"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
04-04-2026 [18:00]
Bahalı səhvləri dəyərli təcrübələrə çevirmək istəyənlər bu gün ölkəmizdə 4-cü dəfə keçirilən Vergi və Mühasibatlıq Zirvəsində toplanıb.
Marriott Buelvard hoteldə baş tutan tədbirə informasiya dəstəyi göstərən Mia.az xəbər verir ki, “Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə vergi, mühasibatlıq, eləcə də maliyyə istiqamətində aktual mövzular müzakirə edilib, peşəkar biliklər paylaşılıb.
Yeri gəlmişkən, tədbir kiçik və orta sahibkarlara dəstək göstərən aparıcı maliyyə institutu “PAŞA Bank”, “Unibank”ın bank sponsorluğu və “Azintelecom”un rəqəmsal həllər üzrə sponsorluğu ilə həyata keçirilir.
Bu il tədbir “Bahalı səhvlər” mövzusuna həsr olunub.
Tədbirdə maliyyə idarəçiliyi, əmək münasibətləri və vergi sahəsində şirkətlərin ən çox yol verdiyi kritik yanlışlıqlar diqqət mərkəzindədi. Bu səhvlərin hansı səbəblərdən yarandığı və biznes üçün yarada biləcəyi hüquqi və maliyyə nəticələri ətraflı şəkildə təhlil olunur. Mütəxəssislər real təcrübələrə əsaslanaraq risklərin qarşısını alma yollarını, daha düzgün qərarvermə mexanizmlərini və praktik həlləri iştirakçılarla bölüşür.
Məsələn, “Maliyyə riskləri və uçot" panelində maliyyə qərarlarında risklərin düzgün qiymətləndirilməsi, uçot sisteminin effektiv qurulması, maliyyə nəzarət mexanizmləri və şirkətlərdə maliyyə intizamının təmin olunması kimi məsələlər müzakirə edilib. Ekspertlər real biznes nümunələri əsasında maliyyə idarəetməsində buraxılan səhvlərin mümkün nəticələrini və onların qarşısının alınması yollarını bölüşüb. “Əmək münasibətlərində uçot riskləri” panelinin spikerləri isə əmək müqavilələri və işçi-işəgötürən münasibətlərində yaranan hüquqi və maliyyə riskləri, əmək qanunvericiliyində tez-tez rast gəlinən səhvlər və onların biznesə təsirini müzakirə edib. Bu panel üzrə müzakirələrdə diqqəti çəkən məqamlar əmək qanunvericiliyində nəzərdə tutulan yeniliklərin açıqlaması oldu. Xüsusilə Konstitusiya Məhkəməsinin 18 fevral tarixli qərarının şərhi, habelə atalıq məzuniyyətinə dair yeniliklər iştirakçıların çoxsaylı suallarına səbəb olub.
Tədbirin maraqlı müzakirəsi "Vergi riskləri" panelində baş tutub. Panel çərçivəsində vergi qanunvericiliyində tez-tez rast gəlinən səhvlər, vergi yoxlamaları zamanı şirkətlərin üzləşdiyi risklər, hüquqi məsuliyyət və bu risklərin idarə olunması üçün tətbiq edilən praktik yanaşmalar müzakirə olunub.
Panelin spikerləri arasında Dövlət Vergi Xidmətinin bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov, xidmətin inzibati şikayətlər baş idarəsinin rəisinin vəzifəsini müvəqqəti icra edən, idarə rəisinin müavini Emil Rəhimov və xidmətin vergi siyasəti baş idarəsinin vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov olub.
Yeri gəlmişkən, tədbirin açılışında da Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov iştirak edərək qonaqları salamlayıb.
Spikerlər tədbir iştirakçılarına müxtəlif faydalı çağırışlar edib. Xüsusilə mühasibatlıq sahəsində çalışanların qanunvericilikdəki yenilikləri izləmədiyi vurğulanıb. Ekspertlər bildirib ki, vergi siyasəti ilə yanaşı, mühasibat uçotuna dair siyasəti də diqqətdə saxlamaq lazımdı.
Spikerlər "vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı", - deyə tövsiyələrinə yumor fonu verməyi unutmayıb.
Zülfiyyə Mustafayeva
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi