12-11-2013 [13:30]
Bir sıra xəbər portallarında yayılan məlumata görə, Azərbyacan gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının Meyvəli Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar olunduğu üçün yükləndiyi maşınlar möhürlənib. Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox, Ermənistandan gətirilib. Axar.az Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi qısaca olaraq faktı təsdiqləsə də, geniş açıqlama verməyib: "Bildiyiniz kimi, bu gün bayram olduğu üçün iş günü sayılmır. Ona görə geniş məlumat verə bilmərəm. Sabah əlaqə saxlasanız, geniş açıqlama verərəm”.
Qeyd edək ki, sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb.
İrəvanla Tiflis "zəhərli kartof" qalmaqalı yaşayır
"Axar.az” erməni mətbuatına istinadən bildirir ki, Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə müşahidə olunur. 2013-cü ildə Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb. Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük nəzarət məntəqəsində Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan arasında gərginlik yaradıb.
Gürcüstan Ermənistanı bu cür infeksiyalı məhsullar ixrac etməkdə ittiham edərək rəsmi İrəvandan təzminat tələb edir. Ermənistan isə Gürcüstan tərəfini bu cür yalanlarla İrəvandan pul qopara bilmiyəcəyini bəyan edir. Məsələ o yerə çatıb ki, artıq rəsmi şəxslər bununla bağlı bəyanatlar verməyə başlayıb. Ermənistanın Epidemiologiya və Gigiyena qurumunun sədri Artur Nikoyan daha da qabağa gedərək Gürcüstanı hədələyib: "Gürcüstana ixrac olunan kartofu Ermənistan əhalisi də yeyir. Necə olur ki, bizdə bu cür infeksiyalara rast gəlinmir, amma gürcülər infeksiya olduğunu iddia edir?! Bu cür iddialar absurddur və Gürcüstanı bu cür yalan bəyanat verməməyə səsləyirəm”.
Qurum sədri həmçinin qeyd edib ki, Ermənistan hökuməti gürcü tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirmək üçün Qidaların Təhlükəsizliyi Komitəsinin sədrini Gürcüstana da göndərib: "Bizim Qidaların Təhlükəsizliyi Komitəsinin sədri noyabrın 5-6-da bu ölkədə səfərdə olub. Bu məsələ yerində araşdırılıb və gürcü tərəfinin iddiaları sübutunu tapmayıb”.
Qeyd edək ki, Gürcüstan sözügedən məsələ ilə bağlı Ermənistandan kartof ixracını dayandırıb. Qalmaqalın kimin xeyrinə yekunlaşacağı hələ ki, bilinmir.
Məsələnin maraqlı cəhəti odur ki, Ermənistan-gürcüstan arasında bu cür kartof qalmaqalı yaşandığı halda həmin infeksiyalı məhsulların Azərbaycana gəlməsi, lakin dərhal aşkarlanaraq maşınların möhürlənməsi və satışdan çıxarılması diqqəti çəkir.
***
Maraqlı budur ki, bu gün nazirlik əvvəlki fikirə zidd açıqlama verib. Kənd Təsərrüfatı Nazirliyi (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, Ermənistanda boz çürümə və xərçəng xəstəliyinə yoluxmuş kartof məhsullarının Azərbaycana gətirilmə təhlükəsi yoxdur, çünki Gürcüstandan Azərbaycana kartof idxal olunmur”.
O bildirib ki, Gürcüstandan Azərbaycana gətirilən kartof məhsullarının geri qaytarılması ilə bağlı KTN-də heç bir məlumat yoxdur: "Azərbaycanda istehsal edilən kartof əhalinin həmin məhsula olan tələbatını tam təmin edir. Hətta tələbatdan da çox istehsal edilir. Əgər ölkə əhalisinin kartofa olan tələbatı 400 min tondursa, Azərbaycanda ildə 900 min tondan çox kartof istehsal olunur”.
KTN-in sözçüsü onu da əlavə edib ki, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti fəaliyyət göstərir: "Azərbaycana gətirilən kənd təsərrüfatı məhsulları orada analiz olunur və onlara müəyyən sertifikat verilir. Hazırda ölkəyə idxal olunan məhsulların heç birində problem yoxdur”.
Qeyd edək ki, Ermənistanda geniş yayılan bu xəstəliyin ölkəmizə Gürcüstan vasitəsilə daxil olması ehtimalı var. Ümumiyyətlə, xəstə məhsul insan orqanizminə ziyan vermir. Sadəcə, istehlakçıların aldıqları məhsulun yarısı yarasız ola bilər. Eyni zamanda xəstə kartofdan toxumluq kimi istifadə etdikdə də torpağa ziyan vurur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi