AZƏRBAYCANA DOST VƏ DÜŞMƏN DÖVLƏTLƏR...
15-10-2020 [13:03]
ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Müharibə yalnız qalibiyyət və məğlubiyyət üçün sınaq deyil, həm də dərs almaq üçün məktəbdir. Müharibədən alınan dərs gerçəkliyi anlamağa yardım edir.
Biz Qarabağ savaşında da bunu görürük. Bu dərslərdən ən birincisi təbiidir ki, bizə dost və düşmən olanları tanımaqdır. Çətin gündə dost sınandığı, düşmən bəlli olduğu kimi bu düşüncə tərzi dövlətlər üçün də keçərlidir. Azərbaycanın öz qanuni ərazilərini işğaldan azad etdiyi bu savaşda onun yanında və qarşısında olan dövlətlər aşkara çıxdı. Dost və qardaş dövlətlər ən yüksək səviyyədə Türkiyə, Pakistan, İsrail, Əfqanıstan kimi ölkələr oldu. Düşmən ölkələr cərgəsində əsas etibarilə Rusiya, İran, Fransa, Yunanıstan və s. bu kimi dövlətlər müşahidə olunur. Demək olar ki, liberal dövlətlər isə çoxdur və təəssüf ki, təsdiq etməsələr də bunların içərisində keçmiş sovet respublikaları olan türk ölkələri də mövcuddur.
Öncə dost dövlətləri sıra ardıcıllığı ilə qeyd edək:
Türkiyə.
Yalnız Azərbaycana dost deyil, həm də qardaş dövlətdir. Eyni kökdən olduğu tarixçilər tərəfindən çoxdan isbata yetirilib. Qədimdən bəri Azərbaycanla sıx əlaqələri mənbələrdə qeyd olunur. Ölkəmizin bu həddə inkişaf etməsində Türkiyənin rolu böyükdür. Hətta demək olar ki, əsrin əvvəlində Türkiyə olmasaydı yeni ərazi bölgüləri üzrə Azərbaycan əraziləri əsasında Qafqazda Gürcüstan və Ermənistan respublikaları qurulacaqdı. Məhz Milli öndərimiz M.Ə.Rəsulzadənin müraciəti əsasında Türkiyə Nuru Paşa rəhbərliyində erməni soyqırımının qarşısını alıb Azərbaycan Cümhuriyyətinin qurulmasında böyük rol oynadı. Sovet hakimiyyəti bu respublikanı sovet sosialist respublikası ilə əvəz etməyə məcbur oldu. Əgər erməni soyqırımı plan üzrə gedə bilsəydi Qafqazın əsas əhalisi olan Azərbaycan türklərinin bu gün heç bir dövləti olmayacaqdı.
Türkiyə bu gün də Azərbaycanın yanındadır. Hətta demək olar ki, Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir. Biz Türkiyəni həmişə sevməli və paytaxt dövlətimiz bilməliyik. Əlbəttə bu mövzu daxilində qısa olaraq bunları yaza bilirik. Əslində, bu mövzuya cild-cild kitablar həsr olunmalıdır.
Pakistan
Türkiyədən sonra Azərbaycan respublikasının müstəqilliyini tanıyan və bu gün də ölkəmizin yanında dayanan ikinci dövlətdir. Mühüm arsenalının olması və nüvə dövləti olaraq tanınması ciddi üstünlükdür. Pakistan qədimdən bəri türklərlə dostdur. Uzun əsrlər osmanlı daxilində böyük ədalət və bərabərlik görüb, istismarçı ingilislərdən zülüm və məşəqqət gördükdən sonra türklərə böyük sevgiylə bağlanıb. Bəzən özünü də türk sayır. Bu gün Pakistan baş naziri İmran xan həm siyasət, həm iqtisadiyyat, həm silah yardımı ilə Azərbaycanın yanında olduğunu aşkar bəyan edir. Hətta bu qədəri ilə qalmadan bütün arsenalını azərbaycana verəcəyini, üçüncü ölkələr Qarabağ savaşına qatılarlarsa ordu göndərəcəyini, hətta ermənistanı xəritədən siləcəyini açıq şəkilə söyləyir. Belə bir dost ölkənin dostluğu hər zaman xalqımızın və dövlətimizin nəzərində xüsusi olaraq qalarsa, çox gözəl olar.
İsrail
İsrail hər zaman Azərbaycanı müdafiə edir. İsrail baş naziri Azərbaycanın haqlı davasını müdafiə edir, ermənilərin işğal olunmuş ərazilərdən dərhal çəkilməsini, danışıqlara ondan sonra başlanılmasını tələb edir. Bu yerdə xatırladaq ki, hər zaman davalı olduğu fələstinlilər və livanlılar demək olar ki, erməniləri müdafiə edir, hətta bununla qalmayıb ermənilər tərəfdən bizə qarşı döyüşməyə gəlirlər.
Ən azından bu I Qarabağ savaşında dəqiq təsdiqini tapmışdı. Fələstin və livanlılar erməni tərəfdə, pakistan, əfqan və israillilər isə Azərbaycan tərəfdə Qarabağda savaşmışlar. Daha dərindən tədqiq olunduqda İsrailin özünü türklərlə qohum sayması amili də əsasdır. Ancaq siyasi maraqların üst-üstə düşməsi də inkar olunan deyil.
4. Əfqanıstan
Əfqanıstan hər zaman Azərbaycanın yanında olmuşdur. Onların pakistanlılarla eyni kökdən olması bu bağlantının təsadüfi olmadığından xəbər verir. Əfqanların Qarabağda canlı qüvvə kimi I Qarabağ savaşında bizim tərəfdə iştirak etməsi, şəhadət və qəzavət aparması cihada qoşulduqlarının dəlilidir.
Biz əsas dost ölkələri misal çəkməklə onların birmənalı şəkildə bizimlə olduğunu işarələyirik. Əlbəttə bir qism dost ölkələr də vardır. Ancaq onlar siyasi dostdurlar. Bu baxımdan bu barədə çox danışmağa ehtiyac görmürük.
Ümumiyyətlə tarixi ədavəti olan millətlər və ölkələr vardır ki, onların siyasi maraqları əksər halda toqquşmaya bilmir. Biz türk ölkəsi olduğumuz üçün yalnız türk olduğumuza görə bizimlə əsrlərlə ədavət aparan millət və dövlətlər vardır. Türklə tarixi ədavəti olan ölkə və tayfalardan erməni, rus, fars və yunanlar daha qabarıq görünür. Buna görə millət olaraq bu millətlərə qarşı ayıq olmalı, hətta münasibətlərimiz olsa belə anlamalıyıq ki, “ayı ilə dostluq et, çomağı əlindən yerə qoyma” nəsihətini heç zaman unutmaq olmaz. Məhz unutdura-unutdura bizim kövrək damarımızdan tutub düşmən bütün Qafqazın böyük bir hissəsini-ermənistanı və Gürcüstanın türk yaşayan ərazilərini, Rusiyanın əsas əhəmiyyətli gəlir mənbəyi olan türk torpaqlarını, İran öz sayını çoxaldaraq, bizim sayımızı isə azaldaraq doğma İran dövlətimizi əlimizdən almışlar.
Bu baxımdan düşmən dövlətlərə qısa nəzər yetirək:
Rusiya
Bu barədə tarixi mənbələr kifayət qədər geniş məlumat verir. Hətta dahi mütəfəkkir N.Gəncəvinin “İskəndərnamə” əsərində qədimdə rusların bizimlə düşmənlik etdiyini, Bərdəni tutduğunu, Makedoniyalı İskəndərin isə gəlib xilas etdiyini qeydə alması bu tarixi ədavətin çox qədimdən başlandığını göstərir. Rusiyanın ərazilərimizi hər zaman işğal etməyə çalışması, III əsrdə ayrı-ayrı dövrlərdə işğalı, son II əsrdə isə işğal etməsi və bizə əsrlərlə düzəlməyəcək zərbə vurması minlərlə cild tarixi kitablara sığa bilməz. I Qarabağ savaşında ermənilərə açıq dəstək verməsi, 4 il bizimlə savaşması başqa bir mövzudur. Biz I Qarabağ savaşında demək olar ki, ermənilərdən çox ruslarla savaşmışıq. SSRİ rus dövləti olduğu üçün qalib çıxa bilməmişdik. Ancaq indi vəziyyət dəyişib. Buna baxmayaraq Rusiya yenə də düşmənliyindən qalmır, erməniləri gizli şəkildə silahlandırır və bu bölgədə böyük fəlakətlərə səbəb olacaq addımlar atır. Ancaq unudur ki, bu qanlı çanaq bir gün öz başında partlayacaqdır.
İran
İran hər zaman türk məmləkəti Azərbaycanla düşmənlik edir. 1925-ci ildən əvvəl 1000 ildən daha çox müddətdə İran türk dövləti olmuşdur. Tarix bunu aşkar göstərir. Hətta ondan əvvəl sasanilər varsa, onlardan əvvəl Parfiya, əhəmənilər varsa, onlardan əvvəl Midiya var. Onlar da bizim babalarımızdır.
Farslar 1925-ci ildə və 1945-ci ildə pəhləvilərlə, 1979-cu ildə isə İslam inqilabı adı ilə bu günə qədər hakimiyyətlərini saxlaya bilmişlər. Ancaq hər zaman Cənubi Azərbaycanın nəinki azad olmasından qorxmuşlar, hətta demokratik seçkilər mühiti yaranarsa, bütün İran türklərinin (azərbaycanlılar) İranda birmənalı olaraq hakimiyyətə gələcəyindən əmindirlər. Buna görə də ermənistana silah daşımaqla, erməni-fars ticarəti ilə məşğul olmaqla və s. bu kimi əməllərlə düşmənçiliklərini davam etdirirlər. Farslar yalnız dini deyil, dini məzhəb fərqliliyini də öz mənfəətlərinin siyasi alətinə çevirmişlər. Əksər halda biz bunu müşahidə edirik ki, din fərdi yaşandıqca inancdır, kütləviləşdiriləndə isə siyasətdir. Çünki bu zaman siyasi maraqlar işə düşür. Təsəvvür edin ki, guya şiə məzhəbi daşıyan İran şiə məzhəbi daşıyan Qarabağlılara qarşı erməniləri silahlandırır və bir neçə tır İran türkləri tərəfindən yandırıldıqdan sonra sürüşkən bəyanatlar verir. Bu hələ bilinənlərdir. Bilinməyən nə qədər silah artıq daşınıb və yaxud daşınmaqdadır.
Fransa
Fransa prezident səviyyəsində bir mənalı olaraq erməni tərəfdarı olduğunu bəyan edir. Halbuki Minsk qrupunun 3 həmsədrindən biridir. Türkiyənin həmsədr olmaq tələblərini gördükdə isə tez bitərəf olduğunu elan edir. Ancaq masada tərəf olacağı aydındır. Əgər nəzərə alınsa ki, bu gün aparılan Rusiya siyasəti özü fransadan gəlir, o zaman Fransanın nə üçün bizə dost deyil, düşmən olduğu aydın olur. Çünki fransa səlibçidir, fransa antiislam mövqelidir, fransa antitürkdür. Həm islama, həm də türkə qarşı olması əsrlərə söykənir.
Yunanıstan
Yunanıstan haqqında bu kontekstdə yazmağa ehtiyac yoxdur. Qədimdən türk düşməni olduğu aydındır. Azərbaycana türk ölkəsi olaraq baxır. Bu baxımdan bütün halda Azərbaycana dost dövlət deyil, düşmən dövlətdir. Bunu məlum proseslərdə Yunanıstanı izləyən hər kəs görə bilər.
Bu məsələlərdən başqa Azərbaycan öz qanuni torpaqları üzərində mübarizə və mücadilə aparsa da, buna bitərəf qalan ölkələr vardır. Təəssüf ki, bu ölkələr arasında keçmiş sovet məkanına aid olan türk respublikaları da vardır. Bu ölkələr Rusiya ilə üz-üzə gəlməmək üçün siyasi gəzişmələr edir, səs çıxarmır, bəzən müdafiə edir, bəzən də heç bir reaksiya vermirlər. Bu eyni zamanda yaxın dövrdə Turan konfederasyasının mümkün olmadığını göstərir. Belə görünür ki, hələlik açıq mövqedə bu məsələdə Türkiyə-Azərbaycan birliyindən başqa heç bir türk dövləti yoxdur.
Gürcüstanın proses başlayanda liberal mövqe nümayiş etdirməsi də diqqətdən qaça bilməz. Yalnız Gürcüstanın Atatürkü M.Saakaşvilinin aydın və qətiyyətli mövqeyindən sonra aydın mövqe sərgiləməyə başladı. Görünür Gürcüstan da Azərbaycan torpaqlarının bir hissəsinin onda olduğunu yaxşı başa düşür. Halbuki bu gün Gürcüstandan ərazi iddiası edən Azərbaycan deyil, özünə aid olmayanı özününkü sayan xəstə ermənistandır.
Dünya insanlar üçündür. Hər kəsin bu dünyada yaşamaq haqqı vardır. Aydındır ki, diqqət çəkdiyimiz reallıqlar insanları bütünlüklə bir-birindən təcrid etməyə gətirib çıxarmayacaq. Ancaq əvvəldə də qeyd etdiyimiz kimi millət dostunu və düşmənini tanımalı, ayıq-sayıq olmalı, milli ideyanı vəzifə olaraq daşımalı, özündən sonra gələn nəsillərə ötürməlidir. Yoxsa unutqan millət həm torpaqlarını, həm də həyatını itirməyə məhkumdur.
MİA.AZ
CHP ilə MHP arasında gərginlik böyüyür - Özgür Özəl Baxçalının çıxışını cırdı, qarşı tərəf "bu, əxlaqsızlıqdır" dedi
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Əli Əsədov yeni qərar imzalayıb
Valideynlər Hövsan Olimpiya İdman Kompleksindən şikayət edir - Çarpayılar su altında qalıb + VİDEO
Məşhur müğənninin ayaqları tamamilə tutulub - "Sən bir ağrılarımı bilsən..." - FOTO
"Avrora Qrup" məhkəməyə verilib
Şuşa şəhərinə daha 48 ailə köçürülüb
Ceyhun Bayramov Maltaya yollanıb
Azərbaycan neftinin qiyməti 2 dollar qalxdı
4 uşaq anası ərini öldürüb - Çoxsaylı bıçaq zərbələriylə
Rektor kimdən və niyə şikayət edib? - İradə Xəlilovanın qızı ilə bağlı ilginc xəbər yayıldı
Mərkəzi Bank sədrinin 753 əmlakına "əl qoyulub" - Vəzifədən azad olunandan bir il sonra...
Osimhen yanvarda "Qalatasaray"dan gedəcək? - "Müqaviləsində elə bir bənd var ki..."
Gürcüstanda polis nümayişi dağıtdı, ancaq... - Qonşu ölkədə səhərə yaxın qarşıdurma artıb, saxlanılanlar var
İran XİN başçısı: "Əsədə yardım üçün ordu göndərməyə hazırıq" - İraqdakı silahlı qruplar Suriyaya daxil olub
Türkiyədə tikiş sexində dəm qazı: 21 nəfər zəhərlənib
İsrail ordusu Qəzzanı növbəti dəfə vurub: ölənlər var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Ulduz” jurnalının Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub
Gürcüstanda gərginlik: 298 nəfər saxlanılıb, 143 polis yaralanıb - "Bu, çox narahatedici haldır"
"Bəzi Qərb səfirlikləri QHT-ləri ələ almağa çalışır" - Dövlət qurumları yanındakı şuralarla bağlı sensasiyalı bəyanat yayılıb
Türkiyədə zəlzələ olub
Cənubi Koreya parlamenti hərbi vəziyyət rejimini ləğv edib
Müəllim İdarə müdiri təyin edilib
İstanbulun ən çox kriminallaşmış bölgələri - SİYAHI
Onlara təhsil sektorunda yüksək vəzifələr verildi - Siyahı + FOTO
Mehriban Xanlarova: "Onun üç yaşında olan qızını böyüdərək, analıq etmişəm, ancaq..."
Qəzzada savaşın 424-ci günü: ölənlərin sayı 44502-yə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTAT SAHİL BABAYEVİN MÜŞAVİRİ OLDU
"Beşiktaş" erkən seçki qərarı verdi
İsrail Qəzza zolağını yenə bombaladı: ölən və yaralananlar var