Mikayıl Cabbarov: "Polşa şirkətləri bu imkanlardan yararlanmalıdır"
16-10-2020 [15:00]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.
Mia.az nazirliyə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Polşa əlaqələrinin genişləndiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. "Ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. 2020-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir", - məlumatda deyilir.
Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması və bu ilin sentyabrın 27-dən işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatlara başlaması, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyini təmin etmək və işğal olunmuş torpaqlarını qaytarmaq üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib.
Görüşdə pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə də məlumat verilib, koronavirusla mübarizədə ölkələrimiz arasında qarşılıqlı yardımın əhəmiyyəti qeyd edilib. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətini diqqətə çatdıran İqtisadiyyat naziri postpandemiya dövründə Polşa ilə investisiya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, enerji, dövlət-özəl sektor tərəfdaşlığı və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.
Nazir Azərbaycanın əlverişli nəqliyyat-tranzit imkanları, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolunun və Ələt azad iqtisadi zonasının potensialı barədə məlumat verib, Polşa şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edib.
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı, iki ölkənin limanları arasında əməkdaşlıq, birbaşa hava reysinin açılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi