Deputatlar bahalaşmaya qarşı çıxdı, Oqtay Əsədov narahat oldu - Milli Məclisdə qalmaqal

img

13-11-2013 [12:59]


Milli Məclisdə büdcə müzakirələri ikinci gündür davam edir. Deputat İqbal Ağazadə çıxışında Dövlət Neft Fondundan transfertlərin 2014-cü il büdcəsində azaldılmasını təqdir etdi. 

Deputat bahalaşma ilə bağlı hökumətin anonsuna diqqət çəkdi və hökumətə sual etdi: Qiymət artımına ehtiyac nədən yaranıb? Niyə Azərbaycanda işığın, suyun, qazın qiyməti bahalanmalıdır? Azərbaycanda elektrik enerjisi 4,2 qəpiyə başa gəlir, bu gün 6 qəpiyə satılır. Bu gün əhalinin vəziyyəti elə səviyyədə deyil ki, qiymətlər qaldırılsın. Xüsusilə kənd rayonlarında, aztəminatlı ailələrin durumu nəzərə alınmalıdır. Enerjidaşıyıcılarının qiymətinin qalxması ərzaq məhsullarının ən azı 70 faiz qalxmasına səbəb olacaq. Son dövrlərdə əmək haqqı artımı 10-15 faizdən o tərəfə keçmir. Hökumət bunun haqqında ciddi şəkildə düşünməli, heç bir halda qiymət artımına getməməlidir”. İ.Ağazadə İran-Azərbaycan sərhədinin qapadılmasından da danışdı. O, problemlərin aradan qaldırılmasını təklif etdi. "Mən həkimlərin, müəllimlərin maaşlarının artırılması və hökumətin ciddi düşünməsini istərdim”-deyə, deputat bildirdi.

O.Əsədov İ.Ağazadənin bahalıqla bağlı dediklərinə reaksiyasında "sən maliyyə nazirinin boynuna qoyursan ki, bahalıqla bağlı anons verib və şərh edirsən. Yəqin ki, Samir Şərifov sabahkı çıxışında bu məsələyə reaksiya verəcək. Amma çox xahiş edirəm çıxışlarınızda diqqətli olun.

Qüdrət Həsənquliyev hərbi xərclərin, həmçinin Naxçıvana ayrılan dotasiyanın artırılmasını, xaricdə saxlanılan neft pullarının müəyyən qisminin ölkəyə gətirilməsini təklif etdi: "Olmazmı o pulların 10 faizini gətirib sahibkarlara verək ki, ölkədə iş yerləri açsınlar?”

O.Əsədov isə bütün pulların hamısını kreditə vermək olmaz, onların qorunması məsələsi var. Spiker sərhəddə texniki məsələnin olduğunu və bunu şişirtməyə ehtiyac olmadığını bildirdi.

Vahid Əhmədov isə bank faizlərinin yüksək olmasının qəbulolunmaz olduğunu bildirdi: "Nəyə görə bank krediti 12 faizə götürür, amma 30-35 faizlə verir?” Deputat bu məsələnin ciddiliyini nəzərə alaraq MM-in bununla bağlı ayrıca iclasının keçirilməsini təklif etdi. V.Əhmədov dedi ki, əgər qiymət artımı nəzərdə tutulursa, bunu açıq şəkildə demək lazımdır: "Ölkədəki vəziyyəti, xaricdən gələn miqrantları nəzərə alıb gələn ilin birinci yarımilində qiymət artımına getmək olmaz”. Deputat icra hakimiyyətlərində çalışan işçilərin də cüzi miqdarda maaş aldığını deyib onların maaşını qaldırmağı təklif etdi. həmçinin Qubanın problemlərindən danışdı.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA