QARABAĞ SAVAŞI HAQQIN SAVAŞIDIR! - Fəlsəfə doktoru yazır
04-10-2020 [10:46]
ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Vətən yalnız torpaq deyil, həm də şərəfdir.
Millət yalnız toplum deyil, həm də namusdur. Vətənini qorumasan şərəfsiz olarsan. Millətini qorumasan namusunu əlindən alarlar. Sənə, ailənə, yurduna təcavüz edərlər. Buna görə də həmişə Uca Allahın tanıdığı ən böyük haqlardan öndə gələni vətən və millətdir. Ümmətçilik adı ilə bunu inkar edənlər dində deyil, dindən çıxanlardır. Vətənin və millətin azad olmasa dinin də qalmaz. Hər gələn səni öz batil düşüncəsinə, saxta dininə tabe edər.
Bu gün Qarabağ uğrunda savaş gedir. Bu savaş vətən savaşı, millət sevdası, şərəf məsələsi, namus borcudur. Bu savaşa qarşı çıxışlar etmək şərəfdən və namusdan məhrum olmaqdır.
Bu gün yüksək səviyyədə gedən II Qarabağ savaşının böyük milli həyəcanla müşaiət olunması çox böyük addımdır. Hiss olunur ki, buna nail olmaq üçün 30 il hazırlıq gedib. Bu illər bu gün insanların vətəni üçün canını fəda verməsinə hazır olmasında mühüm rol oynayıb. Təbiidir ki, bu savaşın ideoloji tərəfində Türkiyə mühüm şəkildə boy göstərib. Materialist-ateist sovet cəmiyyətindən çıxan insanlar üçün şəhid anlayışı bir o qədər də qavranılan deyil. Ancaq İslam əxlaqıyla yaşayanlar üçün aydındır. Bəzən populist şüarlarda şəhid anlayışına bu baxımdan yanlış münasibətin şahidi oluruq. Belə bir iddia irəli sürülür ki, döyüşə ölmək üçün yox, öldürmək üçün getmək vacibdir. Ancaq bunu deyənlər nəzərə almırlar ki, şəhidlik qavramında elə bu məna da öz yerini tapır. Vətən üçün şəhid olmağa hazır olan igid insanlar savaşa gedir, döyüşür, ölümdən çəkinmir və yeri gəldikdə canını fəda edir. Bəzən bir nəfərin şəhidliyi yüzlərlə insanı ölümdən xilas edir. Döyüşən əsgər döyüşdə sağ qalırsa qazi, ölürsə şəhid olur. Ancaq şəhidliyə hazır olan daha fədakar olur.
Müharibə zamanında hərbi vəziyyətin elan olunması və savaş aparılması bir neçə vacib şərti meydana çıxarır. Təbiidir ki, bu kimi ölkələrdə öncə milli birlik təmin olunmalıdır. Ancaq bu sözdə deyil, əməldə özünü göstərməlidir. Bunun üçün bütün siyasi iddialar bir kənara qoyulub müharibə aparan siyasi quruma birmənalı olaraq dəstək ifadə olunmalıdır. Eyni zamanda iqtidarda olanlar da bu vəziyyətdən siyasi rəqiblərinə qarşı istifadə etməməlidir. Hər şey cəbhə üçün, hər şey qələbə üçün, hər kəs vətən üçün olmalıdır. Bunun üçün Hakimiyyət, müxalifət, millət və dövlət birliyi qorunmalıdır.
Biz bir məsələni də qeyd etməyə bilmərik. Dünyada elə bir ölkə və xalq yoxdur ki, məğlubiyyətilə barışıb bu şəkildə yaşasın və öz həyatını davam etdirə bilsin. Məğlub olan xalqlar belə tez-tez fasilələri pozur, savaş onun həyatının bir hissəsinə çevrilir. Bunun üçün milli məfkurə və dövlət düşüncəsi hər kəsə hakim kəsilməlidir. Təsəvvür edin ki, Fələstin 70 il, əfqanlar isə 40 ildir ki, döyüşür, ancaq ruhdan düşmür. Biz bu şəkildə ayaq üstə olmalı, həyatımızı davam etdirsək belə hər zaman savaş vəziyyətinə hazır olmalıyıq. Məğlubiyyət havasına min bir bəhanə uydurub bu şəkildə yaşamaq dövrü artıq bitmişdir.
Qarabağ savaşının mühüm bir tərəfini də unutmaq olmaz. Bu savaş haqlı savaşdır. Haqlı savaşlar Haqqın savaşıdır. Haqqın savaşında müzəffər olan Uca Allahdır. Bu savaşda məğlubiyyət yoxdur, qalibiyyət vardır. Sağ qalan qazi, canını fəda edən şəhiddir. Şəhidlər də diridir. Qarşı tərəf isə Haqqa qarşı çıxan tərəfdir, şeytan törəmələridir, kafir nəsildir, dirilərə qarşı ölüdür. Bu baxımdan millətimiz bu savaşda böyük ruh yüksəkliyi ilə İnşəllah böyük sonuclara nail olacaqdır!
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb