Aparıcı: “Bir var göz nəfsi, ehtirası, biri də var əməl ehtirası..." - "Xəyanət bilmədən, ani olubsa..."

img

29-12-2023 [11:24]


Aparıcı Afaq Gəncəli xəyanətlə bağlı açıqlaması ilə diqqəti üzərinə çəkib.

Mia.az Bizim.Media-ya istinadla xəbər verir ki, televiziya ulduzu bununla bağlı “Qapqara” verilişində danışıb.

Afaq bildirib ki, ani ehtirasa görə yaşanan xəyanəti bağışlaya bilər:

“Bir var göz nəfsi, ehtirası, biri də var əməl ehtirası... Əslində, mən bağışlayan insanam. Amma bağışlamağımında çərçivəsi var. Niyə, nə üçün və hansı səbəbdən xəyanətin olduğunu bilməliyəm ki, onu da bağışlaya bilim. Yox, əgər bu xəyanət özbaşınalıqdırsa, onu bağışlamaram.

Xəyanət bilmədən, ani olubsa, o zaman bağışlamağa səbəb axtarıb, bağışlamaq olar... Elə şeylər var ki, ona göz yumuram. Hərdən bir gözü bağlamaq lazımdır. Sabah yenidən o ani xəyanət təkrar olunsa, o zaman əlimə qılıncı alıram. Özümü düşünərək onu bağışlayıram. Özümü düşünürəm ki, oldu da...”


Digər xəbərlər
SON XƏBƏRLƏR