artırılması, maliyyə alətlərinin genişləndirilməsi, idxaldakı bəzi məhsulların yerli istehsalla əvəzlənməsi imkanlarına toxunub. Dövlət-özəl dialoqu üçün ASK-nın mövcud platformalarından istifadə imkanları barədə məlumat verən M.Musayev biznes təşkilatlarının inkişafının ümumi iqtisadi tərəqqiyə verdiyi töhfələri qeyd edib.
Konfederasiyanın Hüquq və Sosial Tərəfdaşlıq şöbəsinin müdiri Xəqan Hümmətzadə güclü regional və biznes assosiasiyalara ehtiyac olduğunu və dövlət-özəl əməkdaşlığında ikitərəfli platformaların daha konstruktiv işlədiyini vurğulayıb. O, quruma daxil olan məktublarda “Vergi Məcəlləsi”, gömrük prosedurları, xüsusən də ƏDV-nin diferensiallaşması, istehsal yönümlü müəssisələrdə məhsulun maya dəyəri ilə bağlı mövzuların öndə olduğunu bildirib.
ASK-nın vitse-prezidenti Vüqar Abbasov ikitərəfli əməkdaşlıq platformalarının fəaliyyəti barədə məlumat verib. Dövlət Gömrük Komitəsi ilə ASK arasında Əməkdaşlıq Şurasında müzakirəyə çıxarılan məsələlər, bu yaxınlarda keçirilən monitorinqin nəticələri barədə iştirakçılara məlumat verib. “Monitorinqdə iştirak edən 214 respondentdən 93%-i idxalla məşğul olub. Bu isə onu göstərir ki, idxal əməliyyatları hələ də yüksəkdir. Təbii ki, hazır məhsulun ticarətini etmək daha asandır. Ona görə də istehsalla məşğul olan şirkətlərə dəstək verilməlidir”, -deyə V.Abbasov bildirib.
ASK-nın Turizm və Xidmət üzrə İş Komissiyasının sədri Ruslan Quliyev turizm, ASK-nın vitse-prezidenti Jalə Hacıyeva “Sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığı”, ASK-nın İnnovasiyalar və Rəqəmsal Texnologiyalar Komissiyasının sədri Elçin Əliyev “İnnovasiyaların inkişafında Azərbaycan biznesinin rolu” mövzularında çıxışlar ediblər.
Sonra ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun moderatorluğu ilə müzakirələr və sual-cavab sessiyası keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Neon şirkətinin direktoru Arif Həsənov, “TİTAN Qrup” şirkətinin nümayəndəsi Telman Abbasov, Azərbaycan Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu, “TUNA” MMC-nin direktoru Rəşid Çulaqov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev çıxış edərək, ölkəmizdəki əlverişli biznes mühit, sahibkarlığın iqtisadi inkişafa töhfələri, islam bankçılığı, rəqabət mexanizmi, KOB-un inkişafı, vergi-gömrük qanunvericiliyi, biznesə dövlət dəstəyi, beynəlxalq əlaqələrin qurulması, sənaye parklarının fəaliyyəti, dövlət-özəl partnyorluğu, regionlarda biznesin inkişafı məsələləri üzrə təkliflərini səsləndiriblər.
Yekunda qərara alınıb ki, İİTKM və ASK bu görüşləri konkret məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması üçün gələcəkdə də təşkil etsin.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib