ERMƏNİSTAN 1991-Cİ İLDƏN NEÇƏ DƏFƏ ATƏŞKƏS SAZİŞİNİ POZUB? - Gündəmdə ATƏT-lə bağlı iki variant var
15-10-2020 [11:36]
Professor Kürşad Zorlu,
“Habertürk”, Türkiyə, 12 oktyabr 2020-ci il
***
Moskvada razılıq əldə olunduğu açıqlanan atəşkəs çağırışına Ermənistanın əməl etməyəcəyi məlum idi. Mülki şəxsləri hədəf alan son hücumlar isə masa üçün meydan şərtlərini dəyişdirməyə və proqnozlaşdırılan kontekstdən çıxarmağa yönəlik alçaq bir ssenaridir.
Qarabağdakı döyüşlər 1994-cü ildə Bişkekdə əldə edilən atəşkəsdən bugünədək ilk dəfədir ki, bu qədər yüksək intensivliyə çatmışdır.
Baxın, görün, həmin dövrdə də atəşkəs eynilə bu gün olduğu kimi, necə işğala çevrilmişdir?
İlk dəfə 23 sentyabr 1991-ci ildə Boris Yeltsin və Nazarbayev bölgəyə səfər edir. Rusiyanın cənubundakı Jeleznovodsk şəhərində sülh danışıqları başlayır. Yeltsin və Nazarbayevin zaminliyində ilk atəşkəs anlaşması əldə edilir. Ermənistan lazım olan addımları atmır. Azərbaycan bölgəyə müşahidəçiləri dəvət edir. Ermənistan bu məqsədlə gələn helikopteri vurur və kimsə sağ qurtula bilmir (20 noyabr 1991, Qarakənd faciəsi – tərc.).
1992-ci ilin fevralında İran Xarici işlər naziri Əli Əkbər Vilayəti tərəflər arasında vasitəçilik etmək məqsədilə bölgəyə səfər edir. Atəşkəsin əldə edilməsi üçün işlərin aparıldığı dövrdə Xocalı soyqırımını həyata keçirirlər.
8 may 1992-ci il tarixdə Tehranda 8 maddəlik bir anlaşma imzalanır. Lakin Ermənistan ordusu eyni gündə Şuşanı, 17 mayda isə Laçını işğal edir.
26 avqust 1992-ci ildə Qazaxıstan Prezidenti Nazarbayev atəşkəs üçün yeni bir təşəbbüs göstərir. 27 avqust 1992-ci ildə Azərbaycan, Ermənistan və Qazaxıstan Xarici işlər nazirləri arasında Alma-Ata bəyanatı imzalanır. Ancaq Ermənistan qısa bir müddətdən sonra bu bəyanatı tanımadığını açıqlayır.
Əslində, bu gün də etmək istədikləri öncə Azərbaycanın irəliləyişini durdurmaq, sonra da de-fakto durum yaradıb torpaq itkilərini ən aşağı səviyyəyə endirməkdir. Doğrusu, bunu daha öncə də, Dağlıq Qarabağın statusunu ayrıca dəyərləndirməyi və onu əhatə edən rayonların qaytarılmasını nəzərdə tutan anlaşma layihəsini bir neçə dəfə rədd edərək, sınaqdan çıxarmışlar. Hədəfləri işğal olunmuş Dağlıq Qarabağın tanınmasını təmin etməkdir. Atəşkəsin əldə edilməsindən həmən öncə bəzi ABŞ konqresmenləri vasitəsilə Konqresə tanınma üçün müraciət etmişlər.
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlik sistemi mövcud halı ilə öz funksiyasını və etibarını böyük ölçüdə sarsıtmışdır. Ümumiyyətlə, həmsədrlik institutunun yaradılmasında məqsəd Minsk qrupunun digər üzvlərini təsirsiz hala gətirmək idi.
Əgər indi, həqiqətən, bir müzakirənin başladılması istənilirsə, Türkiyə və Azərbaycan iki alternativi önə çıxarmalıdır.
Birinci alternativ, Minsk qrupunu təşkil edən bütün üzvlərin bərabər şərtlərdə prosesə daxil edilməsi, ya da Türkiyə ilə yeni bir ölkənin (Finlandiya təklif edilə bilər) həmsədrlərə əlavə edilməsidir.
İkinci alternativ isə Minsk qrupundan kənarda daha etibarlı bir vasitəçilik mexanizminin yaradılmasıdır.
Əks təqdirdə, mövcud oriyentasiya bölgəni uçurumun kənarına aparacaqdır.
Tərcümə Strateq.az-ındır
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb