Qiyməti artırmayacağıq - komitə sədri

img

10-11-2013 [13:03]


Azərbaycan 2014-cü ildə gömrük tariflərini artırmaq niyyətində deyil. 

Mia.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2014-cü il dövlət büdcəsində gömrük orqanlarının xətti ilə daxilolmaların artırılması mənbələri haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, daxilolmaların artımına ölkəyə idxalın gözlənilən artımı, sərhədyanı ərazilərdə ticarətin daha mədəni formada aparılması və onun gömrük bəyannaməsinə cəlb edilməsi rəvac verir.

A.Əliyev qeyd edib ki, DGK son 10 ay ərzində dövlət büdcəsinə illik 1,38 milyard manat proqnozla 1,134 milyard manat köçürüb. Gələn il üçün daxilolmalar üzrə proqnoz 1,51 milyard manat səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, hazırda Azərbaycanda gömrük tarifləri 1995-ci ildə qəbul edilmiş qanun əsasında tənzimlənir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA