Azərbaycan gələn ildən hərbi gəmilərin inşasına başlayacaq

img

11-11-2013 [13:11]


Azərbaycanda gələn ildən hərbi gəmilərin inşasına başlanılacaq. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən Hərbi Dəniz Qüvvələri üçün müxtəlif təyinatlı bir neçə gəminin layihəsi təqdim olunub, layihələr razılaşdırıldıqdan sonra gəmilərin tikintisinə start veriləcək.
Qeyd edək ki, HDQ-nin modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycan 2020-ci ilə qədər Xəzər dənizində öz imkanlarını artırmağı və müasir gəmilərə sahib olmağı planlaşdırır. Bu çərçivədə HDQ-nin yeni bazası, həmçinin şimal və cənub istiqamətlərində divizionlar inşa olunacaq.
Bu çərçivədə Azərbaycan 2014-cü ildə Rusiyadan gəmilərin silahlandırılması üçün sifariş verdiyi «Uran-E» zərbə-raket komplekslərini təhvil alacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA