Şəhid anaları və həyat yoldaşlarının təqaüdü... - Əməkdar jurnalist yazır
10-03-2021 [23:41]
Rəhman ORXAN,
Əməkdar jurnalist
***
Xalqımız artıq dördüncü aydır ki, ölkəmizin müdrik rəhbəri, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun tarixi, möhtəşəm Qələbəsinin böyük sevincini yaşamaqdadır.
Bu misilsiz Qələbə minlərlə igidlərimizin qəhrəmanlıqları, şücaətləri, onların qanı və canı hesabına qazanılmışdır. Həm 1-ci Qarabağ savaşında, həm də sonuncu Vətən müharibəsində xalqımızın minlərlə oğlu, qızı şəhidlik zirvəsinə ucalmışlar. Onların hər birinin xatirəsi qədirbilən xalqımız üşün hər zaman əziz və unudulmazdır.

Övladlarını Vətən üçün mərd və igid kimi böyüdüb-tərbiyə edən anaların, ərlərini Vətən sevgisi ilə döyüşlərə qələbə arzusu-istəyi ilə yola salmış gənc qadınların qarşısında xalqımız ehtiramla baş əyir. Son müharibəmizdə onların hər biri Vətənə böyük məhəbbət və sədaqət nümunəsi göstərərək, azğın düşmənlə döyüşə yollanan oğullarının, atalarının, qardaşlarının, ərlərinin arxasınca göz yaşı yox, su səpərək, uğurlar arzuladılar, 30 ilə qədər həsrətində olduğumuz böyük Qələbə naminə ayrılığa və çətinliklərə mətanətlə dözdülər. Bu özü də ana və bacılarımızın Vətən sevgisindən irəli gələn mərdlik, qeyrət nümunəsi kimi yaddaşlardan heç vaxt silinməyəcək.
Müharibədə nə qədər analar oğul, bacılar – qardaş, övladlar - ata, gəlinlər - həyat yoldaşlarını əbədilik itirdilər. Çox təəssüf ki, qələbəyə aparan yol itkisiz olmur. Heyf ki, bu, qaçılmazdır..
.
Dövlətimiz və xalqımız hər bir şəhid və qazi ailəsini hər zaman ehtiramla yad edir. Yüksək vətənpərvərliyi, miIlətsevərliyi, qayğıkeşliyi ilə xalqımızın böyük məhəbbətini qazanmış ölkə rəhbərliyi – Prezidentimiz İlham Əliyev bütün şəhid ailələrini daim diqqətdə saxlayır, onlara hər cür yardım göstərir, ömürlük müavinətlə, mənzillə, torpaq sahəsi və s.-lə təmin edir. Ancaq bütün bunlarla yanaşı o da çox yaxşı və düzgün olardı ki, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş bütün Azərbaycan oğullarının ailələrinin - şəhid analarının və həyat yoldaşları şəhid olan qadınların iş stajından asılı olmayaraq təqaüdə 65 yox, 55 yaşında çıxarılmalarına qərar verilsin.
Onsuz da ömürlük dərd-qəm istər-istəməz onların fiziki sağlamlığına təsirsiz qalmayacaq, onların qəddini hətta 50-55 yaşında da əyəcək, qocaldacaq, bəlkə heç bəziləri talelərinə düşmüş ömürlük dərd əlindən o yaşa da çata bilməyəcəklər (1-ci Qarabağ müharibəsində övladları şəhid olan tanıdığım analar vardı ki, heç 50 yaşına çatmadan dünyadan köçmüşlər). Odur ki, bizlərə əmanət olan şəhid analarının və şəhid xanımlarının təqaüdə 65 yox, 50-55 yaşlarında çıxmaları haqqında veriləcək qərar onların ağrı-acılarını yüngülləşdirməsə də, hər halda övlad-nəvə qayğılarını, problemlərini az da olsa azaldar və dövlətin, Prezidentin daim onların arxalarında olmalarına inamlarını daha da artırar, bundan böyük təskinlik, qürur duyarlar.

Özlərinin əzizlərini, ər və övlad dayaqlarını itirmiş anaların, dul qalmış gəlinlərin təqaüdə 50-55 yaşlarında çıxmaları onlara mühüm bir mənəvi təsəlli ola bilər (o da məlumdur ki, anaların və gəlinlərin ən azı yarıya qədəri işləmir və ya işsizdir, ona görə də onların təqaüdə erkən çıxmaları maliyyə baxımından dövlət üçün elə bir problem yaratmaz). İnanırıq ki, bununla bağlı veriləcək humanist qərar şəhid ruhlarını da sevindirər, xalq tərəfindən də böyük rəğbətlə qarşılanar.
Onu da qeyd etmək lazımdır ki, əvvəllər ağır işlərdə çalışanlar təqaüdə 50-55 yaşlarında göndərilirdilər, hərbi qulluqçular isə indi də 20-25 il xidmətdən sonra 40-45 yaşlarında təqaüdə çıxa bilirlər. Belə olduğu halda 25-30 il iş stajları olan şəhid anaları və şəhid xanımları niyə də təqaüdə 50-55 yaşlarında çıxmasınlar?
P.S. Bu, həm də qadınlar arasında işsizliyin müəyyən qədər azaldılmasında, onların işlə təminində mühüm rol oynaya bilər.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər