Bu dövət qurumları Palataya hesabat təqdim etməyib - SİYAHI
24-05-2021 [16:05]
Hesablama Palatasına hesabat təqdim etməyən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların siyahısı məlum olub.
Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Hüquqi aktların tələblərinə əsasən 1 marta kimi təqdim edilməli olsa da, 1 may 2021-ci il tarixinə Hesablama Palatasına hesabat təqdim etməyən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlarının siyahısı aşağıdakı kimidir:
1 Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu;
4 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;
5 “Bakı Konqres Mərkəzi” MMC;
6 “Mir” Dövlətlərarası Teleradio şirkəti Azərbaycan Milli Nümayəndəliyi;
7 Azərbaycan Nəşriyyatı;
8 “Azergold” QSC;
9 “Azal” QSC;
10 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC;
11 “Azərenerji” ASC;
12 "Azərxalça" ASC;
13 “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi.
Qeyd edək ki, qanunvericilikdə büdcədən maliyyə yardımı alan təşkilat anlayışının verilməməsi bir çox təşkilatın bu hesabatları təqdim edib-etməməsi barədə suallar yaradır.
“Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası” ilə müəyyən edilmiş prosedur dövlət büdcəsi ilə bağlı 8 (səkkiz) istiqamətdə məlumatların əldə edilməsini tənzimləyir. Qeyd edək ki, Qaydaların tələbinə müvafiq olaraq zəruri sistem quraşdırılmış, dövlət qurumlarının bu sistemə çıxışı təmin edilmişdir. Lakin qüvvədə olan Qayda, həmçinin fəaliyyət göstərən sistem Qanunun tələb etdiyi kimi xəzinədarlıq orqanlarının elektronlaşmış məlumatlarına real vaxt rejimində çıxışın təmin olunmasını nəzərdə tutmur və aylıq məlumatları təqdim edir ki, bu da “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası” ilə nəzərdə tutulmuş müvafiq məlumatlarla eynilik təşkil edir/APA.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib