14-11-2013 [16:39]
Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev Milli Məclisdəki çıxışı zamanı bildirib ki, pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) olacaq. Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı isə dəyişməyəcək.
E.Mehdiyev deyib ki, pensiyaların baza hissəsinə 2014-cü ildə 1 milyard 518,5 milyon manat vəsait yönəldiləcək ki, bu da cari ildəkindən 160 milyon manat çoxdur.
”Qeyd edilən məbləğin 1 milyard 474,1 milyon manatı bilavasitə pensiyaların baza hissəsinin, 44,4 milyon manatı isə "Əmək pensiyaları haqqında" Qanunun 19-cu maddəsi ilə müəyyənləşdirilmiş əlavələrin ödənişi üçün nəzərdə tutulur.
Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2% və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3%-lik inflasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi (100,7 milyon manat) isə xüsusi əlavələr alan (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) pensiyaçıların qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldəcəkdir.
Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8% artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9% artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6% artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4% artaraq 131 manata çatacaqdır. Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaqdır”.
Elman Mehdiyev deyib ki, artımlardan sonra əmək pensiyalarının baza məğləği 100 manata, orta aylıq məbləği 170 manata çatdırılıb, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45 faiz təşkil edib.
”Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələmişdir, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir”.
Sədr müavini deyib ki, 2014-cü ildə Fondun büdcəsinə təsir edəcək digər əsas parametrlər makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlıdır ki, həmin göstəricilərin proqnozları belə nəzərdə tutulub:
- ölkə iqtisadiyyatının dinamik inkişafının davam etdiriləcəyi şəraitdə inflyasiya 3,5%;
-iqtisadi fəal əhalinin orta illik sayı 4784 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4557 min nəfər və muzdla işləyənlərin orta illik sayı 1542 min nəfər;
- orta aylıq əmək haqqının real artım tempi 5,4%, məbləği 479,4 manat.
Fondun növbəti il üçün büdcəsinə təsir edən sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimalları isə aşağıdakı kimidir:
- pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5);
- Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı dəyişmir;
- Məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişmir;
- Pensiyaçıların orta illik sayı 1270,8 min nəfər götürülür. Bu cari ilin göstəricisindən 1100 nəfər azdır. O cumlədən yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır.
Modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi