YENƏ DƏ RUSİYA: Hayes, Ruses, cənab Putin? - 91-lər siyasi hərəkatının üzvü yazır
13-10-2020 [11:34]
Ariz Abduləliyev,
91-lər siyasi hərəkatının üzvü, jurnalist
***
Doğma Qarabağımızda Ermənistanın təcavüzkar ordusuna qarşı, ərazi bütövlüyümüzün bərpası uğrunda qanlı-qadalı azadlıq müharibəsi, vətən müharibəsi aparırıq.
Rusiya isə həm bizə qonşu və tərəfdaş ölkə, həm fövqəldövlət, həm də ATƏT Minsk Qrupunun təmsilçisi kimi bu müharibədə bir tərəfdən sülhmissiyalı, bitərəf və barışdırıcı mövqeyini bəyan edir, amma o biri tərəfdən ağızdolusu bəyanatlarının və "yüksək humanist mövqeyinin" tam əksinə olaraq Ermənistana silah göndərir. Rusiyanın qara bazarlarında silah alveri edən qara polkovniklər və generallar dələduz erməni milyonerlərinin vasitəsilə Ermənistana silah satırlar, onun ordusuna hərbi arsenal bağışlayırlar. Ermənistanın təcavüzkar və təxribatçı ordusu RF-nin dəstəyi ilə, rəsmi Rusiyanın (rus xalqının yox) bu savaşdakı ikili siyasi, diplomatik və təbliğati oyunları ilə daha da güclənir, Azərbaycan qarşı işğalçılıq müharibəsini davam etdirir.
Yenə də Rusiya.
1813-cü il Gülüstan, 1828-ci il Türkməncay sülh müqavilələri. Azərbaycan ərazilərinin və xalqımızın bir hissəsi Arazın o tayında - İranda qaldı. Həmişəlik İrana verildi. Bir ölkə və xalq olaraq bölündük, qohumluq əlaqələrimizi, tarixi torpaqlarımızın və mədəniyyətimizin bir hissəsini həmişəlik itirdik. Bu müqavilələrin nəticəsində Rusiya öz imperializm maraqlarını Qafqazda gücləndirdi, genişləndirdi. Bu, əslində, Cənubi Qafqazın, böyük Azərbaycan-türk ərazilərinin Rusiya imperiyasının ixtiyarına və nəzarətinə keçməsi idi.
Yenə də Rusiya.
XVIII-XIX əsrlərdə İrandan, Türkiyədən, İraqdan, Suriyadan Qafqaza, xüsusilə qədim Ərmən (Arman)- türk və Qarabağ torpaqlarımıza erməni ailələri köçürüldü və məskunlaşdırıldı.
XIX-XX əsrlərdə Cənubi Qafqaza, Azərbaycana İrandan qeyri-türk əsilli ailələr - ermənilər, tatlar, farslar və İranda yaşayan hind əsilli qaraçılar köçürüldü.
Yenə də Rusiya.
XIX əsrdə Cənubi Qafqazda qondarma erməni dövlətinin qurulması istiqamətində siyasi, iqtisadi, milli və demoqrafik siyasət aparıldı.
XIX əsrdə Ərmən və Qarabağ ərazilərindəki qədim azərbaycandilli toponimlərin tədricən erməniləşdirilməsi siyasəti arapıldı.
XIX əsrdə Rusiya tərəfindən Cənubi Qafqazda bir neçə dəfə keçirilən əhalinin siyahıya alınması kampaniyasında bütün udinlər, xristianlar, malakanlar, ruslar, ilk növbədə isə bütövlüklə albanlar milli mənsubiyyət baxımından "erməni" kimi siyahıya alındılar. Bununla da Cənubi Qafqazda ermənilərin say göstəricisi süni olaraq yüz dəfələrlə artırıldı.
XIX əsrdə Çar Rusiyasının dəstəyi ilə Qafqaz, o cümlədən, Azərbaycan ərazilərində bütün Alban kilsələri, Alban tarixi məbədləri erməni kilsəsinin ixtiyarına verildi və erməniləşdirildi. Azərbaycan tarixinin mühüm bir hissəsi olan Alban tarixi və mədəniyyəti bununla uydurma "erməni tarixinə" köçürüldü.
XIX əsrdə ermənilərə Cənubi Qafqazda dövlət və mədəniyyət tarixinin, "qədim ənənələr" tarixinin uydurulması məqsədi ilə Rusiyanın yaradıcılıq, elm və təhsil ocaqlarının iştirakı ilə geniş və məqsədyönlü fəaliyyətə başlanıldı.
Yenə də Rusiya.
XIX əsrdə Çar Rusiyasının dəstəyi ilə Bakıda və Tiflisdə türk əsilli müsəlmanlara qarşı terror və soyqırım törədilməsi məqsədilə erməni milli icmaları və Daşnaksütyun partiyasının yerli şöbələri yaradıldı.
1905-1907-ci illərdə Bakıda, Qarabağda erməni-müsəlman davasına rəvac verildi. Xeyli sayda azərbaycanlının məhv edildiyi bu müharibədə daşnaklarla bilikdə Rusiya da erməniləri silah-sursatla, canlı qüvvə ilə, muzdlularlar təmin etdilər.
Rus kazakları erməni tərəfində döyüşdülər. Bir neçə ildən sonra ermənilərlə heç nə olmamış kimi dostlaşdıq, qardaş-bacı sayağı öpüşdük-görüşdük, birlikdə mehribanlıq və dinclik içində yaşadıq.
XX əsr. Şimali Qafqazda, Rusiyada yaşayan varlı ermənilər Bakıda neft kapitalistlərinə və mülkədar tacirlərə çevrildilər. "Bakı neftinə böyük erməni sahibkarlığı" istiqamətində siyasi və iqtisadi planlar quruldu.
Yenə də Rusiya.
XX əsr. Rusiyadan sonra ən güclü və iri erməni icması Bakıda və Qarabağda təşkil olundu. Bu icmalar Azərbaycan tarixinin, mədəniyyətinin erməniləşdirilməsi istiqamətində fəal iş apardılar. Bakıda erməni xorları, erməni musiqiçiləri, erməni artistlərləri, erməni teatrları, erməni mədəniyyət mərkəzləri geniş fəaliyyətə başladı. Erməni icmalarının ən iri planı isə Azərbaycanda siyasi hakimiyyətə gəlmək, Bakını tam olaraq erməniləşdirmək və paytaxt elan etmək idi.
XX əsrdə Bakı Sovetində deputatların yarısı ermənilərdən və onları dəstəkləyən fraksiyalardan ibarət idi. Stepan Şaumyan və onun siyasi dələduzları əhaliyə, ərazilərimizə qarşı erməni şovinizmini, təxribatlarını, işğal planlarını və soyqırımız həyata keçirirdilər. Rusiyadan isə Lenin hakimiyyəti Bakının erməni siyasətçilərini birmənalı şəkildə dəstəkləyir, "vətəndaş müharibəsini yatırmaq" adı altında əhalimizi qırmaq üçün onlara silah və silahlılar göndərirdi.
Yenə də Rusiya.
XX əsr Azərbaycan Xalq Cümhuriyyətində erməni kapitalistləri və fermerləri bolşeviklərlə və daşnaklarla əlbir olaraq siyasi hakimiyyətdə, iqtisadiyyatda və "şura düşmənlərinə qarşı mübarizədə" mövqelərini daha da gücləndirdilər. Proseslər bəzən gizli, bəzən açıq şəkildə gedirdi.
1918-1920-ci illərdə erməni hərbi birləşmələri Bakıda, Azərbaycanın müxtəlif rayonlarında yerli azərbaycanlılara qarşı qırğınlar törətdilər.
Sovet hakimiyyəti qurulanda ermənilər Azərbaycan siyasi hakimiyyətinin yüksək ierarxiyalarında möhkəmləndilər. (Az qala müstəqillik illərimizdəki kimi). Yerli bolşeviklərin və Leninin ətrafının etimadını qazandılar. Azərbaycan xalqına, sadə insanlara və ziyalılara qarşı represiyyalara nail oldular. Bu repressiyalar Qafqazda xalqlararası münaqişədə marağı olan bolşevik-sovet mərkəzinin və bu mərkəzdəki ermənilərin əli ilə 1950-ci illərə qədər davam etdi.
1918-1920-ci illərdə ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlardan sonra yenə də onlarla dostlaşdıq. 1991-ci ilə qədər ermənilərə heç nə olmamış kimi "can" dedik, çörəyimizi böldük, qohum və kirvə olduq, qardaşlıq etdik, mehriban qonşuluqda yaşadıq. Amma sən demə, onların yaddaşında, xislətində millətimizə qarşı düşmənşilik, kin-küdurət, qisasçılıq hələ də yaşayırmış...
Yenə də Rusiya.
XX əsrdə Ermənistanın qədim və yerli əhalisi azərbaycanlılar 4 dəfə (!) bu respublikadan kütləvi deportasiyaya məruz qoyuldular. "Azərbaycanlısız Ermənistan" planı SSRİ hakimiyyətinin dəstəyi ilə həyata keçirildi. Azərbaycanlılar bütün mülklərindən, normal təminatdan məhrum edildilər, qəsdən çox isti yerlərə köçürüldülər və fərqli iqlimlərdə yaşaya bilməyərək, qırğına məruz qaldılar.
Yenə də Rusiya.
1988-ci il, fevral. Ermənilər M.S. Qorbaçovun dəstəyi ilə "Qarabağ planı"na başladılar. Ermənilərin əsas planlarından biri - Rusiya siyasətinin əli ilə Azərbaycan xalqının siyasi lideri Heydər Əliyevə qarşı şər-böhtan, qərəzli təhdid fəaliyyətinə başlanıldı. Ermənilər Azərbaycanın milli və siyasi liderini özləri üçün "zərərsizləşdirdikdən" sonra "tarixi planlarını" da işə saldılar. Heydər Əliyev Siyasi Bürodan və Kremldən uzaqlaşdırıldı, ev dustağı edildi, əlaqələri kəsildi, siyasi və fiziki repressiyalara məruz qoyuldu. Artıq Azərbaycan xalqı lidersiz-başsız qalmışdı. Bütün istiqamətlərdə Azərbaycana qarşı erməni hücumları başladı.
Yenə də Rusiya.
1988-ci ilin fevralında DQMV-nin deputatlar soveti onun nizamnaməsini dəyişdi, çoxluq təşkil edən erməni deputatların səyi ilə DQMV-nin Azərbaycan tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi haqqında qərar verdi. S.Kaputikyan və Z.Balayan bu qərarın həyata keçirilməsi üçün SSRİ prezidenti M.Qorbaçov tərəfindən rəsmi qəbul edildi.
1990-cı illər. Ermənilər Qarabağda etnik münaqişələrə və hərbi təxribatlara başladılar. RF-nin dəstəyi ilə qondarma "DQR" ("Arsax respublikası") qurdular. 1991-1994-ci illərdə Qarabağdakı rus hərbi biləşmələri tərəfindən silah-sursatla və canlı qüvvə ilə təmin olunan erməni hərbçiləri yerli azərbaycanlı əhaliyə qarşı soyqırımlar, terrorlar törətdilər. Xocalı soyqırımında rus silahları və rus silahlılar da iştirak etdi. Qarabağdan bir milyona yaxın azərbaycanlı doğma yurd-yuvasından, ev-eşiyindən qaçqın düşdü. Azərbaycanlılara həm də mənəvi repressiyalar törədildi. Ermənilər bu dəfə "Azərbaycanlısız Qarabağ" şovinist planını həyata keçirdilər.
Yenə də Rusiya.
Azərbaycanda ruspərəst qüvvələr güclü "rusizm siyasəti" ilə xalqımızın milli şüuruna qarşı on illərlə öldürücü təpkilər, "yumşaq beynəlmiləl" siyasət apardılar. "Rusiyasız alınmayacaq", "Rusiya - böyük qardaş" fikri zaman-zaman nəsillərin beyninə, psixologiyasına yeridildi. Rusizmi həyata keçirənlər, əslində Azərbaycan xalqının psixologiyasına, həyat baxışlarına milli natamamalıq komplekslərini yeritdilər. Ötən əsrin əvvəllərində tutduqları mövqeyi əsr boyunca və yeni əsrdə də hakimiyyətdə, siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə, maarifdə, mədəniyyətdə, idarəetmədə, milli münasibətlərdə daha da möhkəmləndirdilər. Erməni qanı gəzdirənlər ayaq açıb özlərinə əla həyat düzəltdilər, millətimizə isə "çuşqa" dedilər. Rusistlər və ermənilər əlbir olub millətimizə "mədəniyyət tərbiyəsi" verdilər, inandırdılar ki, "biz Azərbaycan xalqını tərbiyə edirik, beynəlmiləl ənənələri yaşadırıq" və s. və i.a. Bu gün də erməni dəyirmanına su tökürlər.
Yenə də Rusiya.
1994-cü ildən başlanan atəşkəs rejimi 26 il ərzində Ermənsitan hərbçiləri tərəfindən dəfələrlə pozuldu. Yenə də Rusiya silahı, yenə də Rusiya siyasəti və "sülməramlı missiyası" Qarabağda erməni hərbi təxribatları üçün imkanlar yaratdı. Qarabağ problemində Azərbaycana qarşı ikili standatları yalnız Qərb, beynəlxalq təşkilatlar deyil, RF tərəfindən də həyata keçirildi.
Rusiyanın aparıcı politoloqları, ictimai xadimləri "Rusiyanın iştirakı olmadan, postsovet məkanında heç bir milli respublika müstəqil dövlət qura bilməz. Onlar dövlətçiliyə, prezidentliyə, demokratiyaya imitisiyasıdırlar" deyilər.
Yenə də Rusiya.
2020-ci il, 27 sentyabrdan davam edən Qarabağ müharibəsində Rusiya öz ermənipərəst, imperiyapərəst və irticaçı qüvvələrinin vasitəsilə Azərbaycana qarşı qlobal informasiya, gözdənsalma, aşağılama, təhqir və təhdid müharibəsi aparır. Bütün gücü ilə aparır. İradələri, ədalətli qüvvələri, düşünən ağıllı beyniləri, rəyləri, tarixi, milli həqiqətləri, vivdanı, ədaləti, qanunları və mənliyi - özündən və ermənidən savayı hər şeyi və hamını sındırmaq, darmadağın etmək istəyir. Cənubi Qafqazda davam edir ikili Rusiya siyasəti.
Yenə də Rusiya.
Dünən də, bu gün də mülki təyyarələrlə Rusiyadan Ermənistana silahlar, raketlər, tanklar daşınır. Erməni o silahlarla vətənim Qarabağda ölkəmizə, xalqımıza, ordumuza qarşı heç bir beynəlxalq qanunlara sığmayan, ədalətsiz, işğalçı, anti-humanist müharibə aparır.
2020, 9 oktyabr. RF üçtərəfli diplomatik danışıqlarla Qarabağda humanitar atəşkəs qərarı verir. Atəşkəsin başladığı tarixdən və saatdan isə Ermənistan hərbçiləri Qarabağda işğaldan azad etdiyimiz əraziləri də, şəhər və rayonlarımızı da artilleriya atəşinə tutur. Bu dəfə də Rusiyanın regiondakı maraqlarına əsasən, bu dəfə "sülhməramlı missiyasına" əsasən. Rusiya Qafqazdakı müsəlman və türk xalqlarına qarşı imperialist məqsədlərinə, ikili siyasətinə tarixdə olduğu kimi bu gün də sadiq qalır. Ermənilər yenə də Rusiyadan silahlahlanır və RF-nin gizli dəstəyi ilə Azərbaycana qarşı ədalətsiz, işğalçı müharibəsini davam etdirir.
Qafqazlarda, Qarabağda rusizim-armyanstvo davam edir.
Davam edir Rusiyanın dəstəyi ilə erməni şovinizmi, erməni terroru, erməni işğalı, erməni həyasızlığı, erməni iddiaları.
Və yenə də Rusiya!
P.S. Rusiya odla oynayır. Rusiya yenə də regionda 200 illik ermənipərəst siyasətini yeridir. Tarixdə satqın, xain, saxta, yalançı, talançı, uydurma, qorxaq xalq kimi tanınan ermənilər Rusiyaya da xəyanət edib, axırına çıxacaqlar. Ermənilər Rusiyanı III Dünya müharibəsinə çəkirlər.
P.P.S. Bəlkə 200 il ərzində Rusiyaya nəhayət Azərbaycan xalqının milli qüdrətini və mənliyini göstərməyin vaxtı çatıb?
P.P.P.S. Bəlkə RF siyasətçilərinə də Azərbaycanın müstəqil dövlət olduğunu dərk etdirməyin əsl zamanıdır?
P.P.P.P.S. Hayes, ruses, cənab Putin?
MİA.AZ
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Əli Əsədov yeni qərar imzalayıb
Valideynlər Hövsan Olimpiya İdman Kompleksindən şikayət edir - Çarpayılar su altında qalıb + VİDEO
Məşhur müğənninin ayaqları tamamilə tutulub - "Sən bir ağrılarımı bilsən..." - FOTO
"Avrora Qrup" məhkəməyə verilib
Şuşa şəhərinə daha 48 ailə köçürülüb
Ceyhun Bayramov Maltaya yollanıb
Azərbaycan neftinin qiyməti 2 dollar qalxdı
4 uşaq anası ərini öldürüb - Çoxsaylı bıçaq zərbələriylə
Rektor kimdən və niyə şikayət edib? - İradə Xəlilovanın qızı ilə bağlı ilginc xəbər yayıldı
Mərkəzi Bank sədrinin 753 əmlakına "əl qoyulub" - Vəzifədən azad olunandan bir il sonra...
Osimhen yanvarda "Qalatasaray"dan gedəcək? - "Müqaviləsində elə bir bənd var ki..."
Gürcüstanda polis nümayişi dağıtdı, ancaq... - Qonşu ölkədə səhərə yaxın qarşıdurma artıb, saxlanılanlar var
İran XİN başçısı: "Əsədə yardım üçün ordu göndərməyə hazırıq" - İraqdakı silahlı qruplar Suriyaya daxil olub
Türkiyədə tikiş sexində dəm qazı: 21 nəfər zəhərlənib
İsrail ordusu Qəzzanı növbəti dəfə vurub: ölənlər var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Ulduz” jurnalının Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub
Gürcüstanda gərginlik: 298 nəfər saxlanılıb, 143 polis yaralanıb - "Bu, çox narahatedici haldır"
"Bəzi Qərb səfirlikləri QHT-ləri ələ almağa çalışır" - Dövlət qurumları yanındakı şuralarla bağlı sensasiyalı bəyanat yayılıb
Türkiyədə zəlzələ olub
Cənubi Koreya parlamenti hərbi vəziyyət rejimini ləğv edib
Müəllim İdarə müdiri təyin edilib
İstanbulun ən çox kriminallaşmış bölgələri - SİYAHI
Onlara təhsil sektorunda yüksək vəzifələr verildi - Siyahı + FOTO
Mehriban Xanlarova: "Onun üç yaşında olan qızını böyüdərək, analıq etmişəm, ancaq..."
Qəzzada savaşın 424-ci günü: ölənlərin sayı 44502-yə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTAT SAHİL BABAYEVİN MÜŞAVİRİ OLDU
"Beşiktaş" erkən seçki qərarı verdi
İsrail Qəzza zolağını yenə bombaladı: ölən və yaralananlar var
Suriyada daha 7 terrorçu zərərsizləşdirilib